Mədə qıcqırması: SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏR

Mədə qıcqırması: SƏBƏBLƏR və TƏBİİ ÇARƏLƏRAdətən döş sümüyü arxasında yanğı hissi və yanmanın qida borusu boyu yuxarıya doğru yayılması mədə qıcqırması adlanır.
Yanaşı olaraq mədədə doluluq hissi, ağızda acılıq və ya turş dad hiss oluna bilər. Xəstə əyiləndə və ya uzananda döş sümüyü arxasında yanma hissi artır.
Döş sümüyü arxasında yanmaya səbəb mədə möhtəviyyatının qida borusuna atılmasıdır. Aqressiv mədə şirəsi qida borusunun divarlarını qıcıqlandırır və dözülməz yanma hissi yaradır.
Mədə qıcqırması daha çox qidalanmanın pozulması, xüsusən də quru qidaların ayaqüstü yeyilməsi, qəhvə və tünd çaydan həddən artıq istifadə nəticəsində əmələ gəlir. Bir sıra hallarda qarındaxili təzyiqin artması da eyni klinik mənzərə yaradır. Daha çox hamiləlik, kəmərin çox sıx bağlanması və ağır əşyaların mütəmadi qaldırılması zamanı belə hallar baş verir. Mədə qıcqırması diafraqma yırtığı zamanı da aparıcı əlamətlərdən biri olur.
Qıcqırma təkcə döş sümüyü arxasında əmələ gələn və xəstəni narahat edən xoşagəlməz hiss deyil. Həzm şirələrinin daimi olaraq qida borusuna düşməsi onun aşağı hissəsində eroziya, xora, ağır hallarda isə hətta qida borusu xərçənginin inkişafına səbəb olur.
Bundan başqa mədə möhtəviyyatı qida borusunun yuxarı şöbələrinə və qırtlağa qədər atıldıqda xəstədə öskürək, hətta səs tutulması əmələ gəlir.
İlk yardım
Mədə qıcqırmasını qısa zamanda aradan qaldırmaq üçün bir çox vaxt suda həll edilmiş çay sodasından istifadə edirlər. Doğrudur, çay sodası mədə şirəsində olan xlorid turşusunu neytrallaşdırır, lakin reaksiya nəticəsində əmələ gələn karbon qazı mədə divarlarının dartılıb gərilməsinə və ağrıya səbəb olur, mədə xorası olan xəstələrdə isə mədə qanaxması törədə bilər. Həm də çay sodası qəbul ediləndən 30-40 dəqiqə sonra mədə şirəsinin ifrazını artırır və qıcqırma əlamətləri getdikcə artır. Ona görə də mədə turşuluğunu neytrallaşdırmaq üçün çay sodasından istifadə etmək lazım deyil. Xalq təbabəti daha effektli və zərərsiz üsullar təklif edir.
Kartof şirəsi
- 1 ədəd çiy kartofun şirəsi çəkilir və səhər acqarına qəbul edilir.
- 1-2 xörək qaşığı kartof şirəsi yeməkdən yarım saat əvvəl qəbul edilir.
Toxum qarışığı
Bərabər miqdarda razyana, bostan şüyüdü və cirə toxumları qarışdırılır, qarışıqdan 1 xörək qaşığı 1 stəkan qaynar suda 20 dəqiqə dəmlənir, hər gün 1-2 stəkan süzülmüş dəmləmə kiçik qurtumlarla içilir.
Süddə kətan dəmləməsi
1 çay qaşığı kətan yoxumları 1 stəkan qaynar südə əlavə olunur, ağzı bağlanaraq yarım saat dəmlənir. Dəmləndikdən sonra qarışdırılır və süzülərək gündə 1-2 dəfə yeməkdən əvvəl yarım stəkan qəbul edilir.
Fitooil Zəyərək (kətan) yağı
Hər səhər acqarına 1 -2 xörək qaşığı Fitooil Zəyərək yağı qəbul edilir.
Kərəviz kökü
Təzə kərəviz kökünün şirəsi sıxılır və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1-2 xörək qaşığı içilir. 2 çay qaşığı qurudulmuş kərəviz kökləri xırdalanır, 1 stəkan qaynar suda dəmlənir və gündə 2-3 dəfə yarım stəkan qəbul olunur.
Tabaşır və ya kömür
1 çay qaşığı üyüdülmüş kəcəvər kökləri 4 çay qaşığı tabaşir tozu ilə qarışdırılır. Kəcəvər kökünün əvəzinə zəncəfil kökü, tabaşırın yerinə isə aktivləşdirilmiş kömürdən də istifadə etmək olar. Qarışıqdan 1 çay qaşığı 1/3 stəkan suda həll edilir və gündə 3 dəfə qəbul edilir. Təzə kəcəvər köklərinin çeynənilməsi də qıcqırmanı azaldır.
Turşuluğa qarşı turşu
1 stəkan qaynadılmış suya 2 çay qaşığı alma sirkəsi əlavə olunur və yeməkdən qabaq qəbul edilir.
Bitki qarışığı
Hərəsindən 1 xörək qaşığı dazıotu, bağayarpağı və çobanyastığı çiçəkləri qarışdırılır, üzərinə 2 stəkan qaynar su əlavə olunaraq 2 saat dəmlənir. Süzüldükdən sonra gündə 2-3 dəfə yeməkdən əvvəl yarım stəkan içilir.
2 filtr-bağlama Teastomin çayı yarım stəkan qaynar suda 15 dəqiqə dəmlənir və gündə 3 dəfə yeməkdən yarım saat əvvəl qəbul edilir.
Badamla qoz
Hər birindən 100 qram qoz və badam həvəngdəstədə əzilir və ya sürtgəcin kiçik gözündən keçirilir. Qarışdırıldıqdan sonra hər gün 1 xörək qaşığı qəbul edilir.
Qızılçətir dəmləməsi
1 xörək qaşığı qızılçətir otu 1,5 stəkan suda yarım saat dəmlənir, yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı qəbul olunur.
Portağallı biyan dəmləməsi
10 qram xırdalanmış biyan kökləri ilə 6 qram qurudulmuş portağal qabıqları üzərinə 2 stəkan qaynar su əlavə olunur və vam ocaqda yarısı qalana qədər qaynadılır. Alınan bişirməyə 1 xörək qaşığı təmiz bal əlavə olunaraq gündə 3 dəfə yeməkdən əvvəl qəbul edilir. Prosedur 1 ay aparılır.
Profilaktika
- Az-az və tez-tez yemək yemək;
- Acı, yağlı və qızardılmış yeməklərdən, alkoqollu, turş və qazlı içkilərdən, sarımsaq, çiy soğan, turş meyvələrdən imtina etmək, şokolad, qəhvə və tünd çay qəbulunu məhdudlaşdırmaq;
- Yeməkdən sonra əyilib iş görməmək;
- Axşam yeməyini yatmazdan 2-3 saat əvvəl qəbul etmək;
- Çarpayının baş hissəsini 10 sm qaldırmaq;
- Qarın nahiyəsini sıxan kəmərlər, korset və bandajlar taxmamaq.
Mənbə: Herba Flora jurnalı

Xəbərlər     Baxılıb: 2261   Tarix: 24 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sumaq suyu içənlərdə o problemdən əsər-əlamət qalmır

Antioksidantlarla zəngin olan sumaq bədəndəki iltihabı azaltmaq qabiliyyəti ilə tanınır. Bu xüsusiyyəti onu sadəcə dadlandırıcı deyil, həm də profilaktik vasitəyə çevirir.  xəbər verir ki, sumaq suyu şişkinlik və həzmsizli

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Protein batonlarını sevənlərə XƏBƏRDARLIQ

Protein (zülal) batonlarının tez-tez istifadəsi ilə bağlı xəbərdarlıq edilib. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu məhsulların müntəzəm qəbulu toxluq hissinin düzgün formalaşmasına mane ola bilər. Onun sözlərin

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Ürək tutması, yoxsa panik atak? - Oxşar əlamətlər, təhlükəli nəticələr

Sinədə qəfil təzyiq, sürətlənən ürək döyüntüsü və nəfəs almaqda çətinlik. Bu əlamətlər bir çox insanda ciddi narahatlıq yaradır və "ürək tutmasıdır, yoxsa panik atak?" sualını gündəmə gətirir. Türkiyə mətbuatın

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

turlar.az

qadın geyimi yemek reseptleri həkim məsləhəti sizanaqlara qarsi maskalar kaktusa qulluq encir murebbesi cümə gününün duası kosmetika oyunlar novruza aid novruza aid hakisda haxisdalar statuslar