Kosmetik vasitələr, yoxsa səmimi təbəssüm?

Kosmetik vasitələr, yoxsa səmimi təbəssüm?Hər bir qadın gözəl və qüsursuz görünmək arzusundadır. Üz dərisi də qadın gözəlliyinin  əsas komponenti sayılır. Bəzən xanımlar güzgüyə baxdıqda üz dərisinin istədiyi kimi görünmədiyini düşünür. Üzlərindəki qüsurları  gizlətmək və ya dəri solğunluğunu örtmək üçün makiyaj vasitələrindən istifadə edirlər.
Həkim-kosmetoloq Vahidə Tanrıverdiyeva mövzu ilə bağlı bildirdi ki, dekorativ kosmetik vasitələr üz dərisi üçün çox zərərlidir: "Tonal krem, pudra  üzə vurulduqdan  maksimum dörd saat dəridə qala bilər. Bu müddət artdıqda dəriyə ziyan vermiş olursunuz. Dəri məsamələr vasitəsilə nəfəs alır. Üzə çəkilən örtücü məmulatlar məsamələri tutur, dəri nəfəs ala bilmir.  Məsamələr, həmçinin piy  vəzi  də ifraz edir. Dəri üzərinə çəkilən tonal krem ilə piy vəziləri qarışır, dərinin nəfəs almaması ilə yanaşı, sızanaqlar problemi, infeksiyalar yaranır."
Kosmetoloqun sözlərinə görə,  üz dərisində iltihab, sızanaq,  digər ləkələr varsa, kosmetik vasitələrdən istifadə məsləhət görülmür. Çünki həmin hissələrə dəyən kosmetik vasitə  dərinin digər  bölgələrinə də yayılır, beləliklə infeksiyanın sahəsi dəri üzərində genişlənir. Bütün üz  dərisi çopurlu, ləkəli  hala gəlir.
Kosmetoloq qeyd etdi ki, hər kəs öz dərisi haqqında, dəri tipi haqqında müəyyən məlumata sahib olmalıdır. Dərinin növünə uyğun  kosmetik vasitələrdən istifadə olunmalıdır. Bura həm dekorativ, həm də üzə qulluq kosmetik vasitələri aiddir. Üz dərisinin yaşı da nəzərə almalı olduğunuz önəmli məqamlardan biridir.
Makiyajın dərimizə  zərərli təsirini minimuma endirmək üçün qadınlar daha diqqətli olmalıdırlar. Gözəl görünmək istəyərkən üz dərisinin həssaslığını, sağlamlılığını nəzərə almaqda da fayda var. Bu baxımdan, mütəxəssislərin fikirlərini, tövsiyələrini nəzərə almaq məqbul sayılır.
Həkim-kosmetoloq Nura Əzizova isə vurğuladı ki,  xanımlar yaxşı olar ki, tələbat olmadıqca  üzlərinə kosmetika vurmasınlar: "Makiyaj vasitələrindən mütəmadi olaraq istifadə etdikdə həmin  ləvazimatların tərkibindəki kimyəvi maddələr erkən yaşlarda  dəridə qocalma əlamətlərinin və qırışların yaranmasına gətirib çıxarır. Bəzən də bu, dəri xərçəngi ilə nəticələnə bilər. Əlavə olaraq, deyim ki, üzü tez-tez sabun ilə yuduqda dəri quruyur və bu da qırışların yaranmasına səbəb olur.  Spirtli lasyonlar ilə dərini silərkən dərinin  yağlılıq balansı pozulur. Yağlılıq balansı qorunmadıqda dəridə erkən qırışlar qaçılmaz olur. Birinci qırışlar  alında yaranır, ağız-burundan çənəyə doğru  artmağa başlayır. Sonda göz ətrafında meydana çıxır."
Nura Əzizova sağlam dəriyə sahib olmaq istəyən xanımlara tövsiyələrini  də bildirdi: "Antioksidant tərkibli qidalar, yəni meyvə-tərəvəz ilə qidalanma dəri üçün önəmlidir. İyirmi beş yaşından sonra gün ərzində iki litrə qədər su qəbul etmək faydalıdır. Maye dərinin nəmlik balansını qoruyur. Dəri növünə uyğun nəmləndirici  vasitələr,  tərkibi vitaminlər ilə zəngin olan kremlərdən  gündəlik qulluq rutinin də istifadə olunması məsləhətdir. Həftədə iki  dəfə  ev şəraitində təbii tərkibli maskalar ilə dərilərinə qulluq etsinlər."
Kosmetik vasitələr, yoxsa səmimi təbəssüm?Bəzən xanımlar kosmetik vasitələri xarici görünüşün mükəmməlləşməsinə yönələn kompleks qulluğun ayrılmaz hissəsi hesab edirlər. Ancaq təəssüf ki, gözəlliyin qayğısına qalmaq niyyəti ilə  həddindən artıq istifadə sonda xoşagəlməyən vəziyyətlər yaradır. Həmin hallardan biri də məhz ucuz və keyfiyyətsiz məhsullardan istifadə edərkən yaranır. İndi kosmetika bazarı qiymətindən asılı olmayaraq saxta, keyfiyyətsiz məhsullarla doludur. Xanımların əksəriyyəti bu malların tərkibi və keyfiyyətindən xəbərsizdilər. Son zamanlar kosmetik vasitələrin satış obyektləri üçün konkret yer müəyyən deyil: mağazalarda, bazarlarda, yeraltı keçidlərdə… Satışın məkanı kimi, onun satıcısı da bu haqda müəyyən məlumata, bilgiyə sahib olarsa daha yaxşı olar.
Kosmetoloq Sevinc Allahverdiyeva isə  bildirdi ki, bəzən xanımlar tərkibini bilmədikləri kosmetik vasitələrdən istifadə edirlər. Bu da müəyyən yaşdan sonra dəridə arzuolunmaz fəsadların meydana çıxmasına səbəb olur. Xanımlarımız makiyaj ləvazimatları alarkən  onun  istehsal tarixinə, tərkibinə diqqət  yetirməlidirlər.
Ən əsası xanımlar ucuz qiymətə böyük ölçüdə məhsul yerinə, baha qiymətə daha kiçik ölçüdə lakin keyfiyyətli məhsul ala bilərlər.
Sevinc Allahverdiyeva onu  qeyd etdi ki, dərini dincəltmək onun gümrah və sağlam görünməsi üçün çox önəmli bir məqamdır: "Yuxu rejimini pozmamaq, standart saatlarda yatmaq və oyanmaq   üz, gözlər, gözətrafı üçün əhəmiyyətlidir. Dəri bizim xəbərdaredici zəngimizdir. Çünki daxili orqanlarımızda yaranan xəstəliyin əlamətləri özünü sifətimizdə büruzə verir. 25 yaşından sonra insanın bədəndə olan hialuron  turşusu azalmağa başlayır, üz dərisinə xüsusi və vaxtlı-vaxtında qulluq tələb edir. Üz dərisi üçün hər hansı qorunma proseduru həyata keçirmək istəyərkən bunu sadədən başlayın. Əgər dəri cavab verirsə, onda mərhələli şəkildə  davam edin. Birbaşa mürəkkəb tərkibli, ağır qulluq prosesləri ilə üzünüzü yormayın."
Azərbaycan xanımı öz təbii halı ilə, makiyaj etmədən də gözəldir. Gözəl görünmək üçün  müxtəlif  kosmetik vasitələrdən deyil, özünüzəməxsus, səmimi təbəssümünüzdən istifadə edin. İnanın  ki, bu daha təbii, daha zərərsiz, daha məsum  üsuldur.
Yaqut Ağaşahqızı

Gözəllik və Moda     Baxılıb: 7730   Tarix: 20 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Saçdakı ağ tellərə qarşı ev üsulu maska

Saçlarda ağ tellər zamanla hər bir qadında meydana çıxır və onları dərhal gizlətmək istəyi yaranır. Lakin salonda tez-tez rənglənmə, bəli, gümüşü saçları gizlədir, amma saçların sağlamlığını korlayır: tellər quruyur, sını

.

Saçların tez-tez yağlanmasının 5 SƏBƏBİ

Qadın gözəlliyinin əsas elementlərindən biri saçlardır. Hər bir qadın istəyir ki, gur və parlaq saçları ilə daim diqqəti öz üzərinə çəksin. Amma bəzi səbəblərdən saçlar öz canlılığını itirir və tez-tez yumağımıza baxmayara

.

Dəri üçün 5 ƏN ZƏRƏRLİ VƏRDİŞ

Təmizləmə, tonlama, nəmləndirmək, günəşdən qorumaq -bütün bunlar dəri sağlamlığının qarantı demək deyil. Bunun səbəbi, ən yaxşı dəri baxımdan da yan keçən bir neçə pis vərdişin olmasıdır: . 1. Gecə yatmadan əvvəl dərini

.

Dəri baxımının əsasları - MÜTƏXƏSSİS YAZIR

Dəri bədənimizin ən böyük orqanıdır və həm xarici amillərdən, həm də daxili vəziyyətdən təsirlənir. Ona düzgün qulluq etmək, sağlamlığını qorumaq və gözəlliyini artırmaq üçün vacibdir. Dəri baxımının əsasları yalnız kosmeti

.

Makiyajsız gözəllik üçün 10 hiylə

Makiyaj, özünə inamı artıran bir vasitə olsa da, təbii gözəllik insanın özündəki sağlamlıq və düzgün həyat tərzinin nəticəsidir. Makiyasız gözəlliyinizi önə çıxarmaq üçün aşağıdakı tövsiyələrə əməl edin:.  . Yaxşı yuxu

.

"Çılpaq" göz makiyajı əsas gözəllik trendinə kimin sayəsində çevrildi?

Hər bir dəb cərəyanı populyarlıq səviyyəsindən asılı olmayaraq, həmişə eyni dərəcədə layiqli alternativə ehtiyac duyur. Məsələn, təkcə milyonlarla TikTok istifadəçisinin yox, Heyli Biberin də sınadığı sensasion latte makiyajı

.

Gözəlliyin qadınların sosial və peşə həyatına təsiri

Gözəllik, cəmiyyət tərəfindən qiymətləndirilən bir atribut olaraq, qadınların sosial və peşə həyatında əhəmiyyətli bir rol oynayır. Bu təsir, cəmiyyətin gözəllik standartlarına uyğunlaşmaqla yanaşı, qadınların özlərini nec

.

Qadınlar və ideal gözəllik standartları

İdeal gözəllik standartları zamanla dəyişsə də, hər dövrdə qadınların gözəlliklərinə dair müəyyən gözləntilər mövcud olub. Bu gözləntilər, cəmiyyətin və mədəniyyətin tələbləri, media təsiri və sosial strukturların yaratdığ

.

Bu yağdan istifadə etməklə saç və kirpiklərinizi uzada bilərsiniz

Əgər sizin saçlarınız zəif görünür, tökülür və parlaqlığını itiribsə o zaman aşğıdakıları diqqətlə oxuyun. Siz saçlarınızın itirilmiş sağlamlığını bərpa etmək üçün bahalı kosmetik vasitələrdən və kimyəvi dərmanlardan ço

turlar.az

qis geyimləri 2026 qadın geyimi həkim məsləhəti infarkt elametleri diş ağrısı kesmikli banan qadınlar kosmetika sağlıq aslan sanamalar hakışda vetene aid atalar sozleri