"Maşın" şounun finalı: İslam ağladı (VİDEO)
ATV-də "Qarşıdurma" devizi ilə yayımlanan "Maşın" şounun finalı davam edir.
"Qaynarinfo" xəbər verir ki, ötən gün səhhətində problem yaranan Murad Dadaşov yenidən efirə qayıdıb. O qeyd edib ki, ötən gün ayağından yüngül əməliyyat keçirdiyinə görə, ilk dəfə "Maşın" şounu televiziya qarşısında izləyib. Hazırda səhhətinin normal olduğunu deyən Murad Dadaşov ciddi final mərhələsinin başlandığını elan edib və qaydaları bir daha xatırladıb.
Verilişdə iştirakçıları müxtəlif qonaqlar ziyarət edir. O cümlədən, ötən gün ata olan İslamın bacısı da qardaşına baş çəkib. O, aktyora yenicə doğulmuş qızının fotolarını göstərib. Real həyatda hələ qızının üzünü görməyən İslam göz yaşlarını saxlaya bilməyib.
Qeyd edək ki, rəqqasə Oksana Rəsulova, aktyor Elcan Rəsulov və İslam Mehrəliyev iki gündür ki, finalda mübarizəni davam etdirirlər. Hələlik heç biri təslim olmaq istəmir.
f Paylaş








Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir