Lənkəranskini kimin öldürdüyü AÇIQLANDI

Lənkəranskini kimin öldürdüyü AÇIQLANDIRusiya hüquq-mühafizə orqanları azərbaycanlı "qanuni oğru" Rəşad İsmayılov ("Rəşad Gəncinski") barədə sensasion məlumat açıqlayıb. Məlumatda bildirilir ki, R.İsmayılov Moskvada öldürülən biznesmen Canbulat Şamiloğlunun qətlinin sifarişçisi olduğu təsdiqlənib.

İşin sensasion tərəfi budur ki, R.İsmayılov ötən ilin avqustunda Türkiyədə qətlə yetirilən "qanuni oğru" Rövşən Canıyevin ("Lənkəranski") öldürülməsini üstənərək Canbulatın intiqamı kimi izah etmişdi.

Rusiya hüquq-mühafizə orqanlarındakı mənbə o zaman bildirmişdi ki, "Rəşad Gəncinski" qanqsterlər arasındakı söhbətlərdən birində Canıyevi onun əmri ilə "o biri dünyaya göndərdiklərini" deyib. "Rəşad Gənsinski" bildirib ki, "Lənkəranski"nin qətlinin motivi onun yaxın dostu, "göyərti kralı" kimi tanınan biznesmen Cambulat Şamiloğlunun öldürülməsidir.

İndi isə məlum olur ki, həmin qətlin sifarişçisi "Rəşad Gəncinski"nin özü olub. Rusiya mətbuatı yazır ki, azərbaycanlı "qanuni oğru" qətli hazırda həbsdə olan "Şakro Molodoy" kimi tanınan Zaxari Kalaşovdan alıb və killer axtarışına çıxıb. 2016-cı ildə Moskvanın yol polisi əməkdaşları təsadüf nəticəsində bir nəfəri saxlayıblar və ondan Canbulat Şamiloğlunun qətlə yetirildiyi silah tapılıb. Sonra araşdırma nəticəsində killerin telefonundan "Rəşad Gəncinski" ilə zəngləşməsi və yazışmaları tapılıb. Tapılan yazışmada söhbət Canbulatın öldürülməsindən gedirmiş. Hazırda Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi açıb və "Rəşad Gəncinski" beynəlxalq axtarışa verilib. Qətlin motivinə gəlincə, bildirilir ki, "göyərti kralı" kimi tanınan Canbulat "oğru ödənəyinə"("obşak") pul verməkdən imtina edibmiş.

Rusiya İstintaq Komitəsinin bu məlumat daha bir sensasion faktı üzə çıxarır. Çünki indiyədək Cambulat Şamiloğlunun güllələnməsi mərhum

"Rövşən Lənkəranski"nin adına yazılırdı. İddia olunurdu ki, bu qətli Canıyevin qruplaşmasından olan iki killer həyata keçirib. Habelə deyilirdi ki, Cambulatın öldürülməsi əmrini onunla münaqişədə olan "Lənkəranski" şəxsən verib.

Canbulat Şamiloğlu 16 mart 2016-cı ildə Moskvada, "Slavyan bulvarı" ünvanında yerləşən evinin qabağında qətlə yetirilib. O, Rusiya paytaxtına gətirilən topdansatış göy-göyərti biznesinə sahib idi.

"Rəşad Gəncinski"yə gəlincə, o, 1978-ci ilin 16 martında Gəncədə anadan olub. "Qanuni oğru" adını 2013-cü ildə alıb.(musavat.com)

Xəbərlər     Baxılıb: 1750   Tarix: 28 aprel 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Bazarda üzünə baxmadığımız göyərti "dünyanın ən sağlam tərəvəzi" seçildi

ABŞ-də aparılan və 47 fərqli meyvə-tərəvəzi əhatə edən analizdə hər bir qidanın vitamin və mineral sıxlığı yoxlanılıb. Nəticədə cincilim 100 üzərindən 100 tam xal alaraq siyahının zirvəsinə yerləşib.  xəbər verir ki, bu bitk

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Meyvə istehlakının ən sağlam forması hansıdır?

Tədqiqat nəticəsində məlum olub ki, meyvəni maye halında qəbul etmək istəyənlər üçün smuzi ən ideal seçimdir. Bunun səbəbi smoothie hazırlanarkən meyvənin liflərinin qorunub saxlanılmasıdır.  xəbər verir ki, smuzi qrupu bütü

.

Parfümlərin içində at sidiyi aşkar edildi: Dərini məhv edir

Lüks ətirlərin qiyməti artdıqca, istehlakçılar "tester" və ya "kimsəsiz" adlandırılan şübhəli məhsullara yönəlirlər. Lakin bu şüşələrin içindəki maddələr sadəcə iyrənc deyil, həm də həyati təhlükə daşıyır

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

kosmetik vasiteler geymler 2026 qadin dunyasi yay donlari sanamalar encir murebbesi süni mayalanma kosmetika usaq geyimleri xerceng nagillar englishdilində qulaq