Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbi

Kürək nahiyyəsində səpgilər, qızartı və ləkələrin səbəbiBədənin  bir hissəsində olan səpgilər və qızartılar hansısa bir xəstəliyin səbəbi ola bilər. Bu səpgilər diqqət və qulluq görmədikdə infeksiyalaşıb sızanaqlara dönə bilirlər. Adətən sizanaqlı səpgilər həddindən artıq yağlı dərilərdə əmələ gəldiyi üçün müalicə barədə düşündükdə, ilk ağıla gələn şey dərinin yağlılığını azaltmaq olur ki, bunu da bəzi bitki dəmələmələrinin vasitəsilə aradan qaldırmaq olur.
Dəridə sızanaqların əmələ gəlməsinə sabun və poroşoklar səbəb ola bilər. Sintetik paltarlar da dərilərdə səpgilərin əmələ gəlməsinə səbəb ola bilir. Bəzən elə həssas dərilər olur ki, metalla təmasa girdikdə, sıx meşədə gəzən zaman və ya sarımsaq yeyilən zaman səpgilər meydana çıxır.
Allergik purpura deyilən bir dəri xəstəliyi vardır ki, bu dəridə səpgilər və qızartılarla müşayiət olunur. Bu səpgilər əsasən kürək nahiyyəsində əmələ gəlir. Xəstəliyin əmələ gəlməsinə mədə-bağırsaq sistemində, böyrək və qaraciyərdə olan xəstəliklər səbəb ola bilir. Səpgilərin müalicəsinə daxili orqanların müalicəsindən başlamaq lazımdır. Çünki müalicə düzgün istiqamətdə aparılmasa, səpgilərin ölçüsü arta bilər və adi görünən sızanaq ekzemaya, pssoriaza dönüşə bilər.
Kürək nahiyəsində səpgilərin əmələ gəlməsinə fındıq, qoz, fısdıq, çiyələk, avokado və bu kimi allergiya verən qidaların qəbulu da səbəb ola bilir.
Kürəkdə əmələ gələn səpgilər başqa faktorların da meydana gəlməsinə şərait yaradır.
* səpgi yerlərində göy ləkələrin iz qoymasına
* qaşıntıya
* irin və iltihabın baş verməsinə
* şişkinlik və istiliyə
* qabıq və ya kəpək qoyma
* kürək dərisində həssaslıq və irinli səpgilərdə ağrıya.
Kürəkdə səpgiləri aradan qaldırmaq üçün dermatoloqla terapevtin birgə müalicəsi daha yaxşı təsir göstərir. Allerqoloqun məsləhəti də xəstəliyin əlamətlərinin aradan qalxmasında yardımçı olur.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1087   Tarix: 08 mart 2022
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

makiyaj instagram həkim məsləhəti qadin sayti xalq təbabəti vətən haqqında bayatı sinir sistemi ataya aid atalar sozleri kosmetika vətənə aid atalar sözləri novruz bayramı qurd xəstəliklərinə qarşı mualicə maska ziyafet geyimleri