Körpələri oksigenlə zəngin olan yaşıllıq ərazilərdə gəzintiyə çıxarmaq lazımdır

Körpələri oksigenlə zəngin olan yaşıllıq ərazilərdə gəzintiyə çıxarmaq lazımdırHavalar istiləşdikcə uşaqların açıq havada vaxt keçirməsi aktuallaşır. Xüsusilə karantin rejimi zamanı vaxtlarının çox hissəsini qapalı mühitdə keçirən uşaqların günəş şüasına və D vitamininə ehtiyacı artır.
Milli.Az bildirir ki, paytaxtdakı 20 nömrəli uşaq poliklinikasının həkim-pediatrı Hafizə Məmmədova AZƏRTAC-a deyib: "Açıq havada olmaq uşaqların boy artımı və fiziki inkişafına çox müsbət təsir göstərir, fiziki aktivlik onlarda maddələr mübadiləsini sürətləndirir, tonusu qaldırır, immuniteti gücləndirir. Uşaqları təbiət qoynunda, açıq havada gəzdirmək onların orqanizmini möhkəmləndirir, qanı oksigenlə təmin edir, xəstəliklərin qarşısını alır. Aktiv həyat uşaqların yaşıdları ilə ünsiyyət qurmasına da şərait yaradır".
Uşaqların açıq havada olmaq müddətinə də fikir verməyin lazım olduğunu qeyd edən həkim-pediatr bildirib: "Gəzdirmə saatlarının günün birinci yarısı saat 11-ə qədər, günün ikinci yarısı saat 5-dən sonra olması məsləhətdir. Yeni doğulanlar ilk gün 10 dəqiqə və hər gün 5 dəqiqə artırmaq şərtilə havaya çıxarılır. Körpələr həmin hava şəraitində özlərini rahat hiss etsələr, onları həmin havada həm yatızdırmaq, həm də qidalandırmaq olar".
Lakin nəzərə almaq lazımdır ki, sərin və rütubətli hava körpəni üşüdə bilər. Günəş şüaları altında gəzmək də məsləhət görülmür.
Həkim-pediatr deyib: "Çalışmaq lazımdır ki, uşaqlar daha çox oksigenlə zəngin olan yaşıllıq ərazilərdə gəzintiyə çıxarılsın. Açıq havada azyaşlı uşaqların gəzinti və qidalanmasını tarazlamaq çox rahatdır. Məktəbyaşlı uşaqların dərsdən evə qayıdandan sonra qidalanıb havaya çıxmaları daha düzgündür".
Uşaq və körpələr üçün gündəlik rejimin təşkili və ona əməl olunması onların təhsil və sağlamlıq inkişafı üçün vacibdir. Valideynlər bunları nəzərə alaraq övladları üçün sabit rejim müəyyənləşdirməlidirlər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1447   Tarix: 17 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

maskalar gözəllik məhsulları sac duzumleri qadin.net bilinçik resepti gənc qalmağın sirləri qadin dunyasi kulinariya kosmetika layla laylalar xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır oyunlar qogal