Kür su nə deməkdir?
Şəriət baxımından sular beş növə bölünür: kür su, az su, axar su, yağış suyu və quyu suyu. Bu suların hər birinin nəcasəti paklamaq baxımından hökmləri fərqlidir. Kür suyun miqdarı barədə risalələrdəki məlumatlar dəqiqlik baxımından bir qədər fərqlidir.
Xanim.az islam.az-a istinadən bildirir ki, bəzi müctəhidlər eni, uzunluğu və dərinliyi 3,5 qarış olan bir fəzanı dolduran suya kür su deyirlər. Bəzi müctəhidlərə görə bu ölçülər 3 qarışdır. Kür suyun çəkisinin müasir ölçüsünə gəlincə, 377,4 litrdən 384 litrə kimi qeyd edirlər. Bu miqdarda və bundan artıq suya kür su deyilir. Kür suyun xüsusiyyəti budur ki, içinə düşən nəcasəti, əgər nəcasət onun iyini, rəngini və dadını dəyişdirmirsə, pak edir. Yəni kür suya, onun dadını, iyini və rəngini dəyişdirməyəcək miqdarda nəcasət qarışsa, yenə pak hökmündədir. Müqayisə üçün deyək ki, bundan az miqdarda suyun içinə bircə damcı nəcasət düşsə, bütün su murdar olur.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu
Nuranın "Avroviziya" arzusu
Siqaretdən 10 qat daha zərərli: Hər evdə var
Məşhur azərbaycanlı aktrisa ana olacaq
Avropa İttifaqı Timatiyə sanksiya tətbiq etdi - SƏBƏB
Böyrək çatışmazlığına səbəb olan 6 QİDA
Kanye Vest Türkiyədə dünya rekordu qıracaq