Krem, gel və şampunlardakı bu maddələr xərçəng yaradır - SİYAHI

Krem, gel və şampunlardakı bu maddələr xərçəng yaradır - SİYAHISüd vəzi xərçəngi ilə bağlı dünyanın məşhur xeyriyyə təşkilatı krem və şampunlardakı bu xəstəliyi yaradan zərərli maddələri açıqlayıb.
Milli.Az xəbər verir ki, xeyriyyə təşkilatının açıqlamasında şampun və kremlərin tərkibindəki maddələrin insanın hormon sisteminə təsiri nəticəsində xərçəng xəstəliyini yaratma riski qeyd olunub.
"Breast Cancer UK" təşkilatının açıqlamasına görə milyonlarla qadının gündəlik istifadə etdiyi bəzi şəxsi qulluq məhsulları - məsələn, şampunlar və üz kremləri - döş xərçəngi riskini artırır.
Məlumatda qeyd olunur ki, bir çox istehlakçı bu məhsullarda tək halda zərərsiz görünən maddələrin birlikdə istifadə olunduqda dəri üzərində hormonal sistemi pozan kimyəvi maddələrə (EDC-lərə) çevrilə biləcəyindən xəbərsizdir.
"Breast Cancer UK" artıq zərərli hesab olunan bəzi kimyəvi maddələrin siyahısını və bu maddələrin hansı məhsullarda olduğunu açıqlayıb ki, qadınlar özlərini daha yaxşı qoruya bilsinlər.
Ən çox hormonal pozucu maddə - EDC - makiyaj və dırnaq laklarında tapılıb. Bu maddələr qadın hormonu olan estrogeni təqlid edərək orqanizmdə hormonal tarazlığı poza bilir.
Təşkilatın məlumatına görə, bu məhsullarda üç əsas təhlükəli kimyəvi maddədən azı ikisi olur: parabenlər, ftalatlar və süni ətirlər.
Ftalatlar əsasən dırnaq lakı, şampun və saç spreylərində olur və plastikləri möhkəmləndirmək üçün istifadə olunur. Amma kosmetik məhsullarda dəridən orqanizmə keçərək təbii hormonların - məsələn, estrogen və testosteronun - ifrazını və təsirini poza bilər. Bu da döş xərçəngi riskini artırır.
Xeyriyyə təşkilatı bildirir ki, bu zərərli maddələr çox vaxt məhsulun tərkibində "ətir" və ya "fragrance/parfum" adı ilə gizlədilir, çünki bu kimyəvilər qoxunun daha uzun müddət qalması üçün əlavə olunur.
Bu maddələr tək halda az miqdarda zərərsiz görünə bilər, lakin gündəlik olaraq bir neçə məhsulun birlikdə istifadəsi bu maddələrin birləşərək orqanizmə daha ciddi təsir etməsinə səbəb ola bilər. Breast Cancer UK qadınlara bu maddələri ehtiva edən məhsullardan uzaq durmağı və etiketləri diqqətlə oxumağı tövsiyə edir.
Makiyaj və Dırnaq Lakı:
Methylparaben
Ethylparaben
Propylparaben
Butylparaben
Cyclohexasiloxane
Cyclopentasiloxane
Cyclotetrasiloxane
Sodium hydroxymethylglycinate
2-bromo-2 nitropropane-1,3-diol
5-bromo-5-nitro-1,3-dioxane
Benzylhemiformal
Diazolidinyl urea
DMDM hydantoin
Imidazolidinyl urea
Methenamine
BHA
BHT
Fragrance / Parfum
Glyoxal
Dodaq boyası (Lipstick):
BHT
Kremlər və nəmləndiricilər:
benzophenone-3
benzophenone-4
ethylhexyl dimethyl PABA
ethylhexyl methoxycinnamate
4-methylbenzylidene camphor
homosalate
Octocrylene
Methylparaben
Ethylparaben
Propylparaben
Butylparaben
Cyclohexasiloxane
Cyclopentasiloxane
Cyclotetrasiloxane
Saç spreyi və boyası:
Parfum / Fragrance
Acetyl hexamethyl tetralin (AHTN / tonalide)
Benzyl salicylate
Musk ketone
Musk xylene
Diethyl phthalate
Hexamethylindanopyran (galaxolide)
Sabun və bədən yuyucuları:
Triclosan
Triclocarbon
Fragrance / Parfum
Şampun və kondisioner:
Triclosan
Triclocarbon
Fragrance / Parfum
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1162   Tarix: 17 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gelinlikler gözəllik məhsulları toy makiyaji sekilleri cox yasa bir yaşına qədər körpələrə qulluq soz haqqinda atalar sozu toy ucun maraqli ideyalar kosmetika faydalı məsləhətlər olumu xanım az vidyolar yutube