Leyla Əliyeva məşhurlarla bir arada - FOTOLAR+VİDEO
Bu gün "Həyat Fondu"nun yaranmasından bir il ötür.
BiG.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, bu münasibətlə "Buta Palace"də təntənəli tədbir təşkil olunub.
Tədbirə ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, idmançılar, şirkət rəhbərləri qatılıb.
"Yardım et, həyat ver" devizi ilə fəaliyyət göstərən Fondun əsas qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Məclis Azərbaycan dövlət himni ilə başlayıb, "Həyat Fondu"nun fəaliyyəti bağlı hesabat xarakterli videoçarx yayımlanıb.
Tədbirin aparıcıları Nərgiz Cəlilova, Nəsib Nur və Kəmalə Piriyeva olub. Səhnədə Azərbaycan xalq artistləri Fidan və Xumaran Qasımovalar sözləri Leyla Əliyevaya məxsus "Ürək yaddaşı" mahnısını səsləndiriblər.
Bundan əlavə, ad günündə müxtəlif uşaq evlərinin sakinləri, fiziki qüsurlu yeniyetmələr və gənclərin hazırladığı əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılıb.
Həmçinin, "Həyat Fondu"nun təsisçisi Hacı Nuran Hüseynovxeyriyyə işlərində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.


















İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz