Kütləvi tədbirlər, aksiyalar ölkəni epidemioloji baxımdan çətin duruma sala bilər

Kütləvi tədbirlər, aksiyalar ölkəni epidemioloji baxımdan çətin duruma sala bilərSon günlər ölkədə baş verən hadisələr, eləcə də erməni təxribatı nəticəsində Azərbaycan-Ermənistan sərhədində yaranmış gərgin vəziyyət hər birimiz üçün üzücüdür; bu hadisələr dünya ictimaiyyətini və az da olsa bir çox dövlətləri də narahat etməyə başlayıb. Amma belə bir şəraitdə, dünya və insanlıq üçün real təhlükəli epidiomoloji şəraitdə bu hadisələrə tələsik qiymət vermək, habelə sağlam düşüncə və məntiqdən çıxış edərək onları dəyərləndirmək tələb olunur. Digər tərəfdən Bakıda və ölkənin digər regionlarında ölkə vətəndaşlarının orduya və Qarabağa dəstək yürüşlərinin olması çox sevindirici haldır.
Azərbaycan vətəndaşının, Azərbaycan gəncliyinin həqiqətən özünü düşünmədən dövlətimizin, Ali Baş Komandanın və ordumuzun yanında olduğunu göstərən izdihamlı və möhtəşəm yürüşləri qürurvericidir. Qəhrəmancasına şəhid olmuş Azərbaycan generalını son mənzilə yolasalmada bu qədər izdihamın yaşanması həqiqətən şərəfvericidir. Xırda nüanslara, hansısa xırda ünsürlərin, yaxud təsir altına düşmüş cavanların insidentlər törətməsi də təəssüf hissi doğurur və əlbəttə ki, bunlar barədə dövlətimiz və hüquq-mühafizə orqanları lazımi tədbirlər görür və görəcək. Bu tədbirlərin effektivliyinə və vaxtında görülməsinə mənim qətiyyən şübhəm yoxdur. Amma həqiqət budur ki, xalq dövlətinin yanındadır, ordusunun yanındadır və ümumi mənzərə hər birimizdə fəxarət hissi oyadır.
Dəyərli dostlar və əziz vətəndaşlar!
Mən Sizin diqqətinizi tamam başqa bir məsələyə çəkmək istəyirəm: əmin olun ki, bu gün düşünülən hadisə müharibə və qarşıdurma üçün seçilmiş zaman çərçivəsi mənə görə düşünülmüş daha böyük Planın tərkib hissəsidir. Nədir bu tərkib hissə? Hazırkı şəraitdə Azərbaycan cəmiyyətinin psixoloji vəziyyətini, onun epidimioloji durumunu, real tibbi nöqteyi nəzərdən ölkəmizdəki mövcud vəziyyəti, xəstəxanalardakı durumu nəzərə alsaq, kütləvi toplum halında belə bir yürüşün əsas hədəfi vətəndaşı epidimoloji cəhətdən daha təhlükəli vəziyyətə salmaqdır. Kütləvi şəkildə toplaşmaq, yürüşlər etmək, dövlətə və orduya dəstəkvermə kimi cəmiyyətimizin həssas psixoloji amildən istifadə etməklə düşmən bilərəkdən ölkədəki epidimoloji vəziyyəti daha da ağırlaşdırmaq niyyəti güdür.
İyulun 14-də baş tutan kütləvi mitinq tibbi nöqtəyi nəzərdən dövlətimizin və hər bir vətəndaşın 3-4 ay ərzində görmüş olduğu bütün epidiomoloji tədbirlərin üzərindən xətt çəkdi. Əfsuslar olsun ki, vətən eşqi ilə yürüşə çıxan minlərlə insanın heç biri bunun fərqində deyildi! Bu sadəcə çox ustalıqla hazırlanmış, düşmən qüvvələr və psixoloqlar, dünya tibb proseslərindən başı çıxan ağıllı ekspertlər tərəfindən əvvəlcədən planlaşdırılmış silsiləli hadisələr zənciridir. Buna görə də, deyilənləri nəzərə alaraq, mən ən azından, həkim-ekspert kimi bügünkü epidimoloji reallığı, hadisələrin siyasi oyun tərəfini, xarici qüvvələrin və düşmənlərimizin həyata keçirmək istədikləri planlarını, eləcə də bugünkü müharibə şəraitini nəzərə alaraq, dövlət və bayraq sevdalısı olan hər bir kəsi daha dərindən düşünməyə dəvət edirəm. Bu ən başlıcası, tibbi nöqteyi nəzərdən vacibdir.
İkincisi, dövlətimizin və cəmiyyətimizin gələcəkdə daha böyük problemlərlə üz-üzə qalmaması üçün lazımdır. Əks təqdirdə müharibə şəraitində yaşayan ölkəmizdə, eləcə də ordumuzda yeni-yeni itkilər yaşana bilər, sıxıntılarımız daha çox ola bilər. Ordu öz işini rahat bir şəkildə görməlidir. Unutmamalıyıq ki, nəzarətdən çıxabiləcək epidimioloji vəziyyət həm də sevdiklərini arxa cəbhədə, bizimlə birlikdə buraxmış əsgər və zabitlərimiz üçün yeni bir stress qaynağıdır.
Bunları nəzərə alaraq düşünürəm ki, vətəndaşların evdən çıxmaması üçün daha ciddi qərarlar lazımdır. Müalicə taktikalarında bu günə qədər görülən işlərdən daha fərqli işlərə ehtiyac var. Əks təqdirdə biz müharibənin vurduğu dəhşətlərdən və zərərlərdən yüz dəfələrlə çox zərərlərə və itkilərə məruz qalmış olarıq. Tarix bunu bizə heç zaman bağışlamaz. Və xalqımız böyük acılar yaşaya bilər. Bunun qarşısını almaq isə çox çətin olar. Bunu hər birimiz sağlam düşüncə ilə anlamalı və qəbul etməliyik.
Dəyərli dostlar!
Bu vacib məsələ ilə bağlı fikirlərimi sizinlə bölüşməyi özümə borc bildim. Hesab edirəm ki, sizin münasibətiniz və fikirləriniz daha çox önəm daşıyacaq.
Tanrı Xalqımızı qorusun! Ordumuz və Ali Baş Komandanımız var olsun!
Qoy hər bir vətəndaşımız öz müstəqil dövləti və Prezidenti ilə gələcəyə daha təhlükəsiz bir şəkildə addımlasın!
Milli Məclisin deputatı Rəşad Mahmudov
Trend /news.milli.az

Xəbərlər     Baxılıb: 1189   Tarix: 16 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

hamilelikde qidalanma yay kolleksiyasi kosmetoloq sirin gilas 2026 qonaq otagi salatların bəzədilməsi uz derisine qulluq maskalari kosmetika sekis kahfe fali novruz hakistasi veten haqqinda atalar sozu novruz hakışdaları