Küncüt yağı nadir müalicəvi məhsul

Küncüt yağı nadir müalicəvi məhsulKüncüt yağı çox xeyirli müalicəvi məhsuldur. Bizim eramızda çox-çox əvvəl Qədim Vavilonda, Qədim Çində, Qədim Misirdə küncüt yağı müalicəvi vasitə kimi geniş istifadə olunurdu.
Dahi Avisennanın elmi əsərlərində küncüt yağının faydalı xüsusiyyətləri və onun tibbdə istifadəsi haqqında məlumat var.
Təbii küncüt yağı bir çox xəstəliklər və pozulmalar zamanı təbii müalicəvi vasitə kimi istifadə oluna bilər.
Küncüt yağı ürək-damar sisteminin fəaliyyəti üçün çox xeyirlidir. Küncüt yağı qan damarların divarlarını möhkəmləndirir və onların elastikliyini artırır, qanda "pis" xolesterinin səviyyəsini aşağı salır, qan təzyiqini normada saxlamağa kömək edir, qanın tərkibinə müsbət təsir edir.
Küncüt yağı qanın laxtalanması ilə bağlı olan bir çox xəstəliklər və pozulmalar zamanı (hemorragik diatez, trombopeniya və s.) sübut olunmuş müalicəvi təsir edir.
Küncüt yağının qəbulu ürəyin işemik xəstəliyi, hipertoniya, infarkt, insult, ateroskleroz, aritmiya kimi xəstəlikləri və pozulmaları zamanı müalicəvi təsir edir. Həmçinin bu xəstəliklərin profilaktikası məqsədi ilə də küncüt yağını istifadə etmək olar.
Küncüt yağı beyin damarların sıxılmasının (spazm) qarşısını alır, beyində qan dövranını yaxşılaşdırır və ümumillikdə beyinin fəaliyyətinə müsbət təsir edir. Belə hesab olunur ki, küncüt yağı qəbul edən insanlarda yaddaş, diqqət və təfəkkür qabiliyyəti   yaxşılaşır.
Küncüt yağı bağırsaqlara yüngül işlədici təsir edir. Bu xroniki qəbizlikdən əziyyət çəkən insanlar üçün çox vacibdir. Küncüt yağı bağırsaqları təmizləyir, onları şlaklar, toksinlər, azad radikallar, ağır metalların duzları və digər orada yığılan ziyanlı maddələrdən təmizləyir.
Küncüt yağı mədə şirəsinin turşuluğunu azaldır. Bu səbəbdən küncüt yağı mədə və 12 barmaq bağırsağı xorası və həmçinin qastrit zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.
Küncüt yağı qara ciyərin və öd kisəsinin fəliyyətini yaxşılaşdırır, ödqovucu təsir edir, öd daşı xəstəliyi profilaktikası üçün uğurla istifadə oluna bilər.
Küncüt yağı həmçinin qurdqovucu təsirinə də malikdir. Bu səbəbdən bu yağı uşaqların qidalanmasında istifadə etmək yaxşıdır.
Ağır xəstəliklərdən və güclü streslərdən sonra bu yağın qəbulu insan orqanizminin daha tez bərpa olunmasına kömək edir. Yorğunluq, zəiflik, yuxusuzluq zamanı küncüt yağı çox yaxşı kömək edir.
Küncüt yağı immun sisteminə də müsbət təsir edir. Soyuqdəymələr xəstəlikləri, öskürək, faringit, tonzillit (angina) zamanı küncüt yağının qəbulu sağalmanı tezləşdirir.
Küncüt yağı kalsium elementi ilə olduqca zəngindir. Bu səbəbdən bu yağı uşaqların, yaşlı insanların və hamilə qadınların qidalanmasında daha geniş istifadə etmək lazımdır. Küncüt yağı müalicəvi və müalicəvi-profilaktik massaj zamanı istifadə olunur (xüsusilə oynaq və sümük problemləri olan insanlarda və həmçinin körpə uşaqlarda).
Küncüt yağının tərkibində olan xüsusi maddələr güclü antioksidant təsirinə malikdir ki, bu yağın müntəzəm qəbulu orqanizmi cavanlaşdırır, orada gedən qocalma və dağılma prosesləri ləngidir.
Küncüt yağı yarasağaldan təsirinə malikdir, müxtəlif dəri xəstəlikləri (ekzema, psoriaz və s.), yanıqlar zamanı müalicəvi vasitə kimi istifadə olunur.
Küncüt yağı qadınların cinsiyyət sisteminə müsbət təsir edir, klimaks zamanı qadınların vəziyyətini yaxşılaşdırır, menstruasiya ağrıların azalmasına kömək edir.
Belə hesab olunur ki, küncüt yağının qəbulu kişilərdə potensiyanı yaxşılaşdırır, spermatogenez prosesinə (spermatozoidlərin istehsalı prosesi) müsbət təsir edir.
Küncüt yağı kosmetologiyada dərinin və saçların vəziyyətinin yaxşılaşdırılaması üçün istifadə olunur. Bu yağ müxtəlif qidalandırıcı və cavanlaşdırıcı maskaların tərkibinə daxildir. Cavanlaşdırıcı maska: 1 çay qaşığı küncüt yağı, 1 çay qaşığı ərik yağı, 1/2 limonun şirəsi, 1/2 banan. Banan blenderdə əzilir və digər komponentlərlə qarışdırılır. Maskanı təmiz üz dərisinə çəkin, 15-20 dəqiqən sonra ilıq su ilə yuyun.
Saçları daha canlı, parlaq və sağlam etmək üçün saçların köklərinə bir qədər qızdırılmış küncüt yağı sürtün və 30 dəqiqədən sonra saçlarınızı yuyun.
Bütün bu faydalı xüsusiyyətlərinə baxmayaraq bəzi xəstəliklər və pozulmalar zamanı küncüt yağının qəbulu tövsiyə edilmir. Belə ki, küncüt yağı qanın laxtalanmasını artırır və bu səbəbdən varikoz xəstəliyi, tromboflebit və s. damar xəstəlikləri və bu xəstəliklərə meyillik zamanı küncüt yağının qəbulu tövsiyə edilmir. Bu yağ həm də allergik reaksiyalara səbəb ola bilər.
Beləliklə müalicə məqsədi ilə küncüt yağından istifadə etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.
Müxtəlif xəstəliklərin və pozulmaların müalicəsi və profilaktikası məqsədi ilə gün ərzində 1-2 xörək qaşığı təbii küncüt yağı qəbul etmək lazımdır. Küncut yağı tərəvəz salatlarına əlavə etmək və ya içmək olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1321   Tarix: 23 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bu qidalar prostat xərçəngi riskini artırır

Yeni araşdırma ultra-emal olunmuş qidaların yüksək miqdarda istehlakı ilə prostat xərçəngi riski arasında əlaqə olduğunu göstərib. -a istinadən bildirir ki, tədqiqata əsasən, bu cür qidaları daha çox qəbul edən kişilərd

.

İdman qidalarının yalançı reklamları: Təsir və fəsadları

Son dövrlər sosial media platformalarında bəzi idman qidalarının "arıqlamağa kömək edir", "piy yandırır", "yağları əridir", "bədən çəkisini azaltmağa kömək edir" və digər bu kimi ifadələrl

.

Bu peşələrdə çalışanların xərçəngdən ölüm riski daha yüksəkdir

BŞ-də aparılan genişmiqyaslı araşdırma pilot və stüardessaların radiasiya ilə əlaqəli xərçənglərdən ölüm riskinin digər peşə qrupları ilə müqayisədə daha yüksək olduğunu göstərib. xəbər verir ki, araşdırmada 2020-2024-c

.

Uşağınız bu sözləri tez-tez deyirsə, diqqətli olun

Stenford Universitetinin alimləri müəyyən ediblər ki, uşağın stressli və ya çətin hadisələr barədə necə danışması, onun gələcəkdə psixoloji problemlərlə üzləşmə riskini proqnozlaşdırmaq baxımından danışdığı hadisənin özündə

.

Stress bu xəstəliyini kəskinləşdirə bilər

Güclü və uzunmüddətli stress orqanizmdə gizli qalan herpes viruslarının yenidən aktivləşməsinə səbəb ola bilər. Herpes simplex viruslarının I və II tipləri, eləcə də suçiçəyi virusu ilkin infeksiyadan sonra sinir hüceyrələrind

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Siqareti buraxanları ilk aylarda hansı dəyişikliklər gözləyir?

Ağciyərlərin bərpa müddəti siqaretdən istifadə illərindən və insanın ümumi sağlamlığından asılıdır. Bu proses bir neçə aydan bir neçə ilə qədər davam edə bilər. xəbər verir ki, siqareti dayandırdıqdan bir neçə saat sonr

.

Diyetoloq zərərli şirniyyatlara alternativi açıqladı

Şirniyyat insanın əhvalını qısa müddətə yaxşılaşdıra bilər. Lakin pəhriz saxlayanlar üçün hansı şirniyyatların daha münasib olduğu sual doğurur. Diyetoloqlar bu baxımdan zefiri alternativ məhsullardan biri hesab edirlər

.

Quru göz sindromunun yaranma səbəbləri

Gözlərin kifayət qədər nəmlənməməsi, eləcə də uzun müddət qadcetlərdən (smartfon, kompüter və s.) istifadə "quru göz sindromu"nun yaranmasına səbəb olur. -a istinadən xəbər verir ki, bu barədə tibb elmləri doktoru

turlar.az

geyim dəbləri sac duzumleri yay kolleksiyasi şəxsi təcrübə hamiləlikdən sonra qlazok yumurta kariyera və iş həyatı kosmetika qogal baldıza aid hakışta novruz hakisdalari yemekler veten haqqinda bayatilar