Leyla Əliyeva: "Deyirlər zaman yaraları sağaldır,lakin..."

Leyla Əliyeva: "Deyirlər zaman yaraları sağaldır,lakin..."Moskvada "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımının 25 illiyinə həsr olunan anım mərasimi keçirilib.

Xanim.az-ın apa-ya istinadən verdiyi məlumata görə, Ukrayna otelinin Konqres-parkında keçirilən tədbir Heydər Əliyev Fondu, Azərbaycanın Rusiyadakı səfirliyi, Ümumrusiya Azərbaycan Konqresi (ÜAK) və Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) tərəfindən təşkil olunub.

"Ölməz yaddaş" adı altında keçirilən anım tədbirində erməni əsirliyində olan Dürdanə Ağayevanın müəllifi olduğu "Erməni əsirliyində 8 gün" adlı kitabının təqdimat mərasimi keçirilib. Eyni zamanda tədbir çərçivəsində 25 Xocalı sakininin taleyindən bəhs edən sərgi nümayiş olunub.

Tədbir çərçivəsində S.Q. Stroqonov adına Moskva Dövlət İncəsənət-Sənaye Akademiyasının tələbələri onlayn rejimdəXocalı, müharibə, sülh və ədalət mövzusundan bəhs edən rəsmlər çəkiblər.Anım mərasiminin rəsmi hissəsi Xocalı soyqırımının qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çıxış edib. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmişXocalısoyqırımının təfərrüatları, baş verdiyi şərait və fəsadları barədə iştirakçıları məlumatlandırıb. Heydər Əliyev Fondunun vitse-prezidenti faciə qurbanlarının xatirəsini bir daha yad edərək, bu hadisələrdən 25 il keçməsinə baxmayaraq, onun yaddaşlarda daha da möhkəmləndiyini bildirib: "Deyirlər zaman yaraları sağaldır. Lakin bizim yaramızı zaman sağaltmaq gücündə deyil.

Xocalı qurbanları hər zaman bizim yaddaşımızda qalacaq. Xocalı faciəsi törədilən vaxt körpə olan xocalılar artıq özləri valideyndirlər. Lakin onlar indiyənə kimi öz doğma yurdlarına gedə bilmirlər. Bu ağrılıdır və ədalətsizlikdir. Çox vacibdir ki, dünya ictimaiyyəti bu hadisəyə qiymət versin, təqsirkarlar öz cəzalarına çatsınlar. Artıq 30 ilə yaxındır ki, bu münaqişə davam edir. Nəticədə 20 faiz torpaqlarımız işğal altındadır, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Azərbaycan sülh ölkəsidir. Bizim ölkədə əsrlər böyü müxtəlif xalqların, dinlərin nümayəndələri mehriban qonşuluq şəraitində yaşayıblar və yaşayırlar. Bizim qonşu ölkələrimizlə də mehriban münasibətlərimiz var. Lakin bu gün biz sərt mövqe tutmağa da hazırıq. Ona görə ki, öz ərazi bütövlüyümüz bərpasını tələb edirik, torpaqlarımız uğrunda mübarizə aparırıq".

Leyla Əliyeva 2008-ci ildə "Xocalıya ədalət" beynəlxalq kampaniyasına start verdiklərini söyləyib: "Bu kampaniyanın məqsədi qorxunc faciə haqqında həqiqi məlumatların dünya ictimaiyyətinə çatdırılmasıdır. Bu günlərdə demək olar ki, dünyanın bütün ölkələrində Xocalı faciəsinə həsr olunan tədbirlər keçirilir. Biz konfranslar, seminarlar, sərgilər, təşkil edirik, filmlər çəkirik, kitablar nəşr edirik. Bu günlərdə, Afina, Brüssel, Vilnüs, London və Parisdə xatirə konsertləri keçirilib. Berlində sərgi, Bosniya və Hersoqaviniyada isə Xocalıya həsr olunan beynəlxalq konfrans keçirilib. Bir qədə əvvəl ABŞ-da "Sonsuz dəhliz" filminin təqdimat mərasimi keçirilib. Bu filmdə Xocalıda baş verən bütün dəhşətlər haqqında danışılır. Bu film münaqişə tərəflərinə aidiyyatı olmayan, böyük insani dəyərlərə malik, ədalətə inanan insanlar tərəfindən çəkilib.

Bu gün hər zaman olduğu kimi bu gecəni Rusiya paytaxtında, Moskvada keçiririk. Azərbaycan və Rusiyanı dostluq və mehriban qonşuluq bir-birinə bağlayır. Biz əldə etdiklərimizlə kifayətlənməyəcəyik. Əlimizdən gələni edəcəyik ki, bütün dünya bu faciə haqqında bilsin. Ona görə ki, belə faciə dünyanın heç bir yerində bir daha təkrarlanmamalıdır. Bizim kampaniyamızı onlarla dövlətlər dəstəkləyir. Bir çox ölkələrin parlamentləri Xocalıda azərbaycanlılara qarşı soyqırımı faktı törədildiyini tanıyırlar".

Tədbirin rəsmi hissəsi bitəndən sonra Rusiyanın xalq artisti Aleksandr Rudinin rəhbərliyi altında "Musica Viva" Moskva kamera Orkestrinin konsert proqramı baş tutub.

Qeyd edək ki, anım mərasimində Rusiya ictimaiyyətinin, Moskvada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və siyasətçilər iştirak ediblər.

Xəbərlər     Baxılıb: 2034   Tarix: 01 mart 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Gündəlik istifadə etdiyimiz kassa çekləri görün necə TƏHLÜKƏLİ İMİŞ

Kassa çekləri sağlamlıq üçün təhlükəlidir. xəbər verir ki, bu kağızların tərkibində olan Bisfenol A maddəsi qısa müddətdə dəriyə nüfuz edərək hormonal disbalans, sonsuzluq, piylənmə və hətta xərçəng kimi xəstəliklərə səbə

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Bu meyvə xərçəngə qarşı gizli silah imiş

Mətbəxlərdə tez-tez rast gəlinən, lakin əksər hallarda dəyəri lazımi qədər bilinməyən qidalardan biri də quru gavalıdır. Adətən, qəlyanaltı kimi və ya səhər yeməyinə əlavə edilərək istehlak olunan bu meyvə, əslində, zəngi

.

Qarğıdalının bilmədiyimiz faydaları

PP, E, D, K, C, B qrupu vitaminlərlə zəngin olan qarğıdalının bir çox faydası var.  həmin faydaları təqdim edir:. 1. Tərkibində kalium, kalsium, fosfor, maqnezium, dəmir, mis kimi vacib mikroelementlər, çox faydalı əvəzsi

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri

Ürək tutması həyati təhlükə yaradan ən ciddi tibbi hallardan biridir və gecikmiş müdaxilə ölümcül nəticələrə səbəb ola bilər. Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyətin ilkin əlamətlərini vaxtında tanımaq və dərha

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

turlar.az

gozel gorunmek kosmetoloq gelinlikler hamiləlik və analıq hamiləlik təqvimi bilincik resepti qarın yağları kosmetika mekteb burclerin uyumu dovsan efsaneler 8 mart