Kosmetik salonda qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılması

Kosmetik salonda qaşların və kirpiklərin rənglənməsi, burulması və uzadılmasıQadın üzünün cazibədarlığı əksər hallarda qaşların forması və rəngindən asılı olur. Kosmetik salonda rəngi solmuş qaşları, məhz qaşlar üçün nəzərdə tutulan xüsusi boyalarla rəngləmək olar.
Kosmetik salonda kirpiklərin rənglənməsi uzun müddət ərzində onların rəngini daha parlaq saxlamağa imkan verir. Bu rənglənmə prosesi çox sadədir: usta kosmetoloq gözün alt sahəsini pambıq disklə bağlayaraq kirpiklərə xüsusi boya çəkir. 5-10 dəqiqə keçdikdən sonra boya yuyulur. Alınan nəticə 2 həftədən 1 aya qədər olan müddət ərzində saxlanılır. Hazırda kirpikləri nəinki ənənəvi qara rəngə, hətta qəhvəyi, yaşıl və göy rənglərə də boyamaq olar.
Əlbəttə ki, kirpikləri uzatmaq, onları rəngləmək, qalınlığını artırmaq tuş vasitəsi ilə də mümkündür. Ancaq kirpiklərin cəlbedici burulmasını əldə etmək o qədər də asan deyil. Məhz buna görə kosmetik salon xidmətləri sırasında kirpiklərin kimyəvi burulması daha geniş yayılmaqdadır. Bu prosedura çox sadə və ağrısızdır: kirpikləri səliqə ilə xüsusi mütəkkələrin ("biqudi") üzərinə yerləşdirərək, onların üzərinə xüsusi fiksəedici tərkib sürtürlər. Öz təsirlərini göstərmək üçün mütəkkələri 20 dəqiqə ərzində (mütəkkələrin qalınlığı fərdi şəkildə seçilir) kirpiklərin üzərində saxladıqdan sonra çıxarırlar. Prosesin son mərhələsi qidalandırıcı tərkibin çəkilməsidir. Adətən, bu hər hansı bir yağ olur. Kirpiklərin burulmasının effektivliyi təxminən 3 ay müddətində - kirpiklərin təbii "həyat müddəti" başa çatanadək saxlanılır. Kirpiklər burulduqdan sonra ağardığı üçün, bir neçə gün sonra onları boyayırlar.
Burulmuş kirpiklərə ev şəraitində kirpiklərə qulluq edilməsi üçün tərkibində vitaminlər və gənəgərçək yağı olan xüsusi balzamlardan istifadə etmək məsləhət görülür. Balzam gündə 1 dəfə olmaqla, yatmamışdan 2 saat əvvəl çəkilir.
Hər hansı bir göz xəstəliyi, allergik reaksiyalara meyllilik olanda, kirpiklərin kimyəvi burulması və rənglənməsi aparıla bilməz!
Kirpiklərin uzadılması kosmetik salonda aparılan bir proseduradır. Onun köməyi ilə kirpikləri daha sıx, daha uzun və daha qalın etmək olar. Kirpiklərin uzadılması iki tipdə olur: "kirpiklərin dəstə şəklində uzadılması" və "kirpiklərin tək-tək uzadılması".
Kirpiklərin tək-tək uzadılması zamanı əlavə ediləcək nazik kirpikciklər xüsusi elastik yapışqan sürtülməsi ilə təbii kirpiklərin əsasına birləşdirilir. Süni kirpiyin təbii kirpiyə birləşdirilən yeri qətiyyən nəzərə çarpmır. Kirpiyin bu cür uzadılması hiss edilməz olur və kirpiklər olan sahədə heç bir diskomfort (narahatlıq) yaranmır. Belə kirpiklər 3 ay müddətində qalır.
Kirpiklərin dəstə şəklində uzadılması zamanı təbii kirpiklər arasına nazik kirpiklər dəsti yapışdırılır. Belə kirpiklər, heç də kirpiklərin tək-tək uzadılmasında olduğu kimi, uzun müddət qalmır və bir azca da qeyritəbii görünür. Kirpiklərin tək-tək uzadılmasından fərqli olaraq, onların dəstə şəklində uzadılması göz qapaqlarının cüzi də olsa artıq yüklənməsinə səbəb olur, sanki onları ağırlaşdırır. Bu üsulun üstünlüyü isə onun daha ucuz olması və kirpiklərin tək-tək uzadılmasına nisbətən xeyli qısa müddət ərzində başa çatmasıdır.
Mütəxəssislər kirpiklərin uzunluğunu, hər bir şəxs üçün, onların öz kirpiklərinin vəziyyətindən, gözlərin formasından və qadının istəyindən asılı olaraq, fərdi şəkildə müəyyən edirlər.
Kirpiklərin uzadılması zamanı "təbii" (heyvanların tükləri, ipək lifləri) və ya süni (neylon lifləri) kirpiklərdən istifadə olunur. Təbii kirpiklər daha baha olur. Ancaq onu da qeyd etmək lazımdır ki, süni neylon liflərdən istifadə olunduqda, onların gözə düşməsi nəticəsində allergiyanın əmələ gəlməsi təhlükəsi də mövcuddur.
Uzadılan kirpiklərin tökülməsi prosesi tədricən, ətrafdakılar üçün nəzərə çarpmadan baş verir.
Əlbəttə ki, uzadılan kirpiklərlə ehtiyatla davranmaq lazımdır. Bu zaman ən əsas qayda göz qapaqlarına və kirpiklərə mümkün qədər az toxunulmasıdır. Yuyarkən gözləri ovxalamaq olmaz. Bu zaman yalnız yağsızlaşdırılmış lasyon və ya kosmetik süddən istifadə etməklə gözləri səliqə ilə təmizləmək lazımdır. Göz qapaqları və kirpiklər üçün nəzərdə tutulmuş yağlı kremlərdən və yağlardan istifadə etmək olmaz. Arxası üstə olmaqla səliqə ilə yatmaq da arzu olunandır. Əgər siz kantakt linzalardan istifadə edirsinizsə, hamam və saunaya tez-tez gedirsinizsə, sizin yapışdırılmış kirpiklərinizin qalma müddəti də qısalmış olur.
Əlbəttə ki, qaşların rənglənməsi, kirpiklərin rənglənməsi, burulması və ya uzadılması qərarına gəldikdə, yalnız müasir kosmetik salonlara müraciət etmək lazımdır. Məhz belə müasir yerlərdə, kirpiklərinizin və qaşlarınızın daha yüksək səviyyədə gözəlləşdirilməsi üçün ən qoruyucu hesab edilən üsullardan, daha müasir və təhlükəsiz kimyəvi boyalardan istifadə etməklə, sizə xidmət göstərilə bilər. Hər halda, istənilən dekorativ proseduraları ehtiyatla, tez-tez təkrarlamadan etmək tövsiyə olunur, əks halda qaşlarınızın və kirpiklərinizin zərif tükləri seyrələ və quruya bilər.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1360   Tarix: 14 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

aksessuarlar yaz geyimleri 2026 toy makiyaji sekilleri qarın yağları kısa saç düzümləri salatlar veten haqqinda atalar sozleri kosmetika uzeyir baldiz məsəllər kahfe kali sevgi