Manaf Ağayev: "Dövlət özü bilir, kimi müharibəyə aparmaq lazımdır"
"Elə bil Füzuli tək mənimlə bağlıdır, məndən başqa adam yoxdur".
Open.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev "İnstagram" hesabında həmkarı Afət Fərmanqızı ilə birgə canlı yayım edərkən bildirib.
O qeyd edib ki, yaxın qohumları döyüşdə iştirak edib: "Bu, söz deyil, bu, öyrədilmiş şeylərdir. Ağılları, başları yoxdur. Dövlət özü bilir, kimi aparmaq lazımdır, kimi yox. Nə fərqi var, mənim bacım oğlu, qardaşım oğlu döyüşüb. Onlar da mənimkilərdi də...
Görüm onların "duxu" çatar "böyüklər"ə desin, övladınız niyə getmir?! Deyirlər, Əflatun Qubadovun oğlu könüllü gedib. Mən deyə bilmərəm, Allah canın sağ eləsin. Gedib, lap yaxşı.
Demək, məsləhət imiş aparıblar. Babəklə İlkin özlərin öldürürdülər, yalvarırdılar, "aparın", aparmadılar.
Kamil Zeynallı kimi oğlanı buraxmadılar. Baxmayaraq ki, idmançıdır, ona döyüşmək yaraşır. Onu belə qoymadılar".









Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Dişləri saraldan qidalar
Mədəsi ağrıyanların nəzərinə
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Hər gün üzüm yesək, nə olar?
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür