Maskaların içərisinə mis qoyula bilər - Koronavirusu məhv edir
Təmiz mis və ya mis birləşmələrindən ibarət örtüklər SARS-CoV-2 koronavirusunu tez bir zamanda təsirsiz hala salır, hətta məhv edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Kanadanın Vaterloo Universiteti alimlərinin "APL Materials" jurnalında dərc olunan məqaləsində deyilir.
Tədqiqatçılar altı müxtəlif ultra nazik mis və ya mis oksid örtüyünün "HCov-229E" ilə (genetik olaraq SARS-CoV-2-yə bənzər koronavirus növü) necə qarşılıqlı əlaqədə olduğunu araşdırıblar.
Belə ki, şüşə, yaxud parça üzərinə tükdən min dəfə nazik örtük çəkilib və viruslar olan məhlula yerləşdirilib. Aparılan təcrübə zamanı məlum olub ki, mis və mis tərkibli birləşmələr virusaleyhinə təsirə malikdir. Özü də nanoölçülü plyonka fraqmentləri, tərkibində virus olan mayedə həll olunanda onun effekti daha da güclənir.
Tədqiqatçıların sözlərinə görə, mis örtük tibbi maskaların parçasına tətbiq oluna bilər, bu da fərdi qorunma vasitələrinin müdafiə əhəmiyyətini xeyli artırar.
Milli.Az /news.milli.az









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Arzuolunmaz hamiləlik
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Evini 3,2 milyona satır - Fotolar