Mədəaltı vəzin 5 dəhşətli xəstəliyi - Azərbaycanda da geniş yayılıb

Mədəaltı vəzin 5 dəhşətli xəstəliyi - Azərbaycanda da geniş yayılıbEtiraf edək ki, bəzilərimiz böyük, əsas orqanlarımızı-qaraciyər, ürək, mədəni dərindən araşdırır, qeydinə qalır, amma vəzilər kimi kiçik orqanların heç adını bilmirik.
Mədəaltı vəzi orqanizmdə ən vacib rol oynayan orqandır. Onun sayəsində qida parçalanır, libid, zülal, karbohidrat mübadiləsi tənzimlənir. Vəzi o qədər incə, həssasdır ki, ətraf mühitin mənfi təsirinə tez təslim olur, zəifləyir, xəstələnir.
Bu xəstəliklərdən eləsi var ki, vəzini hissə-hissə və ya tam sıradan çıxarır, bununla da insanda silsilə problemlər başlayır.
Milli.Az mədəaltı vəzin təhlükəli 5 növünü təqdim edir.
Mədəaltı vəzi mədənin arxasında yerləşib, endokrin və ekzokrin hissədən ibarətdir. Ekzokrin hissə çıxış axacaqlarından ibarətdir ki, onlar 12barmaq bağırsağa açılır. Burdan fermentlərlə zəngin pankreatik şirə axır, hansı ki, həzm prosesini tənzimləyir. Endokrin hissədə isə insulin hüceyrələri və digər peptidlər sintez olunur. Məhz bu maddələr orqanizmin bütün orqan və toxumalarına təsir edir.
1.Kəskin və xroniki pankreatit
Mədəatı vəzin xəstəlikləri içində birinci yeri tutur. Orqanın iltihabı ilə başlayır, fermentlər aktivləşərək orqanın üst qatına çıxıb, onu dağıdır. Xəstəliyin yaranma səbəbləri çoxdur, yaş həddi tanımır: alkoqol, siqaret, travma, infeksiyalar, öd yollarının pozulması, həzm problemləri, iltihab, qidalanma.
Bu xəstəlik zamanı epiqastral nahiyədə küt ağrı, sancı, ürəkbulanma, qusma, öd qusma, nəcisin dəyişməsi baş verir.
Müalicəsi ferment preparatları, dieta, zərərli vərdişlərdən uzaq durmaq, ağrıkəsici, iltihab əleyhinə dərmanlarla aparılır. Ağır hallarda əməliyyat aparılır.
2.Mədəaltı vəzin xərçəngi
Bədxasəlli törəmə orqanın toxuma və ya axarlarında əmələ gəlir. Çox ağır onkoloji xəstəlik olub, ölümlə nəticələnir.
Xəstəliyə səbəb həddən artıq içki qəbulu, siqaret, narkotika, dərmanların çox qəbulu, yağlı, qızardılmış, quru yeməklər, qaraciyərin sirrozu. Xəstəliyi erkən mərhələdə aşkar etmək mümkün deyil, çünki kəskin əlaməti olmur.
Xəstə zamanla arıqlayır, iştahı pozulur, zəifləyir, dəri və selikli qişada saralma olur. Təəssüf ki, müalicə və əməliyyat yalnız 20% xəstədə 5 illik ömür proqnozu verir.
3.Mukovisçidoz
Genetik, irsi xarakter daşıyıb, vəzin xarici sekresiyanın pozulmasıdır. Uşaq və yeniyetmə yaşlarında aşkar olunur. Vəzi normadan az ferment hasil edir, fermentlərin həzmə gücü yetmir, nəticədə öd mədəyə axır, qidaya qarışır, xəstə tez-tez qaytarır, bağırsaq keçməməzliyi yaranır. Xəstəliyin bir əlaməti də, bronxların zədələnməsi nəticəsində qatı bəlğəmli öskürəyin olmasıdır. Həzm traktı pozulduğundandan dalaq və qaraciyər böyüyür, qarında ağrılar olur.
Bu xəstələr ömür boyu dərman qəbul etməli, xüsusi dieta saxlamalı, müalicəvi fiziprosedurlar, bronxoskopiya keçməlidir.
4.Şəkərli diabet
Endokrin sistemin ən ağır xəstəliklərindən olan diabet məhz mədəaltı vəzidən qaynaqlanır. Xəstəlik maddələr mübadiləsini bütünlüklə pozur. Vəzidə insulin hasilatı pozulur, qanda qlükozanın səviyyəsi artır. Tipik əlamətləri xəstənin ya arıqlaması, ya kökəlməsi, dəridə, ağızda, gözdə qurulur, daim susuzluq, çox sidiyə getmə, göbələk və bakterial xəstəliklərə çox yoluxma.
Müalicəsi insulin, metformin, xüsusi dieta və yanaşı xəstəliklər üçün dərmanlardan ibarətdir.
Xəstəlik genetik də keçir.
5.Mədəaltı vəzin kistləri
Kistər otqanın daxili səthində əmələ gəlir. Həqiqi kistlər anadangəlmə olur, yalançı kistlər sonradan qazanılmış. Kistoz törəmələr zamanı vəzi ölçüdə böyüyür, mədədə, qarında ağırlıq hissi yaranır, sanki nəsə dartınır, küt ağrı olur.
Kistlərin müalicəsi onların ölçüsünün böyüməsinə qarşı aparılır. Əgər müalicə fayda verməsə, əməliyyat olunur. Kistlər götürüldükdən sonra yenidən yaranma riski var. Xəstə xüsusi pəhriz saxlayır, antibakterial terapiya alır.
Mədəaltı vəzlə bağlı ən qorxulu xəstəlik Pankreonekrozdur.
Xəstəni qısa müddətdə öldürən, vəzin nekrozlaşaraq tamam məhv olmasıdır. Orqanın hüceyrələri tamam sıradan çıxır. Xəstədə sepsis yaranır, ağciyərlər, ürək patologiyaya qoşulur. /medicina.az
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1311   Tarix: 13 dekabr 2021
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Qırmızı və yaşıl almaların faydaları – Hansını yemək daha yaxşıdır?

Alma gündəlik qidalanmada geniş istifadə olunan, vitamin və digər faydalı maddələrlə zəngin meyvələrdən biridir. xəbər verir ki, qırmızı və yaşıl almaların hər ikisi sağlam qidalanmanın bir hissəsi ola bilər, lakin tərkibind

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz

Stress gündəlik həyatda qarşılaşdığımız problemlərə və dəyişən şərtlərə orqanizmin verdiyi təbii reaksiyadır. xəbər verir ki, mütəxəssislərin fikrincə, stressi tamamilə aradan qaldırmaq mümkün olmasa da, müəyyən vərdişlə

.

Bədəndəki bu 10 əlamət ürək-damar xəstəliklərindən xəbər verə bilər

Bədəndə çox vaxt diqqətdən kənarda qalan bəzi əlamətlər yüksək xolesterin, damarların sərtləşməsi və hətta ürək çatışmazlığına işarə edə bilər. -ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, bədəndə ortaya çıxan bəz

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin

Bəzi qida və içkilər dərmanların təsirini azalda və ya təhlükəli yan təsirlərə səbəb ola bilər. xəbər verir ki, bu barədə onkoloq Vladimir İvaşkov xəbərdarlıq edib. Onun sözlərinə görə, süd bəzi antibiotiklərin, xüsusil

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

turlar.az

qadın geyimi geyim dəbləri hamilelikde qidalanma cennet almasinin murebbesi kəklikotunun faydası genc aile seksin növləri kosmetika ana haqqinda bayati hüzeyir hacibəyov kurtlar vadisi oxu az xanim.az