Maska taxıb,evlərə basqın etdi - Ələ keçirilən oğrudan ŞOK sözlər+VİDEO
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri zamanı, Hökməli qəsəbəsində evlərə qənim kəsilən 22 yaşlı Həsən Bayramov yaxalanıb.
ARB TV xəbər verir ki, araşdırma zamanı məlum olub ki, o özü də Hökməli qəsəbəsində yaşayır.
Mənzillərə girən gənc bıçaq və digər bıçaqla vətəndaşlardan pul, qızıl tələb edib.
Həsən Bayramov – Saxlanılan şəxs: "3 dəfə evə girmişəm, adam olub qaçmışam. Maska taxıb kənddə evə girdim. Bilmirdim evdə adam var. Bıçaqla dedim ki, səsini çıxartma, pul ver. Dedi ki, pulum yoxdu. Dedi ki, uşaqlarım qorxur. Fikirləşdim ki, uşaqları tanıyacaq ordan çıxdım".
Bayramovun sözlərinə görə əvvəl girdiyi evə yenidən qayıdaraq oğurluğa cəhd edib. Bütün bunları qəbul etdiyi içki və narkotik madənin təsiri nəticəsində törətdiyini bildirib.
Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.
f Paylaş








İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir