Limfoqranulomatoz

LimfoqranulomatozLimfoma termini altında fərqli gedişə və proqnoza malik müxtəlif bədxassəli törəmələr birləşdirilir. Limfomalar iki əsas böyük qrupa bülünür:  Hodgkin və Qeyri-Hodgkin Limfoması. Rast gəlinən bədxassəli limfomaların 15%-ni Hodgkin Limfomaları təşkil edir. Hodgkin lomfoması limfa düyünlərində, dalaqda. qaraciyərdə və sümük iliyində olan lifatik toxumanın bədxassəli prosesi, başqa sözlə, xərçəngidir. Bu xəstəlik ilk dəfə 1832-ci ildə Tomas Hodgkin tərəfindən təsvir edilmiş və ona görə də onun adını daşıyır.
Bu xəstəliyə 15-35 və 50-70 yaşında insanlar arasında daha çox rast gəlinir. Hodgkin limfoması Avropa və Şimali Amerikada daha geniş yayılmışdır. 2002-ci ildə dünyada 62.000 Hodgkin limfomasından əziyyət çəkən xəstə qeydə alınmışdır. Hodgkin lifoması ilə olan xəstələrin 5 illik yaşam dövrü xəstəliyin I və II mərhələsində 90%, III mərhələsində 84%, IV mərhələsində isə 65%-dir.
Xəstəlik əsasən nəməlum səbəbdən limfa düyününün böyüməsi ilə başlayır. Sonradan xəstəlik ağciyərlərə, qaraciyərə və sümük iliyinə qədər yayıla bilir.
Əsas əlamətləri
Xəstəliyin əsas əlamətləri aşağıdakılardır:
  - Boyunda, qoltuqaltında və qasıq nahiyəsində limfa düyünlərinin ağrısız böyüməsi
  - Ümumi zəiflik
  - Hərarət və üşütmə
  - Gecə tərləməsi
  - Arıqlama
  - İştahanın itməsi
  - Ümumi qaşınma
Əlavə əlamətlər
  - Güclü tərləmə
  - Dərinin qızarması və sulanması
  - Boyunda ağrı
  - Saçın tğkülməsi
  - Flank ağrılar
  - Clubbing of the fingers or toes
  - Splenomeqaliya
Səbəbləri
Hodgkin lomfomasının səbəbləri bu gün elmə məlum deyil. Bəzi elmi mərkəzlər xəstəliyin yaranmasında "Epstein-Barr-Virus"unun (EBV) rolunun ola biləcəyi qənaətindədir. Çünki xəstələrin 50%-ində EBV təyin edilir. Qəribədir ki, AİDS xəstələrində Hodgkin lomfoması hallarında EBV 100% hallarda rast gılinir. Bunula yanaşı, HİV daşıyıcıları arasında Hodgkin limfoması daha çox rast gəlinir nəinki HİV infeksiyası olmayanlarda.
Müayınə və testlər
  - Limfa düyününün biopsiyası
  - Sümük iliyinin biopsiyası
  - Şübhə törədən toxumaların biopsiyası
  - Reed-Sternberg hüceyrələrinin bioptatda təyini
  - Döş qəfəsi, qarın və çanaq orqanlarının Kompüter tomoqrafiyası
  - Döş qəfəsi, qarın və çanaq orqanlarının maqnit rezonans tomoqrafiyası
  - Qanın biokimyəvi analizi (Ferritin, ACE, Cryoglobulin)
  - PET (Positron Emission Tomography) skanlama
  - Peritoneal mayenin analizi
  - Mediastinoskopiya
Müalicəsi
Müalicə planını müəyyən emə üçün xəstəliyin hansı mərhələlərinin olmasını bilmək lazimdır. Hodgkin limfomasının aşağıdakı mərhələləri mövcuddur:
  - I mərhələdə yalnız bir böyümüş limfa düyünü regionu müəyyən edilir (məsələn, boyun)
  - II mərhələdə diafraqmanın bir tərəfində iki böyümüş limfa düyünü regionu əhatə olunur (məsələn boyunun hər iki tərəfi)
  - III mərhələdə diafraqmanın hər iki tərəfində böyümüş limfa düyünü regionu əhatə olunur (məsələn, qasiq və qoltuqaltı limfa düyünləri)
  - IV mərhələdə xərçəngin yayılması limfa düyünlərindən kənara çıxır (məsələn, sümük iliyi, ağciyərlər və ya qaraciyər)
I və II mərhələdə yerli radioterapiyadan, kimyaterapiyadan və ya hər ikisinin kombinasiyasından istifadə edilə bilər.  III və IV  mərhələdə əsasən yalnız kimyaterapiya ilə müalicə olunur. Bu mərhələdə bəzən radioterapiya və kimyaterapiya kombinasiya şəkilində istifadə olunur. İndividual xəstə üçün müalicə taktikası fərqli ola bilər.
Kimyaterapiya qan formulasında dəyişiklik əmələ gətirə bilər ki, bu da qanaxma, infeksiya və anemiya riskini artırır. Bu hallarda müalicə həkimi müalicə taktikasına münasib əlavə və dəyişikliklər edir.
Proqnoz
I və II mərhələ Hodgkin lomfoması xəstələrində 80% hallarda müalicə ən azı 10 il effekt verir.  III və IV  mərhələ  Hodgkin lomfoması xəstələrində müalicə 60% hallarda 5 illik effekt verir.
Mümükün ağırlaşmalar
Hodgkin limfomasının aşağıdakı ağırlaşmaları mümkündür:
  - Digər xərçəngin inkişafı
  - Ağciyər problemlərinin meydana çıxması
  - Qaraciyər çatışmazlığı
  - Radio- və kimya  terapiyanın əks təsirləri
  - Sonsuzluq
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1065   Tarix: 07 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda