Latviyada 800 min insan koronavirusa görə peyvənd olunacaq
Latviya hökuməti COVID-19 əleyhinə ilk olaraq peyvəndə cəlb olunacaq şəxsləri müəyyənləşdirib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin şəxslərin sayı təxminən 800 min nəfər təşkil edir.
İlk növbədə risk qrupuna aid vətəndaşlar − təqaüdçülər, xroniki xəstəliyi olanlar, sosial yardım mərkəzlərinin işçiləri və müştəriləri, habelə tibb işçiləri, operativ xidmət əməkdaşları və yüksək risk şəraitində çalışan digər insanlar peyvəndə cəlb olunacaq.
Ümumdünya Səhiyyə Təşkilatı kollektiv immunitetin yaranması üçün əhalinin 20 faizini peyvəndə cəlb etməyi tövsiyə edir.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir