Gözəgörünməzlik kəşf olundu - Alimlər material hazırladılar
Çinli alimlər insanların gözəgörünməz olmasına imkan verəcək inqilabi material hazırlayıblar.
Milli.Az xəbər verir ki, Çinin Elektron Elm və Texnologiya Universitetinin tədqiqatçıları işıq şəraitinə görə rəngini dəyişə bilən unikal material üzərində işləyirlər. Bu kəşf kamuflyaj sahəsində inqilab edərək insanların ətraf mühitə asanlıqla qarışmasına şərait yaradacaq.
Alimlər bu texnologiyanın həm hərb, həm də memarlıq sahələrində böyük potensiala malik olduğunu bildirirlər. Tədqiqatçı Van Donşenqin sözlərinə görə, bu material müxtəlif sahələrdə ciddi dəyişikliklərə yol aça bilər.
Layihə təbiətdəki buqələmun və səkkizayaqlı kimi heyvanların rəng dəyişmə qabiliyyətindən ilham alıb. Yaxın gələcəkdə kamuflyaj funksiyalı materialların prototipləri təqdim edilə bilər və bu texnologiya bir çox sahələrdə əhəmiyyətli yeniliklərə səbəb olacaq.
Aysel Əkbər
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir