MAŞIN SÜRMƏK HAMİLƏLİYƏ MƏNFİ TƏSİR GÖSTƏRİRMİ? Maşın sürmək hamiləliyə mənfi təsir göstərirmi?

MAŞIN SÜRMƏK HAMİLƏLİYƏ MƏNFİ TƏSİR GÖSTƏRİRMİ? Maşın sürmək hamiləliyə mənfi təsir göstərirmi?Qadınların əksəriyyəti maşın sürməkdən böyük zövq alırlar. Qadınlar sükan arxasında oturarkən özlərini çox rahat və xoşbəxt hiss edirlər. Bəs hamiləlik zamanı maşın sürmək olamı?
Əgər maşın sürmək qadına böyük bir zövq verirsə, o zaman bu zövqdən niyə məhrum olmaq lazımdır ki?
Mütəxəssislər özünü rahat hiss etdiyi zamana qədər hamilə qadınlara maşın sürməyi məsləhət bilirlər. Mütəxəssislər hətta son aya qədər özünü rahat hiss edə bilən qadına maşın sürməyi qadağan eləmir. Hamilə qadın maşın sürərkən özünü komfortlu hiss edirsə o zaman ona maşın sürməyə qadağa qoyulmur. Amma, maşın sürərkən hamilə qadınlar aşağıdakı qaydalara mütləq əməl eləməlidirlər.
Əməl ediləcək ilk qayda avtomobilin sürücü oturan kreslosunun hamilə qadının rahat oturması üçün hazırlanmasıdır. Bunun üçün kreslonu arxaya doğru çəkmək lazımdır. Maşının oturacağını elə düzəltmək lazımdır ki, qarın sükandan 10 santimetr aralı dursun. Bu zaman qadın kresloda rahat oturur və sükanı asanlıqla idarə edə bilir.
Sürücü hamilə qadınlara onlar üçün nəzərdə tutulmuş kreslodan istifadə etməyi məsləhət görür. Bu kresloların bel hissəni massaj etmək üçün nəzərdə tutulan yeri var. Bu yerdə taxta və ya rezindən dairəvi hissələr olur. Bu hissələr hamilə qadının bel nahiyəsini massaj edir.
Hamilə qadınlar maşın sürərkən qəfil tormozlanma sisitemini idarə etməyi nəzərə almalıdır. Mütəxəssislər hamilə qadınlara öz maşınları ilə tək və uzaq məsafəyə yola çıxmağı məsləhət bilmir. Qış fəslində maşın sürmək də hamilə qadın üçün məsləhət deyil. Əgər sürərlərsə, onların maşınlarının təkərləri qış təkərləri ilə əvəz olunmalıdır.
Mütəxəssislər maşın sürən hamilə qadınlara maşın sürərkən bədənlərində və gözlərində gərginlik hiss edtkləri zaman maşından düşüb istirahət etməyi məsləhət bilirlər. Maşın sürən hamilə qadınlar hər şeyə hazırlıqlı olmalıdırlar. Bunun üçün onların yanında ginekoloqlarının telefon nömrəsi, hamiləliyi barədə məlumatlar olan kağızın olması çox faydalıdır.
Hamilə qadın təhlükəsizlik kəmərindən də istifadə edərkən ehtiyyatlı davranmalıdırlar. Kəmərdən istifadə etmək həm ananın, hm də uşağın təhlükəsizliyi baxımından vacibdir. Hamilə qadınların əksəriyyəti təhlükəsizlik kəmərinin narahatçılıq yaratdığını söyləyirlər. Amma qarının böyük olmasından asılı olmayaraq təhlükəsizlik kəmərinin taxılması vacibdir.
Mütəxəssislər hamiləlik toksikozu olan, iyə qarşı həssaslığı yüksək olan hamilə qadınlara maşın sürməyi məsləhət bilmir. Sükan arxasında oturan hamilə qadınlara çox qalın paltar və ya kurtka geyinmək məsləhət görülmür.

Maraqlı     Baxılıb: 2167   Tarix: 11 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

.

Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar

Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar. xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unika

.

Türkiyəli bioloq yeni bitki növünü elm dünyasına təqdim etdi

Ege Universitetinin Elm Fakültəsinin Biologiya bölməsinin müəllimi, türkiyəli bioloq Hasan Yıldırım sosial şəbəkədə gördüyü bitkinin izinə düşərək araşdırma aparıb və onu fərqli bir növ kimi, türk dilində "Muğla emceği"

.

Həsən Osmanov vəfat etdi

Seyid Cəfər Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasının kafeda müdiri vəfat edib.  xəbər verir ki, bu barədə gimnaziyanın sosial şəbəkə hesabında məlumat verilib. Bildirilib ki, tanınmış pedaqoq, "Qabaqcıl təhsi

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Azərbaycanda tanınmış müəllim vəfat etdi

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, filologiya elmləri namizədi, dosent Mahmud Mahmudov dünyasını dəyişib. xəbər verir ki, o, bu gün 88 yaşında vəfat edib. Qeyd edək ki, Mahmud Mahmudov 50 il

.

Bakının ən yaxşı məktəbləri - Siyahı AÇIQLANDI

2024-cü ildə Bakı şəhərindəki ümumtəhsil məktəblərini bitirərək attestat qiymətləri "əla" olan abituriyentlərindən 3.95%-i 200 baldan aşağı nəticə göstərib. xəbər verir ki, bu barədə -a Dövlət İmtahan Mərkəzində

.

Azərbaycanda bu institut bağlandı

Qafqazşünaslıq İnstitutunun bağlanması barədə qərar qəbul olunub. xəbər verir ki, bu barədə AMEA-nın Ümumi Yığıncağında akademik İsa Həbibbəyli məlumat verib. Qərar səsə qoyularaq qəbul olunub

.

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik

Əziz xanımlar! . Sizi, bütün Azərbaycan qadınlarını 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm, hər birinizə cansağlığı, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayırıq. Sizə ən gözə

.

Yuxuda xəstəxana görən insanlar əslində şanslı imiş - Səbəb...

Yuxuda xəstəxana görmək, insanın həm bədənlə, həm də ruhən inkişaf edəcəyinin göstəricisidir. Eyni zaman xəstəxana təmiz və təravətli isə bütün işləriniz yoluna girər. Yuxuda xəstə görmək isə iş yerimnizi dəyişdirməyinizi

turlar.az

yaz geyimleri 2026 geymler 2026 aksessuarlar sizanaqlara qarsi resept qizliq perdesinin berpasi piroqlar kostyum modelleri 2026 kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz bedii edebiyyat paxlava novruz bayramina aid hakisdalar laylalar