Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlar

Bu makaron resepti ilə 100 yaşına qədər yaşayırlarDünyanın ən uzunömürlü cəmiyyətlərindən ilhamlanaraq hazırlanan xüsusi makaron resepti sosial mediada böyük marağa səbəb olub. Adətən yüksək karbohidrat tərkibli olduğu üçün mütəxəssislər tərəfindən çox tövsiyə olunmayan makaron bu reseptlə bütün fikirləri alt-üst edib. TikTok-da 660 mindən çox izləyicisi olan italiyalı şef Francesco Mattana izləyiciləri ilə "100 yaşına qədər yaşadan makaron" adlandırdığı reseptini paylaşıb. 
Milli.Az xəbər verir ki, italyan şef Mattana hazırladığı tagliatelle primavera reseptini belə təsvir edir: "Sardinya mətbəxinin əsas tərkiblərindən olan lobya və paxlalılarla zəngin, sadə, amma olduqca qidalandırıcı bir yemək."
Şefin sözlərinə görə, yaşıl lobya və noxudun aroması, pomidor, limon, reyhan və nanənin təravəti, pecorino pendirinin özünəməxsus dadı bu yeməyi tamamilə bənzərsiz edir.
Mattana həmçinin bu tərəvəz qarışığının qızardılmış çörəyin üzərində və ya sobada bişirilən balıq üçün dadlı bir əsas kimi də istifadə edilə biləcəyini bildirir.
İtaliyanın Sardinya adası dünya üzrə "Mavi Bölgə" olaraq tanınan ilk ərazidir. Bu bölgələr sakinlərinin çox uzun ömürlü olması ilə məşhurdur.
Statistikaya görə, Sardiniyada hər 100 min nəfərdən təxminən 33,6-sı 100 yaşını keçir. Bu göstərici bölgəni yüz yaşlıların sıxlığı baxımından dünya liderinə çevirir.
Ənənəvi Sardinya pəhrizi tam taxıllı çörək, paxlalılar, bağ tərəvəzləri, meyvələr və zeytun yağı ilə zəngindir.
Bölgə sakinləri daha çox otla qidalanan qoyunların südündən alınan, omega-3 ilə zəngin pecorino pendirini istehlak edirlər. Ət isə əsasən yalnız bazar və xüsusi günlərdə yeyilir.
Uzunömürlü Makaronun Resepti
300 q tagliatelle makaronu
1/4 pırasa
2 diş sarımsaq
3 x.q. noxud
1 ovuc yaşıl lobya
1 ovuc kiçik pomidor 
Pecorino pendiri
Reyhan
Nanə
Limon qabığı rəndəsi
Zeytun yağı
Duz və istiot
Hazırlanması
Sarımsağı incə doğrayın.
Pırasanın yumşaq hissəsini nazik dilimlərə ayırın.
Lobyaların uclarını kəsib iki yerə bölün.
Tavaya bol zeytun yağı əlavə edin.
Pırasa, yaşıl lobya və baklanı bir neçə dəqiqə sote edin. Daha sonra noxud, pomidor və sarımsağı əlavə edin. Duz və istiot səpin. Bir qədər su əlavə edib tavanın qapağını örtün və 5 dəqiqə buxarla bişirin.
Tagliatelle-ni ayrı bir qazana qoyub qaynadın. Süzmədən, azca bişirmə suyuyla birlikdə tərəvəzlərin olduğu tavaya əlavə edin.
Təzə reyhan, bir az nanə, limon qabığı rəndəsi və rəndələnmiş pecorino pendiri əlavə edin.
Servisdən əvvəl bir az daha zeytun yağı və bir qədər makaron suyu əlavə edin.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 1726   Tarix: 21 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Milçək deyib keçməyin, qidaya qonsa, yeməzdən əvvəl düşünün

Təbiət qoynunda pikniklər və ya eyvanda yemək zamanı tez-tez milçəklərlə qarşılaşırıq. Boşqabı qısa müddətə nəzarətsiz qoymaq kifayətdir ki, həşəratlar dərhal onun üzərinə qonsun. -a istinadən xəbər verir ki, rusiyalı həkim-infeksionis

.

Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq

Hündürdaban ayaqqabıların uzun müddət istifadəsi yalnız ayaqlara deyil, bədənin ümumi tarazlığına da təsir göstərə bilər. xəbər verir ki, ümumi cərrahiyyə mütəxəssisi dosent Atıf Tekinin sözlərinə görə, hündürdaban ayaqqab

.

Ürəyinizi qorumaq istəyirsinizsə, bunlara diqqət edin - Kardioloqdan 5 məsləhət

Ürək-damar xəstəliklərinin yaranmasında genetik amillərlə yanaşı, gündəlik həyat tərzi və qidalanma vərdişləri də mühüm rol oynayır. Həddindən artıq duz və şəkər qəbulu, yağlı və qızardılmış qidalara üstünlük verilməsi, meyvə-tərəvə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

gözəllik məhsulları yemek reseptleri həkim məsləhəti ziyafət dəbi sizanaga qarsi maskalar qəlyanaltılar cennet almasi murebbe kosmetika yutube xlor lekesi vətən həsrəti bürcler arıqla