MASALLIDA DƏHŞƏT! Əri uşağı olmayan arvadını ikinci mərtəbədən atdı

MASALLIDA DƏHŞƏT! Əri uşağı olmayan arvadını ikinci mərtəbədən atdıHəyat yoldaşına işgəncə verməkdə ittiham olunan Masallı rayonunun Hişkədərə kənd sakini, 1989-cu il təvəllüdlü Elnur Qafarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İbtidai istintaqın gəldiyi nəticəyə görə, Elnur Qafarov 12 avqust 2013-cü ildə həyat yoldaşı Şəlalə Tahirova ilə mübahisə edib.

Mübahisə zamanı Şəlalə Tahirova Elnurun özü və anasına qarşı nalayiq sözlər deyib. Bu səbəbdən Elnur Qafarov həyat yoldaşınə döyüb.

Elnur Qafarov Cinayət Məcəlləsinin 131.1-ci (Ehtiyatsızlıqdan sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham edilib. Onun barəsində olan cinayət işi Masallı rayon Məhkəməsində araşdırılıb.

Məhkəmənin hökmü ilə Elnur Qafarov 1 il müddətinə islah işləri cəzasına məhkum edilib. Hökmdən narazı qalan Elnur Qafarov apelyasiya şikayəti verib. O, şikayətində günahsız olduğunu və barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Elnur Qafarovun şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim Amil Dosiyevin sədrliyi ilə keçirilən prosesdə araşdırılıb.

Məhkəmədə ifadə verən zərərçəkmiş Şəlalə Tahirova bildirib ki, 2010-cu ildə Elnur Qafarov ilə ailə həyatı qurub. O qeyd edib ki, 2013-cü ilə kimi əri ilə münasibətləri yaxısı olub: "Lakin 3 il sonra ərimin ailəsi ilə aramızda münaqişə başladı. Münaqişəyə səbəb isə uşağımın olmaması olub".

Zərərçəkmiş qeyd edib ki, buna görə dəfələrlə ərinin danlağı ilə üzləşib: "Qayınanam Zəhra məni yola vermirdi. Məndən tez-tez ərimə şikayət edirdi. Hadisə baş verən günü də qayınanam məndən ərimə şikayətləndi. Hər dəfə ərim məni döyürdü. Bu dəfə ərim məni döydü, sonra eyvandan aşağı atdı. Eyvan da təxminən 3,5-4 metr hündürlüyündədir. Eyvandan yıxılanda ayağım sındı. Atam məni evinə apardı. Onlar məni əməliyyat etdirdilər. Həkim dedi ki, yenidən əməliyyat olunmağıma ehtiyacı var. Ayağıma mil qoyuldu. 6 ay sonra çıxarılanda isə ayağım əyri qaldı. Yenidən ayağımı qıraraq əməliyyat etdilər. Bu dəfə əməliyyat uğurlu keçdi, amma ayağımın biri qısalıb".

Cinayət işi üzrə şahid qismində ifadə verən Masallı rayon polis şöbəsinin Boradigah polis bölməsində sahə rəisi vəzifəsində xidmət edən İlqar Qasımov bildirib ki, avqustun 12-də Masallı rayonunun Hişkədərə kənd sakini Şəlalə Tahirovanın sağ incik sümüyünün 1/3-nin sınığı və üst topuğunun sınığı diaqnozu ilə Masallı rayon Mərkəzi Xəstəxanasına daxil olub: "Xəstəxanadan daxil olmuş məlumatda qadının evdə yıxılması göstərilib. Biz faktı araşdırmaq üçün Şəlalənin yaşadığı evə getdik. Ondan hansı şəraitdə yıxılaraq xəsarət almasına dair izahat verməsini xahiş etdik. Şəlalə qayınanası Zöhrə, əri Elnurun yanında izahat verərək bildirdi ki, eyvanın qapısını açaraq həyətə baxanda ehtiyatsızlıqdan yıxılıb".

Masallı Rayon Mərkəzi Xəstəxanasının həkimi Şahmar Yəhyayevin sözlərinə görə, Şəlalə Tahirovada rentgen müayinəsindən sonra sağ ayağının incik sümüyünün aşağı ətrafının sınığı və üst topuğunun sınığı müəyyən olunub: "Şəlalə ehtiyatsızlıqdan yıxılaraq xəsarət aldığını bildirdi".

Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Elnur Qafarovun şikayəti təmin edilib və Masallı rayon Məhkəməsinin hökmü ləğv edilib.

Məhkəmə onun barəsində bəraət hökmü çıxarıb. Bu hökmdən prokurorluq narazı qalıb. Prokurorluq kasasiya protesti ilə Ali Məhkəməyə müraciət edib. Prokurorluq apelyasiya instansiya məhkəməsinin hökmünün ləğv edilərək işin yeni apelyasiya baxışına təyin edilməsini istəyib.

Yuxarı instansiyada prokurorluğun şikayətinə hakim Gülzar Rzayeva baxıb. Hakim kollegiyası prokurorluğun kasasiya protestini təmin etməyib.

///Teleqraf.com

Xəbərlər     Baxılıb: 2908   Tarix: 02 dekabr 2016
f Paylaş

Oxşar xəbərlər

.

1 aydan çox davam edən ÖSKÜRƏK - Gizli xəstəliyin siqnalı

"Uzunmüddətli öskürək də risk əlaməti ola bilər". xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun pulmonoloqu Günay Əliyeva deyib. Onun sözlərinə görə, bir ayda

.

"Ət yeyən bakteriya" - Sürətlə yayılan ölümcül infeksiya haqqında bilməli olduqlarınız

"Ət yeyən bakteriya" kimi tanınan infeksiya nadir hallarda rast gəlinməsinə baxmayaraq, sürətlə inkişaf etməsi və ağır nəticələrə səbəb olması ilə diqqət çəkir. . xəbər verir ki, xəstəlik vaxtında müdaxilə olunmadıqd

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Saçlarınız üçün ən yaxşı qulluq üsulları AÇIQLANDI

Saçların sağlam və sürətli uzanması bir çox insanın maraqlandığı mövzulardan biridir. Mütəxəssislər bildirirlər ki, saçın uzanma sürəti yalnız kosmetik vasitələrdən deyil, həm də qidalanma və ümumi həyat tərzindən birbaş

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Hər gün satın alırıq, amma günbəgün bizi zəhərləyir

Müasir qida sənayesində "ləzzət sehrbazı" kimi tanınan Monosodium Qlutamat (MSG) xalq arasında isə "Çin duzu" (E621) paketlənmiş məhsulların tərkibində ən çox rast gəlinən maddələrdən biridir. Bu madd

.

Ağardıcını isti su ilə qarışdıranlar, diqqət

Ev təmizliyində daha güclü təsir əldə etmək üçün tez-tez müraciət edilən bəzi üsullar əslində sağlamlığımız üçün ölümcül təhlükə yarada bilər. Xlorun isti su ilə qarışdırılması və ya digər təmizləyicilərlə birgə istifadəs

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

Hər səhər acqarına bir qaşıq için - Damarları şüşə kimi təmizləyir

Ənənəvi tibbin minilliklər boyu davam edən sirri müasir elmlə qarşılaşır. Hər səhər acqarına qəbul edilən bu qarışım təkcə immunitet sistemini gücləndirmir, həm də ateroskleroza qarşı qalxan təmin edir. . xəbər verir ki

turlar.az

geyim seçimi toy makiyaji sekilleri gozel gorunmek endokrin sistem kecellesme piodermiya nedir alin yazisi xanim qafarova kosmetika xerceng hüzeyir hacibəyov vidyolar uşaq nece olur novruz bayramı haxışta