Lady Gagaya Bakıda 1 milyon qonorar verilməsinə yerli müğənnilərin reaksiyası -VİDEO

Lady Gagaya Bakıda 1 milyon qonorar verilməsinə yerli müğənnilərin reaksiyası -VİDEOGənclər və idman naziri Azad Rəhimovun Bakıda Avropa Oyunlarının açılışında oxuyan Lady Gagaya 1 milyon dollardan artıq qonorar ödənilməsinə dair açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

Xanim.az Lent.az-a istinadən xəbər verir ki, bu, həm də yerli ifaçıların qonorar məsələsini gündəmə gətirib.

Azərbaycanda əcnəbi ölkələrə tez-tez də olmasa, vaxtaşırı konsert səfərinə yollanan ifaçılar az deyil. Bəs onların bu çıxışlardan əldə etdiyi gəlir nə qədərdir?

Xalq artisti Azərin bildirir ki, Azərbaycanın daxilində müğənnilərin konsert fəaliyyəti yoxdur:

"Hər ikinci müğənnidən soruşsanız, deyəcək ki, mən konsertdən heç nə qazanmıram. Halbuki, o konserti keçirmək üçün cibimdən pul qoyuram. Bu olmadığı təqdirdə hansı qonorardan danışa bilərik? Ancaq toyla dolanır müğənnilər. Restoran, toy".

Xalq artisti hesab edir ki, qonorarın məbləği ifaçının şəxsi işidir və hər hansı tədbirdən əldə edilən gəlirin açıqlanması tamamilə yanlışdır:

"Mən heç zaman, heç bir yerdə açıqlamamışam ki, mən hara getdim nə qədər pul aldım, nə qədər qazancım oldu. Hər müğənninin özünə görə qiyməti var. Mən düşünürəm ki, bu, düzgün deyil. Kimsə çıxıb deyir ki, konsertdə mənə filan qədər pul verdilər, ona da pis baxıram".

Xalq musiqisi ifaçılarına təklif olunan qonorarın məbləği o qədər böyük deyil. Lakin onlar əcnəbi ölkələrə tez-tez səfər etdiklərindən məbləğ onları qane edir. Xalq artisti Alim Qasımov deyir ki, səfərlərdə onlar müəyyən miqdarda qonorar alırlar: "Dünyada folklor musiqisinə çox çətindir ki, yüksək "summa" qoyulsun. Bu, yoxdur. Qonorar verirlər, amma 1 milyon, 100 min deyil. 6 nəfərə 3-4 min pul verirlər".

Xalq artistinin qızı Fərqanə Qasımova da xarici ölkələrdə çıxışı zamanı aldığı qonorarın miqdarını açıqlamaqdan imtina edib:

"Min bərəkət. Fakt odur ki, biz çörəyimizi xaricdəki çıxışlarımızla qazanırıq. Konsert veririk və qonorar alırıq. Çalışmaq lazımdır ki, büdcəyə uyğun yaşayasan".

Əməkdar artist Tünzalə Ağayeva "prodakşn sistemi"nin olmamasına diqqət çəkib:

"Azərbaycan artisti milyon dollara satıla bilməz. Çünki onun dünya bazarı yoxdur. Onun bazarı balacadır. Ya Azərbaycandır, ya da uzaqbaşı Türkiyə, Rusiya, Gürcüstan, Orta Asiya ola bilər ki, bunlar hələ hədəf götürülməyib. Potensialımız var amma sistem yoxdur. Mən rəqəm açıqlamayacağam. Çünki kommersiya sirri deyilən bir şey var. Heç bir prodakşn rəqəmlərini ortaya tökməz".

Klassik ifaçılarımızdan Samir Cəfərov da vaxtaşırı xarici səfərlərə gedir: "Xüsusi qonorar var klassik ifaçılarda. Konkret rəqəmlər olur və bu rəqəmlər bizi qane edir. Azərbaycanda klassikaya çox da dəyər verilmir. İstədiyim qonorarı ödəyirlər və mənə yetərlidir".

Növrəsli qardaşları da tez-tez əcnəbi ölkələrdə çıxış edir. Tar ifaçısı Arslan Növrəsli hesab edir ki, sənətkar ilk növbədə özünə dəyər verməlidir.

O ki, qaldı sırf onun çıxışlarına, qonorarın məbləği çıxışın formatından asılıdır. Konsertin harada və hansı təşkilat tərəfindən keçirilməsi də mühüm məqamdır:

"Əgər sənin adın brenddirsə, əlbəttə ki, səni istəyirlər və sən öz qonorarını deyə bilirsən. Biri var məni konsertə dəvət edirlər bir ifa üçün, onun qonorarı başqadır, biri də var, solo konsert. Məsələn, Royal Albert Hall da konsert veririksə, 15 min də ola bilər, 20 min də".

Şahin Növrəslinin ABŞ-da şirkətlərin biri ilə müqaviləsi var. Odur ki, məbləğ onlar tərəfindən müəyyən olunur. Nurlan Növrəsli isə qonorarını özü müəyyən edir. Hər iki ifaçının bir konsert üçün tələbi təxminən 20 min ABŞ dollarıdır.

Xəbərlər     Baxılıb: 1633   Tarix: 04 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Yuxusuzluq Parkinson və Altsheymer xəstəliklərinin erkən əlaməti kimi ortaya çıxa bilər.  xəbər verir ki, bu barədə rusiyalı nevroloq Yekaterina Demyanovskaya məlumat verib. Onun sözlərinə görə, qəfil başlayan yuxusuzlu

.

Restoranda sifariş etdiyiniz bu qidalar sağlamlığınızı məhv edir

Çöl qidalanması keyifli olmalıdır, lakin aşağıdakı məqamlar bu keyfi xəstəxanada bitirə bilər:. "Günün şorbası" əslində "Dünün şorbası" ola bilər. Bir çox məkanda günün şorbası mətbəxdəki israfın qarşısın

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir

Alimlər cəmi iki dozada beyin iltihabını kəskin şəkildə azalda və yaddaşı bərpa edə bilən yeni bir burun spreyi hazırlayıblar . Spreyin təsirinin aylarla davam etdiyi bildirilir. xəbər verir ki, son zamanlar aparılan çoxsayl

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Bu yuma rejimlərindən uzaq durun - Paltarlara zərər verir

Müasir paltaryuyan maşınlar müxtəlif proqramlarla təchiz olunsa da, onların hamısı gündəlik istifadə üçün uyğun deyil. Bəzi rejimlər effektiv görünsə də, əslində paltarların keyfiyyətini aşağı salır və ömrünü qısaldır. xəbə

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

turlar.az

sade makiyaj sekilleri gelinlikler qis geyimləri 2026 döş əmən kişilər noxud sorbasi faydalı məsləhətlər infarkt elametleri kosmetika şəkərbura atalar sozleri tanisliq sac modelleri terezi