Arıqlama iynələri möcüzədirmi?

Arıqlama iynələri möcüzədirmi?Arıqlama iynələri son dövrün ən çox danışılan sağlamlıq trendlərindən biridir. Bəs bu dərmanlar həqiqətən möcüzədirmi və qalıcı çəki itkisi üçün təkbaşına kifayətdirmi? Yoxsa düzgün planlaşdırma və nəzarət olmadan istifadə edildikdə ciddi risklər daşıyan bir müalicə üsuludur? GLP-1 reseptor aqonistlərinin çəki itkisindən əzələ itkisi riskinə, iştah nəzarətindən uzunmüddətli təsirlərinə qədər bütün tərəflərini elmi məlumatlar işığında nəzərdən keçirdik.
Milli.Az xəbər verir ki, arıqlama bir çox fərdin həyatının müəyyən dövründə təcrübə etdiyi və adətən çətinlik çəkdiyi bir prosesdir. Bu səbəbdən günümüzdə pəhriz və fiziki aktivliyə əlavə olaraq, farmakoloji müalicələr ilə bu proses dəstəklənir. Xüsusilə son illərdə arıqlama iynələri qlisemik nəzarəti yaxşılaşdırmaları və əhəmiyyətli çəki itkisi təmin etmələri səbəbindən piylənmə müalicəsində inqilab yaratmışdır. Lakin bu dərmanların populyarlığı kliniki mühitləri aşaraq mediada və xalq arasında bir "məsləhət" şəklində təqdim olunmağa başlanıb. Bu sürətli populyarlıq artımı potensial riskləri də bərabərində gətirmişdir.
GLP-1 reseptor aqonistləri nədir?
GLP-1 (Qlukaqona bənzər peptid-1) yeməkdən sonra nazik bağırsaqdan ifraz olunan, qan şəkəri nəzarəti və iştah tənzimlənməsində rol oynayan, bədənimizin təbii olaraq istehsal etdiyi bir hormondur. O, mədə boşalmasını ləngidərək toxluq müddətini uzadır və mərkəzi sinir sistemində iştahı boğucu təsir göstərir. GLP-1 reseptor aqonistləri isə bu hormonun təsirlərini təqlid edən dərmanlara verilən addır.
GLP-1-lərin əks təsirləri
Hər bir dərman kimi, bu vasitələr də yan təsirlərə səbəb ola bilər. Ən çox rast gəlinən hallar mədə-bağırsaq problemləridir:
Ürəkbulanma və qusma
İshal və ya qəbizlik
Qarın ağrısı
Ciddi əks təsirlər və risklər
Müalicə dayandırıldıqda keçən yüngül təsirlərdən başqa, aşağıdakı ciddi risklər də mövcuddur:
Pankreatit: Pankreas iltihabı ilə bu dərmanlar arasında mümkün əlaqə olduğu ehtimal edilir.
Öd kisəsi problemləri: Sürətli çəki itkisi və öd kisəsinin boşalmasının azalması səbəbindən daş yaranma riski arta bilər.
Əzələ itkisi: Araşdırmalar göstərir ki, itirilən çəkinin təxminən %30-u əzələ kütləsindən olur. Bu, qocalma prosesini sürətləndirə bilər.
Tiroid şişləri: Heyvanlar üzərində aparılan sınaqlar tiroid şişləri ilə bağlı narahatlıqlar yaratsa da, insanlarda bu risk hələ dəqiq təsdiqlənməyib.
Bu iynələr kimlər üçün uyğundur?
Amerika Diabet Assosiasiyasının (ADA) 2025-ci il standartlarına görə, pəhriz və idmanla yetərli nəticə ala bilməyən, artıq çəkili və ya piylənmədən əziyyət çəkən Tip-2 diabetli şəxslərdə bu dərmanların istifadəsi düşünülə bilər. Lakin proses mütləq daxili xəstəliklər və ya endokrinologiya həkimi tərəfindən idarə olunmalı və hər 3 aydan bir nəzarətdən keçilməlidir.
Qalıcı çəki itkisi mümkündürmü?
Tədqiqatlar göstərir ki, sadəcə bu dərmanlarla əldə edilən çəki itkisi uzunmüddətli deyil. Həyat tərzində qalıcı dəyişikliklər edilməzsə, dərman dayandırıldıqdan sonra itirilən çəkinin 2/3-ü adətən 1 il ərzində geri alınır. Üstəlik, əzələ itkisi səbəbindən qazanılan yeni çəki yağdan ibarət olduğu üçün bədən quruluşu daha da pisləşir.
Dərmanlara ehtiyac duymadan bu hormonun səviyyəsini artırmaq üçün bəzi qızıl qaydalar:
Tam taxıllar və quru paxlalıların istehlakını artırın.
Zeytun yağı, avokado və həftədə ən az 2 gün yağlı balıq (sardinya, qızılbalıq) yeyin.
Yaşıl çay, kakao və acı şokolad GLP-1 ifrazını dəstəkləyir.
Zərdəçal, zəncəfil və darçından istifadə edin.
Keyfiyyətli yuxu və aşağı stress səviyyəsi bu hormonun funksiyalarını müsbət təsir edir.
Lalə Qüdrətova
Milli.Az

Xəbərlər     Baxılıb: 879   Tarix: 13 may 2026
f Paylaş

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

turlar.az

qis geyimləri 2026 qaşların formalari qadın geyimi azerbaycan xalq mahnilari adlari qadın və texnologiya cavanlasdirici maskalar uşaqları tərbiyə kosmetika haqisda cinsi elaqe ariqla zehmet ve zinet klitor