Maska taxanlar xəstəliyi yüngül və əlamətsiz keçirir?

Maska taxanlar xəstəliyi yüngül və əlamətsiz keçirir?Pandemiya dövründə tibbi-cərrahi maskalar taxanlar koronavirusa yoluxanda xəstəliyi yüngül formada keçirirlər.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Kaliforniya Universitetinin alimləri apardıqları araşdırmanın nəticələrinə əsasən bu qənaətə gəliblər. Kaliforniya Universitetinin yoluxucu xəstəliklər üzrə mütəxəssisi Monika Gandi bildirib ki, maska ​​taxan insanların immun sistemləri virusun öhdəsindən asan gəlir, onlara daha az koronavirus hissəcikləri yoluxur. Məlum olub ki, bu maskalar təkcə başqa insanları qorumaq üçün deyil, həm də taxan şəxsin özünü qoruyur və xəstəliyi daha yüngül keçirməsinə yardım edir. Monika Gandi araşdırmanın nəticələrinə əsasən vurğulayıb ki, adamlar hətta çox sağlam olduqları, özlərini yaxşı hiss etdikləri vaxtlarda da maskadan istifadə etməlidirlər. Araşdırmaya görə, məhz maska taxılan yerlərdə koronavirsusu əlamətsiz, yəni çox yüngül keçirənlərin sayı həddən artıq çoxdur. ABŞ-ın Oreqon ştatında bir müəssisənin işçiləri məcburi olaraq maska taxdıqlarına görə orada yoluxanların 90 faizində əlamətlər müşahidə edilməyib.
Bundan başqa, Çin alimlərinin maska ilə bağlı siçanlar üzərində aparıqları tədqiqat da maskaların virusdan qoruyucu olduğunu deməyə əsas verir. COVİD-ə yoluxan siçanlarla sağlam olan heyvanların yerləşdirldiyi qonşu qəfəslərin arası tibb maskalarla pərdələnib. Məlum olub ki, siçanların çoxu koronavirusa yoluxmayıb, yoluxan heyvanlarda isə çox yüngül əlamətlər müşahidə edilıib. Bu isə qəbul olunan virus yükü ilə əlaqələndirilir. Məlum nəzəriyyəyə görə, orqqanizm nə qədər çox virus qəbul edərsə, xəstəlik bir o qədər ağır keçrir. Maska isə qopruyucu rol oynayaraq daha çox virusun orqanizmə keçməsmini qarşısını alır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1292   Tarix: 23 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

.

Allergiya mövsümü başladı: Gözlərinizin qorunma yolları

Bir çox insan qaşınma, sulu gözlər, qızartı və göz qapaqlarının şişkinliyini mövsümi reaksiya kimi qəbul edir, lakin bu, həm də infeksiya ola bilər. xəbər verir ki, bunu rusiyalı həkim Karina Kozina yerli KİV-ə açıqlamasınd

.

Çərəz yeyərkən "tək bir şərt" var

Qoz-fındıq və digər çərəzlər ürək sağlığından xərçəngə qədər bir çox xəstəliyə qarşı qoruyucu təsiri ilə seçilir.  xəbər verir ki, çərəzlər su tərkibi aşağı, lakin protein, sağlam yağlar, lif, vitaminlər (xüsusilə E vitamini

.

Şeflərin "uzaq durun" dediyi 6 şirniyyat: Sifariş vermədən əvvəl iki dəfə düşünün

Menyulardakı bir çox şirniyyat hər zaman təzə və əl işi olmaya bilər. Ekspertlərin fikrincə, bəzi klassik təamlar çox vaxt kütləvi istehsal məhsulu və ya hazır qarışıqlarla hazırlanır.  xəbər verir ki, restoranlarda təqdi

.

Saç tökülməsi nə zaman təhlükəli sayılır?

Saç tökülməsi qadın və kişi fərq etmədən bir çox insanın qarşılaşdığı geniş yayılmış problemdir. xəbər verir ki, bu hal çox vaxt mövsümi və bəzən daha ciddi problemlərin xəbərçisi ola bilər. Türkiyəli dermatoloq-həkim Hicra

.

Tromb ola biləcəyini göstərən əsas narahatedici ƏLAMƏTLƏR

Trombozun simptomları qəfil ortaya çıxa və ya zəif şəkildə hiss oluna bilər. Tromboz qan damarında trombun (qan laxtasının) əmələ gəlməsidir. xəbər verir ki, tromb sıx bir laxtadır və o, qan damarını qismən yaxud tam şəkild

.

Nar görün hansı xəstəliyin güclü dərmanı İMİŞ

"Punikalin" adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngitmək potensialına malikdir. xəbər verir ki, bu, İspaniyanın Malaqa Universitetində aparılan və beynəlxalq elmi jurnalda dərc olunan araşdırmada qey

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Bir kasası xəstəliyi qapıdan qovur: Şəfa mənbəyidir

Üst tənəffüs yolları infeksiyalarının artdığı bu dövrdə mütəxəssislər toyuq şorbasının tərkibindəki sistein amin turşusunun bəlğəmi durulaşdıran və tənəffüs yollarını rahatladan təsirinə diqqət çəkiblər.  xəbər verir ki

.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər.  bu bitki ilə bağlı məlumatları təqdi

turlar.az

donlar 2026 hamiləlik hamilelikde qidalanma doğum hekayələri qarın yağları sifahi xalq ədəbiyyatı növləri yay kolleksiyasi kosmetika rus dilini oyrenek 2ci ders ekizler vətən haqqında bayatı novruz bayramina aid hakistalar rus dilin nece orenek