Linzalar və onun növləri
Görünüşdə fərqlilik yaratmaq üçün istifadə olunan vasitələrdən biri də linzalardır. Məhz linzaların sayəsində görməni yaxşılaşdırmaqla yanaşı, fərqli gözəlliyə sahib olmaq mümkündür. Rəngli və optik linzaların müxtəlif növləri var.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Bakı Baş Səhiyyə İdarəsinin Baş Oftalmoloqu Sevda Bəşirova bu barədə deyib: "Gözlərin rəngini dəyişmək, onlara parıltı vermək, müxtəlif çalarların alınmasına nail olmaq üçün istifadə edilən linzalar həm də eynəklərə bənzəyir. İstifadə müddətinə görə günlük, aylıq və üç aylıq çeşidləri var. Günlük olanları bir dəfə istifadə etdikdən sonra mütləq atmaq lazımdır. Linzaların optik və kosmetik növləri var. Bundan başqa bayramlarda və özəl günlərdə göz rənginə uyğun dəyişmək üçün istifadə olunan karnaval linzalar da olur. Bəzi kosmetik linzalar da var ki, onlar həm də optikdir. Gigiyena ən azı iki-üç gündən bir həmin linzaların suyunu vaxtlı-vaxtında dəyişməyi tələb edir, əks halda linzalar quruya və gözü incidə bilər".
Həkim-oftalmoloq bildirib ki, daha rahat nəfəs alan silikon-hidrogen linzaları gün ərzində 12-13 saatadək istifadə etmək mümkündür. Hidrogen növləri isə 8 saatadək taxmaq məsləhətdir. Keyfiyyətsiz və yaxud istifadə və təmizlənmə qaydalarına düzgün riayət olunmayan linzalar gözə müxtəlif infeksiyaların düşməsinə, hətta görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilər.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir