Kraliçanın uzunömürlü olmasının sirri nədədir?

Kraliçanın uzunömürlü olmasının sirri nədədir?İngiltərə Kraliçası II Yelizaveta 93 yaşındadır, amma yenə də hər il minlərlə işgüzar görüşlər keçirə və ciddi hökumət qərarları verə bilir. Hakimiyyətdə uzun müddət qalan Kraliça II Yelizaveta yalnız sağlamlığına görə deyil, həm də peşəkar tibbi yardım aldığına görə özünü yaxşı hiss edir.
Bəs kraliçanın uzunömürlü olmasının sirri nədədir?
Milli.Az Qadinklubu.com-a istinadən II Yelizavetanın uzunömür yaşamasının sirlərini təqdim edir:
Kraliçanın 93 yaşında olmasına baxmayaraq, sağlam görünüşü hər kəsin diqqətini çəkir. Yemək məsələsinə gəlincə, kraliçanın nəyi sevib, sevmədiyini bilmək heç də təəccüblü deyil...
Kral ailəsi həkiminin sözlərinə görə, kraliça səhər yeməyi üçün adətən taxıl və dənli bitkilərə üstünlük verir. O, səhər yeməyini saat 09:00-da tək edir. Bəzən səhər yeməyinə püstə və ya quru ərik əlavə edir, kartoflu nişastalardan uzaq durur.
Kraliça nahar yeməyində isə adətən ispanaqla yağsız balığa üstünlük verir. Axşam yeməklərində də nahar yeməyinə bənzər yeməklərdən istifadə edir.
Kraliça şokolad sevəndir. Ancaq şokoladı yeməkdən sonra deyil, nahardan sonra üçüncü çay vaxtı yeyir.
Kraliçanın digər sevimli yeməyi mürəbbədir. O, çərəz kimi pudingləri də sevir. Xüsusilə ağ şaftalı pudingini...
Kraliça ilə bağlı bəzi maraqlı faktlar da var. İldə iki dəfə şəxsiyyət vəsiqəsi olmadan ad gününü qeyd edən kraliçanın həyatı ilə bağlı bəzi məqamlar:
Kraliça II Yelizavetanın bu il 94 yaşı olacaq...
21 aprel 1926-cı ildə anadan olan Yelizaveta Aleksandra Meri doğum gününü aprelin ikinci şənbə günü rəsmi olaraq qeyd edir. Bunun səbəbi 250 illik bir ənənədir. Noyabr ayında anadan olan II Kral Corc pis havayla əlaqədar ikinci ad günü ənənəsini 1748-ci ildə başladıb. O vaxtdan bəri kral və kraliça ad günlərini rəsmi olaraq aprelin ikinci şənbə günü xalqının qatıldığı bir mərasimlə qeyd edirlər.
6 fevral 1952-ci ildə atası Kral VI Corcun ölümü ilə 25 yaşında taxta keçən Kraliça II Yelizaveta 66 ildir hakimiyyətdədir. İngilis kraliçası dünyanın ən yaşlı hökmdarıdır.
Kraliça II Yelizaveta pasportu olmadan səyahət edə bilir. Beynəlxalq səfərləri zamanı dövlət başçıları tərəfindən qırmızı xalça ilə qarşılanan kraliçanın pasporta ehtiyacı yoxdur. Kraliça həmçinin İngiltərədə sürücülük vəsiqəsi olmadan idarəetmə hüququna malikdir.
Kraliça haqqında bilinməyən azsaylı faktlardan biri də qeyri-adi hədiyyələrdir. Heyvanlara olan sevgisi ilə məşhurlaşan kraliça üçün ən qeyri-adi hədiyyə Kamerundan olan Jumbo adlı 7 yaşlı fil və iki nəhəng tısbağadır. Bundan başqa, onun üçün xüsusi hazırlanmış "Yaquar" avtomobili var.
Yaxşı bir sürücü olaraq tanınan kraliçanın "Yaquar"ında çantası üçün xüsusi bölmə və itləri üçün xüsusi hazırlanmış quzu dərisindən bir xalça var.
Heyvansevər olan Kraliça II Yelizaveta 30 corgi it cinsinə sahibdir.
Bundan başqa, kraliça heyrətamiz rənglər üzərində qurduğu kral stili ilə də xüsusi şöhrət qazanıb.
Limon sarısı kostyumundan bənövşəyi parıltılı şapkasına kimi kraliçanın sıx rənglərdə baş rolda olduğu monoxrom görünüşü hər zaman diqqət mərkəzindədir. Onun bu stili seçim etməsinin səbəbi uzaq məsafədən tanınması üçündür.
Kraliça II Yelizavetanın çoxsaylı hobbiləri arasında fotoqrafiyaya marağı olduğu da bir çoxunu təəccübləndirir.
Milli.Az  /news.milli.az

Xəbərlər     Baxılıb: 1561   Tarix: 08 mart 2020
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

hamiləlik geyim necə seçməli kosmetoloq qazan kotleti sepkilere qarsi mualice hüquq və qadın haqları ciyər qovurması kosmetika burclerin uyumu gozellik heyati hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz rus dili