Lələtəpə döyüşçüsü kömək istəyir: "Xərçəngəm, kömək edin!"

Lələtəpə döyüşünün iştirakçısı, Beyləqan rayon sakini, hazırda Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu ağır xəstəliyinin müalicəsi üçün birinci vitse prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik:

"Hörmətli birinci vitse prezdent Mehriban xanım Əliyeva!
Mən Beyləqan rayon sakini, hazırda Beyləqan Hərbi Birləşməsininin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi qulluqçusu Aslanov Azər Əbülfət oğlu Lələtəpə yüksəkliyinin alınmasında fəal iştirakçılardan biri olaraq sizə müraciət edərək xəstəliyimin müalicəsi üçün kömək etməyinizi xahiş edirəm.
Bir müddət müalicə aldığım Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikasında məndən götürülən qan analizində linfa xərçəngi aşkarlandı və müalicə olunmaq üçün Milli Onkologiya Mərkəzinə göndərildim. Ağ ciyərin yaxınlığında yerləşən linfada xərçəng xəstəliyinin mövcud olması Milli Onkologiya Mərkəzində təsdiqini tapdı və ilkin müalicə üçün lazımı köməkliklər edildi. Milli Onkologiya Mərkəzində 5 gün yatdıqdan sonra ikinci müalicəmin davam etdirilməsi üçün evə buraxılmışam.
Milli Onkologiya Mərkəzinin həkimləri müalicə olunaraq yaşamağım üçün maddi vəsaitin olmasını deyirlər. Ancaq 2 övlad atası olaraq ailə vəziyyətimin ağır olması, müalicə olunmağım üçün lazım olan vəsaiti əldə etməyim mümükün deyil. Hazırda qulluq etdiyim N saylı hərbi hissəsinin yarı qat əmək haqqından başqa gəlir yerim yoxdur. Xəstəliyimlə əlaqədar olaraq qulluq etdiyim N saylı hərbi hissədən yaxın günlərdə məni təxris etdikdən sonra isə müalicəm üçün heç cürə maddi imkan əldə edə bilməyəcəm.
Buna görədə son ümid yerim Ali Baş Komandan cənab İlham Əliyev və sizsiniz.
Azərbaycan Milli Ordusunun hərbi qulluqçusu olmaqdan şərəf duyuram və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı düşməndən azad edəcəyimizə hər an inanmışam. Kaş içimdəki bu ağır xəstəliyə düçar olmaqdansa vətən uğurunda şəhid olaydım. Ancaq mən ümidimi itirməmişəm və hörmətli prezidentim İlham Əliyevə və sizə olan inamım daim ürəyimdədir.
Sizdən Azərbaycan Milli Ordusunun hərbiçisi kimi, vətəndaş kimi, 2 övlad atası kimi xahiş edirəm ağır xəstəliyimin müalicəsi üçün mənə kömək edin. Həkimlərimiz bu ağır xəstəliyin ölkəmizdə və xaricdə müalicə olunaraq bir müddət yaşamağın mümkün olduğunu deyirlər. Məndə mümkün olduğu qədər yaşayıb torpaqlarımızın işğaldan azad olunmasını görmək istəyirəm. Çünki buna inanıram.
Lələtəpə döyüşçüsü kömək istəyir: "Xərçəngəm, kömək edin!"Lələtəpə döyüşçüsü kömək istəyir: "Xərçəngəm, kömək edin!"Lələtəpə döyüşçüsü kömək istəyir: "Xərçəngəm, kömək edin!"Lələtəpə döyüşçüsü kömək istəyir: "Xərçəngəm, kömək edin!"

Xəbərlər     Baxılıb: 5661   Tarix: 23 avqust 2017
f Paylaş

Oxşar xəbərlər

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

geyim şəkilləri toy makiyajlari sac duzumleri elm bilik haqqinda atalar sözləri xəmir reseptləri yuxa tortu körpə və ona qulluq kosmetika geyim ariqla sac modelleri gözellik badambura