Mədədə köp və qaz əlamətləri

Mədədə köp və qaz əlamətləriMədədə köp və qazın olması sağlamlıq baxımından həyat üçün riskli sayılmasa da, əmələ gəldiyi zaman qarında ağrılara səbəb ola bilir. Xüsusən də qazı çıxarmaq lazım gəldikdə və insanlarda narahatlıq və utanma hissi meydana çıxır.
Mədədə köp və qazın olması bağırsaqlarda xəstəliklərin olmadığı zamanlarda da meydana gələ bilıir. Bu qəbul edilən qidalarla da əlaqəli ola bilir. İnsanın gün ərzində 10 dəfə qaz çıxarması normal hesab edilir.
Mədədə əmələ gələn qazları sadə yollarla da çıxarmaq mümkündür. Mədədə köp və qazın olmasının əlamətləri aşağıdakılardır:
* kəskin qarın ağrısı
* spazmlar
* qarında bir şeyin dolaşması hissi
* qarında köp əlamətləri
* qarında sancılar.
Bəzən kor bağırsaq sancıları, ürək və öd kisəsi xəstəlikləri də mədə köpünə bənzər əlamətlərlə meydana gələ bilir. Müalicə tədbirləri götürməzdən əvvəl mütləq sancıların nə səbəbli meydana çıxdığı həkim tərəfindən araşdırılmalıdır. Mədə və bağırsaqlarda qaz və köpün olması patologiya sayılmasa da bəzi hallarda bu əlamətlərlə birlikdə aşağıdakı əlamətlər də meydana çıxarsa, mütləq həkimə müraciət etmək lazımdır:
* uzun zaman baş verən qarın ağrıları
* nəcsin rəngində baş verən dəyişikliklər
* həddindən artıq arıqlama
* şiddətli sinə ağrıları
* qalıcı və tez-tez baş verən ürəkbulanmalar.
Qazın əmələ gəlməsinə karbohidratlı və lifli qidalar səbəb olabilir. Aşağıdakı səbəblər də bağırsaqlarda qaz sancılarının əmələ gəlməsinə səbəb olur:
* meyvələr
* tərəvəzlər
* kəpəkli taxıl məhsulları
* lobya və paxlakimilər
* qazlı içkilər
* sürətli yemək
* həzm sistemində pozumalar
* xronik bağırsaq xəstəlikləri
* sintetik qidalar
* rejimsiz qidalanma.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1078   Tarix: 16 fevral 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

turlar.az

makiyaj etmek qaydalari toy makiyajlari qadin sayti qirmizi uzun donlar tük çıxartma pustenin faydalari qripdən qorunmaq kosmetika novruza aid hakisda dieta badambura naz mila burclerin uyumu