Manqo xəstəliyi

Manqo xəstəliyiMango - septisemiya, toxuma və orqanlarda spesifik düyünlər, abseslər əmələ gətirən zoonoz mənşəli infeksiyadır. Xəstəliyi Pseudomonas mallei çöpləri törədir.
Epidemiologiyası:
Xəstəliyin mənbəyi və rezervuarı xəstə at, qatır, eşşək, dəvədir. Atla təmasda olanlar, baytar işçiləri xəstələnirlər.
Patogenezi və patoloji anatomiyası:
Mangonun törədiciləri dəri və selikli qişaların zədələnmə yerindən daxil olaraq limfa damarlarıqan vasitəsilə toxuma və orqanlara yayılır. Mikrobun düşdüyü yerdə epiteloid hüceyrələr və neytrofil , letkositlərdən ibarət xüsusi qranulomerlər əmələ gəlir. Tezliklə onlar irinləyir və absesə çevrilir. Abses ocaqları bütüb daxili orqanlarda, əzələlərdə, oynaqlarda, sümükdə yerləşdiyindən prosesin gedişi septisemiyanı xatırladır.
Klinikası:
Mangonun gizli dövrü 1-5 gün, bəzən 2-3 həftə çəkir. Xəstəliyin kəskin və xroniki formaları ayırd edilir. Klinik gedişi ağır olur. Kəskin formada əvvəlcə intoksikasiya - üşütmə, 38,8-39,50 dərəcə temperatur, baş ağrısı, oynaqlarda əzələlərdə ağrı, zəiflik, əzginlik qeyd edilir. Gün ərzində qızdırma dalğavari gedir. Infeksiya qapısında tezliklə qızartı, infiltrat əmələ gəlir, tezliklə qanlı möhtəviyyatı olan suluğa çevrilir. 1-2 gün ərzində suluqlar deşilir, yerində kənarları cırılmış dibi "piyli" yara əmələ gəlir. Ağciyərlərin iltihabı özünü öskürmə, döşdə ağrı, selikli-irinli yaxud irinli bəlğəmin olması ilə özünü göstərir. Dodaq və burunda sianoz ocaqları, töyşümə, akrosianoz inkişaf edir.
Xəstəliyin son mərhələsində ishal, irinli artrit, fistullar əmələ gəlir. Qızdırma dövrü ürək tonları karlaşır, taxikardiya, arterial hipertenziya, ağır hallarda kəskin ürək çatışmazlığı inkişaf edir. Əksər hallarda xəstədə qaraciyər və dalaq böyüyür. Periferik qanda neytrofilyoz, leykositoz, EÇS qeyd olunur.
Diaqnozu:
Diaqnoz bakterioloji, bakterioskopik, seroloji, bioloji metodlarla və dəri-allergik sınaqlarla təsdiq edilir.
Meliodioz, taun, təbii çiçək, qara yara, frunkulyoz, karbunkulyoz xəstəlikləri, sifilisin bəzi formaları, limfa düyünlərinin vərəmi, septisemiya ilə differensiyasiya olunmalıdır.
Müalicəsi:
Xəstələr xüsusi palatalarda yerləşdirilməlidir. Müalicə gedişində sulfanilamidlər və antibiotiklər uzun müddət istifadə olunmalıdır. Sulfanilamidlərlə birlikdə penisillin, streptomisin yaxud mallein yeridilir.
Əsas diqqət patogenetik müalicəyə yetirilməlidir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1631   Tarix: 10 sentyabr 2020
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

turlar.az

geyim seçimi reseptler toy makiyajlari maskalar saç üçün spiral kokeldirmi qrip və soyuqdəymə sellulit kosmetika faydalı məsləhətlər hakistalar uşaq şeirləri damla dovsan