Leyla Əliyeva Talassemiya Mərkəzində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mayın 10-da Talassemiya Mərkəzində olub.
Səhiyyə naziri Oqtay Şirəliyev Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində inşa edilən Mərkəzdə bu günədək aparılan müalicələr barədə məlumat verib. Bildirilib ki, 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzi bu xəstəliyə düçar olanlara həm tibbi, həm də mənəvi cəhətdən dəstək baxımından əhəmiyyətli səhiyyə ocağıdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Mərkəzdə müalicə olunan uşaqlarla söhbət edərək onların müalicəsinin gedişi ilə maraqlandı. Həmçinin osteoporoz xəstəliyi olan uşaqlara Heydər Əliyev Fondu adından dərman preparatları təqdim olundu.

Leyla Əliyeva Mərkəzin gələcək fəaliyyəti üçün zəruri məqamlarla maraqlandı və Fondun səhiyyə, xüsusilə uşaqların sağlamlığı ilə bağlı məsələlərə daim önəm verdiyini bildirdi.
Talassemiya Mərkəzinin istifadəyə verilməsi ilə Azərbaycanda ixtisaslaşdırılmış tibb ocağının və qan bankının yaradılmasına, talassemiyadan əziyyət çəkən uşaqların təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün könüllü donor xidmətinin inkişaf etdirilməsinə, talassemiyanın yayılmasının qarşısını almaqdan ötrü əhalinin maarifləndirilməsi və talassemiya ilə mübarizə aparan bir sıra dövlətlərlə əməkdaşlığın genişləndirilməsinə nail olunub.

Bu ilin aprelinə qədər Talassemiya Mərkəzində 2959 nəfər dispanser qeydiyyatına alınıb və onlar xəstəlik dərəcəsinə uyğun olaraq müalicə edilir, dərman preparatları ilə təmin olunur. Mərkəzin gündüz stasionarında 976 xəstəyə mütəmadi olaraq eritrosit kütləsi köçürülür. Cari ilin birinci rübündə Respublika Talassemiya Mərkəzinə 6273 müraciət daxil olub və onlardan 603 nəfəri ilkin müraciət edənlərdir. Onlardan 72 nəfər dispanser qeydiyyatına götürülüb. İlin üç ayı ərzində 105 xəstə stasionar müalicə alıb. İl ərzində 51 xəstə üzərində sümük iliyi transplantasiyası aparılıb.

Qeydiyyatda olan xəstələrin heç də hamısında qan uyğunluğu olmur və indi mərkəzdə qeydiyyatda olanların yalnız 300-400 nəfərində belə uyğunluq var. Həm də xəstələrin bir çoxuna uzun müddət qan köçürülməsi nəticəsində daxili orqanlarda müəyyən problemlər yaranır və onların bir müddət müalicə olunandan sonra sümük əməliyyatı aparılıb-aparılmaması barədə qərar verilir. Xəstələrin müayinəsi, əməliyyatqabağı və əməliyyatsonrası prosedurların hamısının maliyyə vəsaiti dövlət hesabına ödənilir. İki ilə yaxındır ki, yeni ailə həyatı qurmağa hazırlaşan cütlüklərin nikahqabağı müayinə edilməsi ilə talassemiya daşıyıcıları əvvəlcədən aşkarlanır və bu yolla xəstə körpələrin dünyaya gəlməsinin qarşısı alınır.
Leyla Əliyeva Talassemiya Mərkəzində - FOTOLARLeyla Əliyeva Talassemiya Mərkəzində - FOTOLARLeyla Əliyeva Talassemiya Mərkəzində - FOTOLARLeyla Əliyeva Talassemiya Mərkəzində - FOTOLARLeyla Əliyeva Talassemiya Mərkəzində - FOTOLAR

Xəbərlər     Baxılıb: 1657   Tarix: 10 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Körpə kimi yatın: Sehr kimi təsir edən təbii vasitə

Şirəli gilas və ya onun şirəsi yuxusuzluq üçün təbii bir müalicə vasitəsi kimi xidmət edə bilər. Gilas, yüksək melatonin tərkibinə görə yuxunu yaxşılaşdırmağa kömək edir. bu barədə "The Mirror"a istinadən xəbə

.

Bədəniniz üçün hansı idman növü daha yaxşıdır?

İdman bədən formanızda dəyişiklik yaratmaq üçün əla üsuldur. Hər bir idman növü bədənizi fərqli şəkildə formalaşdırır. İstər daha möhkəm ayaq, istər müəyyənləşmiş qol əzələləri, istərsə də daha dik duruş arzulayın. sizə səkki

.

Soğan doğrayarkən ağlamamaq mümkündür

Soğan doğrayarkən göz yaşlarının qarşısını almaq mümkündürmü? Alimlər bu sualın cavabını tapdıqlarını iddia edirlər. xarici KİV-ə istinadla xəbər verir ki, alimlər soğanın göz yaşına səbəb olan maddəsini minimuma endirə

.

Piylənmə və diabetin hansı xəstəliyin gizli nəticələri olduğu bilindi

Diqqət Əskikliyi və Hiperaktivlik Sindromu (DƏHS) olan şəxslər piylənmə və şəkərli diabetə daha çox meyilli olurlar. xəbər verir ki, bu barədə Rusiya Tibb Elmləri Namizədi, Piroqov Universitetinin Psixiatriya və Tibbi Psixologiy

.

Yatmazdan əvvəl çimənlərin nəzərinə! - Mikrobioloq xəbərdarlıq etdi

Bəziləri üçün səhər duş qəbul etmək ayılmaq və təmiz başlanğıc deməkdirsə, digərləri üçün axşam çimdikdən sonra yatağa girmək rahatlığın rəmzidir. nypost-a istinadla xəbər verir ki, ABŞ-də aparılan araşdırmalara görə böyükləri

.

Bu tərəvəzin kişilərə faydası açıqlandı

Pomidor yalnız dadlı tərəvəz olmaqla kifayətlənmir, həm də zəngin qida maddələri ilə doludur. Onun tərkibində fol turşusu, kalium, həmçinin C və K vitaminləri kimi bir sıra vacib vitamin və minerallar mövcuddur. xəbər veri

.

Sümüyü zəiflədir, dişləri çürüdür - Siqaret çəkməyə bərabər olan İÇKİ

Soda dadsız və rəngsiz qazlı içki kimi tanınsa da, gündəlik istifadəsi sağlamlığa ciddi zərər verə bilər. xəbər verir ki, bir çox insan soda içkisini mədə narahatlığını azaltmaq üçün istehlak etsə də, araşdırmalar göstəri

.

İşdə yediyi qidadan zəhərləndiyini düşünürdü, xərçəng imiş - 13 orqanı çıxarıldı

İngiltərədə yaşayan 39 yaşlı Rebekka Hind nadir rast gəlinən və müalicəsi çətin olan "jele xərçəngi"nə - Pseudomiksoma Peritoneiyə yoluxub. xarici mətbuata istinadla xəbər verir ki, hər şey 2018-ci ildə bir iş yeməyində

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az geyim şəkilləri gelinlikler geyim necə seçməli soyuqdəymədən necə qorunmalı gavali murebbesi usaq saclarinin yigilmasi nişanlılıq ziyafet geyimleri pehriz dostluq sanamalar xanım az