Masallıda iki uşaq atasının FACİƏVİ SONU - FOTOLAR

Masallıda yol-nəqliyyat hadisəsi baş verib.
Xanim.az istipress-ə istinadən məlumatına görə, hadisə rayonun Qızılavar kəndində baş verib. "Ford" markalı yük maşını yoldan keçən 3 piyadanı vurub sonra elektrik dirəyinə çırpılıb. Vurulan piyadaların hər üçü Masallı rayon Ərkivan qəsəbəsi sakinləridir. Onlar 1979 - cu il təvəllüdlü Bədəlov Rüfət Həmdulla oğlu, 36 yaşlı Həsənov Yusif Eldar oğlu və 1984 -cü ildə anadan olan İbrahimov Tohid Tofiq oğludur. Yaralılardan Rüfət Bədəlovun vəziyyəti ağır kritik olaraq qiymətləndirilir. Xəsarət alanlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Masallıda bir nəfərin ölümünə və iki nəfərin ağır xəsarət almasına səbəb olan "Ford"markalı yük maşınının sürücüsünün kimliyi məlum olub.

Masallı rayon polis şöbəsindən əldə etdiyi məlumata görə, hadisəni törədən rayonun Məmmədoba kənd sakini, 42 yaşlı, iki uşaq atası Ağayev Həbib Allahyar oğludur. İlkin istintaq tədbirləri zamanı məlum olub ki, sürücü yanacaqdoldurma məntəqəsinin yanında ötmə əməliyyatını həyata keçirərkən yağışlı hava şəraitini nəzərə almayıb, qarşıdan gələn maşından yayınmaq istəyərkən yolun hərəkət hissəsi ilə gedən piyadaları vurub, sonra yolun kənarındakı elektrik dirəyini aşırıb.

Xatırladaq ki, hadisə Lənkəran-Boradigah yolunun Masallı rayonun Qızılavar kəndindən keçən hissəsində gecə saatlarında baş verib. Sürücü qəzadan xəsarətsiz ötüşsə də,vurulan piyadaların biri-38 yaşlı Rüfət Bədəlov xəstəxanaya çatdırıldıqdan az sonra dünyasını dəyişib. Digər yaralılar- 36 yaşlı Həsənov Yusif Eldar oğlu və 33 yaşlı İbrahimov Tohid Tofiq oğlunun vəziyyəti orta ağır olaraq qalır. Xəsarət alanların hər 3-ü Masallı rayonunun Ərkivan qəsəbə sakinləridir.

Faktla bağlı Masallı rayon polis şöbəsində Azərbaycan respublikası CM-nin 263.2 maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Masallıda iki uşaq atasının FACİƏVİ SONU - FOTOLARMasallıda iki uşaq atasının FACİƏVİ SONU - FOTOLAR

Xəbərlər     Baxılıb: 1787   Tarix: 09 fevral 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

yaz geyimleri 2026 maskalar kosmetoloq qadinda cinsi isteksizlik baliq qulagi el isleri zeytunun hazirlanmasi soyuqdəymə kosmetika balıq xlor lekesi yemek reseptleri mikayıl abdullayev meseller