Lüdviq van Bethoven

Lüdviq van BethovenDahi alman bəstəkarı Bethoven (1770-1827) dünyanın ən nəhəng bəstəkarlarından biridir. Böyük Fransa inqilabının ideyalarından ilham alan Bethoven öz yaradıcılığında ilk növbədə insanın qəhrəmanlıq, mübarizlik əzmini tərənnüm etmişdir. Tarixi şəraitdən, yaşadığı mühitdən savayı, Bethovenin şəxsi problemləri, ələlxüsus sağlamlığı ilə bağlı çətinlikləri də onun dünyagörüşünə ciddi təsir göstər-mişdir. 28 yaşında ikən o, ağır xəstəliyin - musiqiçi üçün əsl faciə olan karlığın ilk əlamətlərini hiss edir. Xəstəlik şiddətləndikcə Bethoven çalmaq, sonra dirijorluq etmək qabiliyyətini get-gedə itirir. Adamlarla ünsiyyət saxlaması da tədricən çətinləşir - ömrünün son illərində o, dəftər vasitəsilə yazılı "söhbətlər"ə keçir. Ən dəhşətlisi isə odur ki, bəstəkar yaratdığı musiqini daha eşitmir! Lakin nə xəstəlik, nə də tənhalıq Bethovenin mətin iradəsini qıra bilmir. Bəstəkarın daxili aləminin inikası olan musiqisində qorxu, ümidsizlik hisslərinə rast gəlmək mümkün deyil. Onun simfoniyalarında, sonatalarında, kvartetlərində ruh yüksəkliyi, gələcəyə inam duyulur, insan mübarizəsinin qələbə ilə nəticələnəcəyi elan edilir.

Bethoven cəmi 9 simfoniya yazmışdır. İlk baxışdan bu, Haydn və Mosart irsi ilə müqayisədə, əlbəttə, çox deyil. Lakin nəzərə almalıyıq ki, Bethoven simfoniyanın həcmini genişləndirərək, dramatikliyini artıraraq bu janrı xeyli zənginləşdirmişdir. Bəstəkar hətta Haydnın müəyyənləşdirdiyi orkestr tərkibinə yeni alətlər daxil etmiş və beləliklə, onun daha qüvvətli səslənməsinə nail olmuşdur.Bethoven ən məşhur əsərlərindən biri olan 3-cü simfoniyanı əvvəlcə Napoleona həsr etməyi nəzərdə tutubmuş. Lakin Napoleonun özünü imperator elan etməsini bəstəkar olduqca mənfi qarşılayır. Bethoven nəzərdə tutduğu ithaf fikrindən daşınır və simfoniyanı "Qəhrəmanlıq" adlandırır. Bəstəkarın tanınmış 5-ci simfoniyasının ən yaddaqalan musiqi parçası əsəri başlayan qısa, zəhmli mövzudur. Həmin musiqini Bethoven "tale qapını döyür" bədii ifadəsi ilə şərh edir. 9-cu simfoniya-da isə bəstəkar dövrü üçün cəsarətli bir yenilik tətbiq edir - əsərin son hissəsində alman şairi İ.F.Şillerin "Sevincə doğru" şeri əsasında nəhəng xor səhnəsi verir. Bu ölməz musiqi indiyədək xoşbəxtliyə, səadətə, dostluğa, qardaşlığa səsləyən alovlu çağırış olaraq dünya xalqlarının birlik rəmzi kimi qavranıhr. İ.V.Hötenin "Eqmont" faciəsinə yazdığı musiqisi, "Patetik" və "Appassionata" adları ilə tanınmış fortepiano sonataları, skripkaçı Rodolf Kreytserə həsr etdiyi "Kreytser sonatası", yeganə "Fidelio" operası da Bethoven yaradıcılığının qəhrəmanlıq, azadlıq əhval-ruhiyyəsini dinləyicilərə məharətlə çatdırır. Bethoven musiqisində incə lirika, dərin fəlsəfi düşüncələr də mühüm yer tutur. Məsələn, "Pastoral" adlandırdığı 6-cı simfoniyasında, "Ay" sonatasında təsvir olunan gözəl təbiət mənzərələri insanın daxili aləmi, onun fikir və düşüncələri ilə həmahəng səslənir.

Bethovenin kvartetləri, fortepiano konsertləri, eləcə də "Uzaq sevgiliyə doğru" vokal silsiləsi, kiçik mahnıları yaradıcılığının lirik xəttini bariz şəkildə nümayiş etdirir. Dahi bəstəkarın dəfn mərasiminə otuz mindən artıq insan yığışıbmış. Bethoveni son mənzilə yola salanların arasında Frans Şubert də var imiş. Bu, çox simvolik bir hadisə idi. İlk romantik sonuncu klassiklə vidalaşır. Avropa musiqisində klassisizm cərəyanı romantizmlə əvəz olunur...

Məşhur rus sovet pianoçu və pedaqoqu Henrix Neyqauz bir gün tələbələri ilə Bethovenin sonataları haqqında söhbət aparırmış. Söhbət zamanı tələbələrdən biri "Appassionata" fortepiano sonatasından təngə gəlməsindən gileylənir. Professor ona narazı tərzdə baxıb belə cavab verir: "Cavan oğlan, siz "Appassionata"dan yox, o sizdən təngə gəlib!".

Bu əsərlərlə tanış olun:

5 N-li simfoniya: 1 -ci hissə
3 N-li simfoniya ("Qəhrəmanlıq"): 2-ci hissə
9 N-li simfoniya: 4-cü hissə
7 N-li simfoniya: 2-ci hissə
8 N-li sonata ("Patetik")
14 N-li sonata ("Ay")
23 N-li sonata ("Appassionata")

Maraqlı     Baxılıb: 3852   Tarix: 10 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda tanınmış alim vəfat etdi - FOTO

Filologiya elmləri doktoru, professor Məmmədhəsən Qəmbərli vəfat edib. bildirir ki, bu barədə İqtisadiyyat.az-a mərhumun yaxınları məlumat verib. Bildirilib ki, M.Qəmbərli uzun sürən xəstəlikdən sonra 89 yaşında dünyasın

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

İsa Həbibbəyli onlara vəzifə verdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda yeni təyinat olub. -a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərarlar qəbul olunub. Belə ki, qərarlara əsasən, filologiya elmləri doktor

.

Azərbaycanda yeni ixtisas – qəbul prosesi necə olacaq?

Xəbər verdiyimiz kimi, Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı genişləndirilib. Bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, "daşınmaz əmlakın idarə olunması" ixtisası d

.

Azərbaycanda vəzifəli şəxslər şiddətli töhmət aldı

14-16 noyabr tarixlərində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Bu barəd

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Yuxuda sevdiyin insanı görmək

Yuxuda sevdiyini görmək gərək qız gərək kişi olsun, gözəl bir evliliyə şərh olunar. Köhnə bir sevimli görmək isə uzun zamandır ödəyə bilmədiyi bir borc səbəbiylə çətinliyə düşəcəyini ifadə edər.Evlilər üçün köhnə sevgilin

turlar.az

qis geyimləri 2026 geyim şəkilləri geyim seçimi şirniyyat və tortlar masaj i̇mtahana hazırlıq bilincik resepti kosmetika qaynana hakista balıq veten haqqinda atalar sozu salatlar pomidor