Metanol zəhərlənməsi ilə bağlı xəbərdarlıq

Metanol zəhərlənməsi ilə bağlı xəbərdarlıqAlkoqol qəbulundan 12-48 saat sonra yaranan görmənin dumanlanması, göz qarşısında "şimşəklər"in görünməsi və kəskin zəiflik təhlükəli metanol zəhərlənməsinə işarə edir.
Milli.Az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Birlik və İnkişaf məsələləri üzrə departamentinin (FCDO) ekspertləri xəbərdarlıq ediblər.
Ekspertlər vurğulayırlar ki, adi "sərxoşluq sonrası" yaranan baş ağrısı, susuzluq, ürəkbulanma, bədəndə ağrılar və bağırsaq pozuntuları kimi simptomlar adətən bir neçə saat ərzində keçib gedir. Lakin vəziyyət adi haldan çox daha ağır olarsa və ya ona yeni simptomlar əlavə olunarsa, bu, dərhal tibbi yardıma müraciət etmək üçün ciddi əsasdır.
Xüsusilə təhlükəli hesab edilən simptomlar şüurun qarışması, kəskin zəiflik, koordinasiya problemləri, qıcolmalar kimi nevroloji pozuntulardır. Daha bir mühüm əlamət isə görmə ilə bağlı pozuntuların yaranmasıdır. Bu cür əlamətlər çox vaxt metanol zəhərlənməsi ilə müşayiət olunur. Metanol isə adətən saxta və ya qeyri-fabrik üsulla istehsal olunmuş alkoqollu içkilərdə rast gəlinir.
Metanol texniki spirtdir və ağacın distillə edilməsi yolu ilə əldə edilir. O, antifriz, yanacaq və boya həllediciləri kimi müxtəlif kommersiya məhsullarının tərkibində olur. Metanoldan spirtli içkilərin saxtalaşdırılmasında da istifadə edilir, onu içkilərin əsas komponenti olan etanolla qarışdırırlar.
Metanol ciddi nevroloji fəsadlara, hətta ölümə səbəb ola bilər. Britaniya tərəfi içkinin təhlükəli olub-olmadığını xarici görünüşə görə ayırmağın mümkün olmadığını bildirir.
FCDO bu riskə görə səyahətçilərin ehtiyatlı olması tövsiyə edilən ölkələrin siyahısını genişləndirib. Siyahıya Türkiyə, Tailand, Fidji, Vyetnam, Yaponiya və Meksika da daxil edilib
Mina Mikayılova
Milli.Az

Xəbərlər     Baxılıb: 1487   Tarix: 20 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

turlar.az

həkim məsləhəti yay kolleksiyasi yemek reseptleri debli cantalar 2026 xallarin menasi tanınmış qadın simalar atalar sözləri veten haqqinda kosmetika sağlamlığa aid atalar sözləri novruza aid hakisda bayatı fitat xanım az