Maraqlı araşdırma: Sevgilisi olanlar oxusun!

Maraqlı araşdırma: Sevgilisi olanlar oxusun!Evlilikləri mənasını itirən, yaxud da pisə doğru gedən cütlüklərlə yaxşı münasibəti olan cütlüklər arasında maraqlı bir araşdırma aparılıb.

Xanim.az lent.az-a istinadən bildirir ki, araşdırma zamanı məlum olub ki, cütlüklər romantik yeməklə, ya da bahalı hədiyyələrlə sevgisini canlandıra bilmirlər. Gündəlik həyatda sevdiyi ilə qısa zaman da olsa, bərabər vaxt keçirənlər isə əsl xoşbəxtliyi tapır.

Bəyəndiklərini dilə gətirmək

Necə tanış olduqlarını soruşanda bəzi cütlüklərin üzü gülür. Cütlüklərin bəzən qarşılıqlı qəzəbi, inciklikləri, hətta içdən-içə düşmən münasibətləri olsa da, içlərində hələ sevgi və heyranlıq olduğunun izləri görünür. Amma hər şeydən əvvəl hörmət gəlir. Sevdiyinizə duyduğunuz hörmət, ona qəzəb və incikliyinizi dilə gətirərkən xoşagəlməz davranışlar etmənizi əngəlləyər. Sevgi və heyranlığı artırmaq, canlandırmaq qarışıq iş deyil. Məsələn, bu işə onu nədən sevdiyinizi izah etməklə başlayın. Bir cütlüyün bir-birinə verə biləcəyi ən böyük mükafat tanındığını və başa düşüldüyünü hiss etməkdir. Bir-birinizə olan sevginizi və bəyəndiyiniz özəlliklərinizi dilə gətirin. Hər gün ona duyduğunuz sevgini bildirməyin bir yolunu tapın.

Şəfqət

Uzaqlaşmaq yerinə bir-birinə yaxınlaşan cütlüklər daha xoşbəxt olur. Gündəlik həyatın sıxıntı və qaçaqaçı içində sevdiyinizə ona necə dəyər verdiyinizi bildirməniz qiymətlidir. Məsələn, "İşin çoxluğundan dostlarıma vaxt ayıra bilmirəm", - deyən sevgilinizə "Problem səndədir. Gününü planlaşdıra bilmirsən" deməkdənsə "həftəsonu birlikdə plan qurarıq" deyə bilərsiniz. Bir-birinizin yanında olanda həm fiziki, həm də duyğusal təmas qurun.

Ayrılıqlar

Səhər günə başlamadan əvvəl, o gün nələr edəcəyinizi sevgilinizlə paylaşın, onun edəcəklərini də öyrənin. İşə getməsi, köhnə dostları ilə bir araya gəlməsi kimi...

Günün sonunda

Cütlüklər bir-birinin duyğusal ehtiyaclarını çox zaman pis niyyətlə deyil, düşüncəsizlikdən, diqqətsizlikdən göz ardı edirlər. Belə halda hər yaşanılan anın əhəmiyyətli olduğunun fərqinə varmaq bir-birinə yaxınlaşmanın ilk addımıdır. Həm də sevginin qalıcılığının da işarəsidir. İşdən sonra müdirlə, ya iş yoldaşınızla o gün yaşadığınız problemlərdən, heç bitməyən işlərdən dolayı kefsiz, yorğun ola bilərsiniz. Evə bütün işi gətirmək nə qədər düzgün olmasa da, ağlınızdakı problemi də qapının arxasına buraxmaq elə asan olmur. Bunun üçün günü nöqtələyərkən mütləq stressi azaldan bir söhbət edin.

Həftəlik görüş

Bir-birinizə dəstək olmanın belə, iki həftəlik tətilə getməkdən daha çox əhəmiyyətli olduğunu ağlınızdan çıxarmayın. Sadəcə ikinizə aid olan iki saatı söhbət edərək keçirmək də bağlılığının bir yolu ola bilər.

Xəbərlər     Baxılıb: 1629   Tarix: 18 fevral 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Yaşıl çayı nə vaxt içməliyik? – Sağlamlıq üçün ideal saatlar

Yaşıl çay dünyanın ən faydalı içkilərindən biri hesab olunur. Onun tərkibində kalori və şəkər yoxdur, əvəzində isə sağlamlıq üçün vacib olan antioksidantlarla zəngindir. Lakin bu faydalardan tam istifadə etmək üçün yaşı

.

Səhiyyə Nazirliyi ölkədə mövsümi xəstəliklərlə bağlı vəziyyəti açıqladı

Mövsüm dəyişməsi zamanı insanlarda müxtəlif xəstəliklərin yaranması ilə tez-tez rastlaşırıq. Hər bir mövsümün özünə xas xəstəlikləri var ki, zaman-zaman baş qaldırır. Mövsümi xəstəliklərlə bağlı hazırda ölkədə vəziyyət necədir?

.

İdman və omeqa-3 diş kökü iltihabını azalda bilər - TƏDQİQAT

"Scientific Reports" jurnalında dərc edilən yeni tədqiqat fiziki fəaliyyət və omeqa-3 yağ turşularının birləşmiş təsirinin xroniki apikal periodontitin şiddətini əhəmiyyətli dərəcədə azalda biləcəyini ortaya qoyur

.

Bu qidaları yeyin, təzyiq probleminiz olmayacaq

Yüksək qan təzyiqini nəzarətdə saxlamaq üçün illərdir duz istehlakını azaltmaq məsləhət görülür. Lakin Kanadada aparılan yeni araşdırma bu yanaşmanın təkbaşına kifayət etmədiyini ortaya çıxarıb. xəbər verir ki, Vaterloo Universitetində

.

Araq içəndən sonra siqaret çəkmək istəyi nədən yaranır?

Müasir elm bu hadisəni neyrobiologiya nöqteyi-nəzərindən izah edir. Bir çox insanlar spirtli içki qəbul etdikdən sonra siqaret çəkmək istəyinin artdığını qeyd edirlər. Bu fenomen təkcə çox siqaret çəkənlərdə deyil, həm d

.

Ölümcül göbələk xəstəliyi sürətlə yayılır - Orqanları içdən çürüdür

ABŞ-də çox təhlükəli göbələk - Aspergillus fumigatus - sürətlə yayılır. xəbər verir ki, bu göbələk insan bədəninə daxil olaraq toxumaları çürüdə bilir. Onun səbəb olduğu xəstəlik - aspergilloz - xüsusilə immuniteti zəif ola

.

Beynimiz xəyalla reallığı ayırd edə bilmir?

Beynimiz bəzən gerçəklə xəyalı ayırmaqda çətinlik çəkə bilər. ABŞ-də aparılan yeni bir elmi araşdırma bu mövzuya fərqli yanaşma təqdim edib. xəbər verir ki, alimlər beynimizdəki bəzi hissələrin həm real görüntü zamanı, hə

.

Oturaq işlər kişiləri sonsuzlaşdırır

Uzun müddət masa arxasında və ya oturaq mühitdə işləmək kişilər üçün həm fiziki, həm də reproduktiv sağlamlıq baxımından ciddi fəsadlara yol aça bilər. xəbər verir ki, oturaq həyat tərzi qan dövranını zəiflədir, xüsusil

.

Əvvəllər zibil kimi atılırdı, indi kilosu yüz manata satılır - Xəstəliklərin dərmanıdır

Əvvəllər tullantı hesab edilən, lakin bu gün "təbiətin super qidası" kimi tanınan arı çörəyi (güləm) arıçılar üçün yeni gəlir mənbəyinə çevrilib. türk mediasına istinadla xəbər verir ki, bir çay qaşığında bir kil

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az toy gecesi yaz geyimleri 2025 qaşların formalari bürclər gündəlik qadın kostyumları bilik haqqinda atalar sozu hamileliyi pozmaq ucun atalar sozleri qızlıq pərdəsi yemekler baldiza aid haxisda