Mədə qıcqırmasını və qəbizliyi yox edən MÖCÜZƏVİ BİTKİ

Mədə qıcqırmasını və qəbizliyi yox edən MÖCÜZƏVİ BİTKİƏksər hallarda aloe vera adını eşidir, demək olar ki, bir çox dərmanların, gözəllik vasitələrinin tərkibində ondan istifadə olunduğunu bilirik. Bəs görəsən aloe veranı özəl edən xüsusiyyətləri hansılardır? Milli.Az ailem.az-a istinadən bununla bağlı sizə geniş məlumat verəcək.

Aloe vera bitgisi Afrika mənşəli kaktus kimi tikanları olan bir bitkidir. 360 növü olduğu bildirilir. Cənubu Amerika, Cənubi Afrika kimi tropik ərazilərdə də yetişir. Bəzək bitkisi kimi də becərilən aloe vera daha çox tibbi və kosmetik məqsədlər üçün istifadə edilir.

Yarpaqlarında olan aloe vera geli adətən nəmləndirici olaraq istifadə olunur. Bu gel jelatin miqdarı baxımından olduqca zəngindir. Aloe vera gelinin tərkibində 18 amin turşusu, 20 mineral, 12 vitamin var. Bu bitkinin boyu içində olan aloe vera suyu sayəsində dörd metrə qədər uzana bilər.

Aloe vera bitkisinin 4 min il əvvəl də istifadə olunduğu təxmin edilir. Şumer yazılarında aloe vera bitkisi "gənclik bulağı" olaraq göstərilir. Aloe vera çiçəyi makedoniyalı İskəndərin müharibədə yaralananlar üçün istifadə etdiyi bir bitkidir.

Aloe veradan necə istifadə edilir?

Aloe vera bitkisinin iki şəkildə istifadəsi geniş yayılıb. Birincisi ağız yolu ilə, ikincisi isə dəridə krem şəklində istifadədir. Ağız yolu ilə istifadədə ağız içindəki yaraların yaxşılaşmasında, həzm sistemində faydası var. Krem şəklində istifadədə isə aleo vera bitkisinin kökə ən yaxın yerdəki yarpağından bir hissə götürülür. Həmin hissə bölünür və ortaya çıxan gel dəriyə sürtülür. Aleo vera saç üçün istifadə edildiyi təqdirdə saça canlılıq və parlaqlıq verir. Bu bitkidən istifadə zamanı diqqət edilməsi lazım olan ən əhəmiyyətli nöqtə həmin şəxsin allergiyaya həssas olub-olmamasıdır. Allergiyası olan insanlar həkim tövsiyəsi ilə istifadə etməlidir. Aloe vera bitkisi bir çox krem, şampun, diş məcunu, losyonların tərkibində olur.

Aloe veranın faydaları nələrdir?

- Mikrob öldürücü olaraq istifadə edilir

- Orqanizmi mineral və vitaminlə təmin edir

- Sədəf xəstəliyinin təsirlərini azaldır

- Xərçəngin irəliləməsinin qarşısını alır

- Evdə saxlarkən həmin yerdə radiasiyanı azaldır

- Diabetə faydası var

- Sızanaqları yox edir

- Baş dərisindəki yaraları sağaldır

- Saça parlaqlıq verir. Saçların uzanmasına yardımçı olur

- Mədə qıcqırmasını aradan qaldırır

- Qəbizlik hallarında alma ilə aloe vera suyu istifadə edildikdə mükəmməl nəticə göstərir

- Suyu qaynadılaraq içildiyində astma xəstəliyinə faydalı olur

- Göz iltihablanmasında istifadə olunur

- Həşərat sancmalarında kömək edir

- Pəhrizlərdə arıqladıcı kimi istifadə edilir

Aloe veranın mənfi təsirləri

Aloe vera bir çox faydaya sahib olmasına baxmayaraq, əks təsirləri də var. Buna görə hansı məqsədlə istifadə edilməsindən asılı olmayaraq, həkim məsləhəti mütləqdir.

- Allergik reaksiyalar verə bilər

- Qarın ağrımalarına səbəb ola bilər

- Qanda potasium səviyyəsini azaldıb halsızlıq, düzənsiz ürək döyüntüsü və əzələlərin yumşalması kimi problemlərə səbəb olur

- Aloin maddəsi tərkibi sayəsində xərçəng xəstələrinin istifadəsi zamanı xərçəng hüceyrələrinin sürətli çoxalmasına səbəb olur.

- Qan şəkərini aşağı saldığı üçün diabetdə problemlər ola bilər

- Çox istifadəsi orqanizmi susuzlaşdırır, sidiyin qırmızı rəngdə gəlməsi ilə nəticələnən ciddi problemlərə yol açar

- Ciddi yanıqlar və cərrahi yaralarda yaraların gec sağalmasına səbəb olur

- Günəşə çıxmadan əvvəl istifadə edilərsə, günəş ləkələrinə səbəb olur

- Hamilələrdə uşaqlıq yolunda erkən sıxılmalara səbəb olub, düşmə ilə nəticələnə bilər. Buna görə hamilələrin istifadə etməsi məsləhət deyil

- Hansısa cərrahi əməliyyat olacaqsa ondan əvvəl istifadəsi dayandırılmalıdır. Əgər dayandırılmasa əməliyyatlarda ölümlə sonuclana bilər.

- Menstruasiya zamanı qanamanı artırır.

Sağlamlıq     Baxılıb: 2363   Tarix: 23 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Özünü Masaj Etmənin Faydaları Nələrdir ?

Özünü masaj etmək sadə, amma olduqca faydalı bir vərdişdir. Günümüzdə insanların çoxu stress, yorğunluq və gərginlikdən şikayət edir. Bu halları aradan qaldırmaq üçün xüsusi ustaya müraciət etməyə ehtiyac olmadan özünü masa

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

Cinsi həzz üçün 5 vasitə: vibrator, X mövqeyi və

Cinsi təcrübənizi zirvəsində yaşamaq üçün məsləhətləri sizinlə bölüşməzdən əvvəl bir şeyi xatırlatmaqda fayda var: Seks yalnız penisin və ya vajinanın aparıcı rol oynadığı bir hərəkət deyil. Bu klassik cinsi əlaqədən başq

.

Cinsi gücü artırmaq üçün - 10 TƏBİİ VASİTƏ

Bitki çayları:. Bədəndə maye axını sürətləndirən bitki çayları içdiyiniz zaman qan dövranı sürətlənir, ehtiras və həyəcan artır. Enerji səviyyəsini də artıran bitki çayları cinsi həyatı canlandırır. Jenşen:. Ginseng min illərdi

.

Cinsi asıllıq: satiriasis və nimfomaniya nə deməkdi? - Maraqlı araşdırma

Cinsi ə . laqəyə girmək istəyinə qarşı dura bilməmək və bunu müxtəlif insanlarla təsadüfi şəkildə həyata keçirmək kimi təyin olunan bir problemdir. bu barədə araşdırıb. "Səhər, günorta və axşam başqa bir qadın/kişi il

.

Menstruasiya barədə düzgün məlumat - Qadınlar diqqət etsin

Ovulyasiyadan sonra deşilən (partlayan) follikulun yerində yumurtalıqda xüsusi struktur olan "sarı cisim" əmələ gəlir. Sarı cisim ikinci qadın cinsi hormonu olan progesteron hazırlayır. Progesteronun təsiri altınd

.

Qızlıq pərdəsi haqqında hər şey - 12 MƏLUMAT

1. Qızlıq pərdəsi nədir?. Qızlıq pərdəsi uşaqlıq yolunun girişinə yaxın yerdə, adətən 2-4 sm dərinliyində yerləşən nazik arakəsmədir. Qızlıq pərdəsinin aybaşılar zamanı menstrual ifrazatların orqanizmi tərk edə bilməsi üçü

.

3 təbii çarə ilə cinsi istəksizliyə - SON

Bu vasitələr potensiyanızda olan problemləri aradan qaldırmaqla yanaşı həm də orqanizminizə ümumi şəkildə müsbət təsir göstərəcək. Bal və qoz.  . Mütəxəssislər tərəfindən bu qarışığın "Viaqra"dan da güçlü olmas

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

turlar.az

geyim dəbləri geyim seçimi makiyaj etmek qaydalari göyəm mürəbbəsinin resepti çimərlik dəbi 2026 qadın ayaqqabı modelləri elm aid atalar sozleri kosmetika oğlan evine aid hakisda englishdilində qulaq vətən haqqında bayatılar dovsan nagillar