LİPOMA şişləri nədir, niyə əmələ gəlir? - MÜALİCƏSİ

LİPOMA şişləri nədir, niyə əmələ gəlir? - MÜALİCƏSİÇox adamda rast gəlinən dərialtı kiçik, orta, bəzən böyüyən piy toxumasından yaranan şişlərdir. Lipomanın alt qatı, yəni kökü hətta daha dərin, əzələni də keçərək sümüyə kimi çata bilər.
Milli.Az medicina.az-a istinadən bu maraqlı şiş növünün səbəblərini təqdim edir:
-Piy toxumasının maddələr mübadiləsinin və bir sıra fermentlərin pozulması. Nəticədə bir hissədə piy hüceyrələri qrup halında toplaşıb böyüyür. Orqanizm özü hormonlar vasitəsilə onların böyüməsini əngəlləmək istəsədə də, lipomalara üstün gəlmək olmur
-Bədən çəkisi və kütləsinin tez-tez dəyişməsi. Xüsusən arıqlayıb-kökələn qadınlarda orqanizm çoxlu piy toxuması itirir. Bundan sonra qadın yenidən çox yedikdə, orqanizmdə təkrar piy toxuması yaranmağa başlayır. əgər belə hallar çox təkrarlansa, pozulma baş verir və lipoma yaranır.
-Süd vəzilərində sünni implantlar qoyulması. Yad cismə qarşı piy toxumasının reaksiyası başlayır ki, nəticədə süd vəzisində lipoma formalaşır.
Simptomları
Adətən lipoma dəri altında aydın hiss olunur, görünür, əllə toxunulur. Yumru, yumurtavari, 1,5-2-2,5 sm diametrində olur. əgər lipoma təkcə piy, yağdan ibarətdirsə, o yumşaqdır. Əgər birləşdiyici toxuma çoxdursa, bərk olur. Şiş ağrısızdır. Daha çox boyun, çiyin, kürək, sinə, beldə yaranır.
Zamanla ölçüsü böyüyür, yerləşməsinə görə damar və sinirləri sıxa bilir. Belə olan halda ağrı, keyimə, iynəbatırılma kimi hisslər olur.
Lipoma həyati təhlükə kəsb etmir, heç vaxt bədxassəliyə çevrilmir. Amma nadir hallarda liposakormaya keçid ala bilir.
Nə etmək olar?
Lipoma olan nahiyəni masajla, türkəçarə ilə, nəsə çəkib bağlamaqla, mazla, kompresslə, aparatla əritmək, yox etmək olmur. Onun ləğvi yolu yalnız cərrahi üsulladır.
-Nəhəng lipomalar bəzən damar, sinir, hətta daxili orqanları sıxdığından kəsilməsi mütləqdir
-Kosmetik qüsur yaradırsa, görünən yerdədisə, estetik əməliyyatla götürmək olar
-Lipoma əməliyyatı kəsiklə, lazerlə, radiodalğalarla aparılır.
-Kəsildikdən sonra lipoma biopsiyaya göndərilir.
-Əgər əməliyyat zamanı ən xırda bir düyün, hissə qalarsa, o yenidən residiv verəcək. Ola bilsin, əməliyyatdan sonra lipoma həmin yerdə yox, digər nahiyədə əmələ gəlsin.
-Əgər lipomanız varsa, sizi narahat etmirsə, toxunmayın. Sadəcə ölçüsünün dəyişilməsini izləyin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1444   Tarix: 11 iyun 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

maskalar gözəllik məhsulları makiyaj etmek qaydalari hamilelikde qidalanma dirnaq pilkalamaq 2026 hicab həzm orqanları kosmetika toy gecesı itburnu meseller öpüşme statuslar