Mədəsi qıcqıranların DİQQƏTİNƏ: həyatınız təhlükədə ola bilər

Mədəsi qıcqıranların DİQQƏTİNƏ: həyatınız təhlükədə ola bilərQıcqırma və gəyirmə ən çox rast gəlinən şikayətlərdən biridir. Mədə möhtəviyyatının geriyə atılması, yəni mədə möhtəviyyatı ilə gəyirmə bəzən çox əziyyətli olur və uzun müddət davam etdikdə ciddi ağırlaşmalarla nəticələnir. Xəstə üçün narahatlıq yaradan ağırlaşmış mədə reflüksü Qastroezofagial reflüks xəstəliyi (QERX) kimi qiymətləndirilir. Son araşdırmalara görə, QERX-li xəstələrin sağlamlıqla əlaqədar həyat keyfiyyəti şəkərli diabet, arterial hipertenziya, orta dərəcəli ürək çatışmazlığı və artrit kimi xəstəliklərindən daha aşağıdır.

QERX diskamfort yaradan qıcqırma və regurgitasiya ilə başlayan, gələcəkdə ezofagitlə və peptik strikturalarla, ağır hallarda isə yüksək maliqlinizasiya riskinə malik olan Barret qida borusu ilə və hətta həyat təhlükəli ağırlaşması olan qida borusunun xərçəngi (Adenokarsinoması) ilə nəticələnə bilən geniş klinik təzahürlər spektri ilə səciyyələnir.

Reflüks kliniki baxımdan ciddi bir simptomdur, belə ki, onun xəstələrdə uzun müddətli müşahidə olunması qida borusu adenokarsinomasının yaranma riskini 7 dəfə artırır.
Qıcqırma və ya regurqitasiya ilə təzahür edən Qastroezofagial reflüks xəstəliyinin başqa əlamətlərinə disfagiya (udma aktının pozulması), udqunmada ağrı (odinofagiya), hıçqırma, həmçinin ürəkbulanma, qusma da daxildir. Bəzi xəstələrdə yuxu pozulması da ola bilər.

Qıcqırmaya (QERX-in yaranmasına) səbəb olan amillər:

- Alkoqol və kofein qəbulu
- Siqaret çəkmə
- Aşağı ezofaqal sfinkterdə normal təzyiqin azalması (bu, həm qıcıqlandırıcı qida qəbulu, həm antixolinergik, həm də spazmolitik təsirli nitratlar və ya kalsium antaqonistləri kimi müxtəlif dərmanlar qəbulu nəticəsində baş verir)
- Hamiləlik dövrü
- Peristaltika zəifliyi
- Sklerodermiya
- Mədə boşalmasının gecikməsi
- Uzanmış və ya əyilmiş vəziyyətdə uzun müddət qalmaq
- Diafraqmal yırtıq

Bəzən QERX-də müşahidə olunan qida borusundan kənar ağrılar stenokardiya tutmalarını xatırladır. Astmalı xəstələrin 44%-də, xroniki öskürəkli xəstələrin 50%-də, döş qəfəsinin qeyri-kardial ağrıları olan xəstələrin 54%-də diqqətli müayinədə QERX aşkar olunur. Xəstələrin 25%-də davamlı boğaz ağrısı qeyd olunur. Udqunma zamanı boğazda yad cism duyğusu isə 50% hallarda məhz QERX ilə əlaqələndirilir. 55–79% xəstələrdə isə LOR həkimlərin müalicəsinə gələn davamlı batıq və xırıltılı səs xəstələrdə mədə turşuluğunun həddən artıq yüksək göstəricisi aşkar olunur.

Astma və xroniki öskürək mədə möhtəviyyatının çox xırda hissəciklərinin və damcılarının tənəffüs yollarına aspirasiyası və bronxların qıcıqlanması nəticəsində azan siniri refleksinin təzahürü ilə izah olunur. Beləliklə, əsası olmayan davamlı öskürəyin əsas səbəblərindən biri QERX hesab olunur.

QERX-in ən təhlükəli ağırlaşmaları barret tipli qida borusu və ezofagial adenokorsinomadir (qida borusu xərçəngi).

QERX-in gedişinin daha bir qeyri-adi ağırlaşması diş minasının eroziyasidir. Belə ki, davamlı qıcqırma, turş möhtəviyyatın gəyirilməsi, ağızda davamlı turş dadın mövcudluğu diş minasının eroziyasına səbəb olur. Zədələnmiş dişlər hərarət və mühit dəyişikliklərinə çox həssas olurlar.

Qastroezofagial reflüks xəstəliyinin vaxtında effektiv müalicəsi nəticəsində simptomların sağalmasına, ağırlaşmaların olmamasına, sağlamlıqla əlaqəli həyat keyfiyyətinin yüksəlməsinə və əlavə xərclərin aradan qaldırılmasına nail olmaq mümkündür.
Aile.lent.az

Xəbərlər     Baxılıb: 1775   Tarix: 15 yanvar 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ürək üçün ən faydalı çörək növü AÇIQLANDI

Çörək seçimi yalnız dad məsələsi deyil. Gündəlik qida rasionumuzun ayrılmaz hissəsi olan çörək düzgün seçildikdə sağlamlıq üçün də faydalı ola bilər. Bəs, hansı daha sağlamdır, tam buğda, yoxsa çovdar? . xəbər verir ki, dietoloqla

.

Həddindən artıq yuxu niyə təhlükəlidir?

Yuxu rejimi ilə bağlı yeni araşdırma diqqət çəkən nəticələr önə çıxarıb. xəbər verir ki, "PLOS One" jurnalında dərc olunan tədqiqatda qeyd edilir ki, həm yuxusuzluq, həm də normadan artıq yatmaq sağlamlıq üçün ris

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Rusiya "gizli dərman" üzərində işləyir - 150 il yaşamaq mümkün olacaq?

Rusiya qocalma prosesini yavaşlatmağı hədəfləyən gen terapiyası əsaslı yeni dərman üzərində çalışdığını açıqlayıb. xəbər verir ki, layihə çərçivəsində hazırlanmış müalicənin hüceyrə səviyyəsində yaşlanmanı ləngitdiyi bildirilir

.

5 ədəd badam yeyib idman et, gör NƏ OLUR

Gündə 5 qoz-fındıq yemək məşqin yağ yandırma təsirini artırır. Qoz-fındıq həmçinin intensiv məşqdən sonra gərginliyi və ağrını azalda bilər.  xəbər verir ki, bunu diyetoloq Vasilisa Ponomaryova yeni elmi araşdırmadan danışarkə

.

Dişlərimizi gündə fırçalamaq xeyirdirmi? - Vacib tövsiyələr

Dişlərin gündəlik fırçalanması sağlam həyat tərzinin ayrılmaz hissəsidir. Mütəxəssislər bildirirlər ki, dişləri hər gün düzgün qaydada təmizləmək diş çürüməsi və diş əti xəstəlikləri riskini ciddi şəkildə azaldır. xəbər veri

.

Siqaretdən 10 qat daha zərərli: Hər evdə var

Kork və Qalvey universitetlərinin tədqiqatçıları müəyyən ediblər ki, gündəlik həyatda tez-tez istifadə edilən ətirli şamlar havadakı incə toz səviyyəsini Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi həddən 15 dəfə daha ço

.

Süni intellekt sınaqdan keçmədi - Sağlamlıq üçün TƏHLÜKƏ

Populyar süni intellekt modellərinin tibbi mövzularda verdiyi cavabların 70 faizdən çoxu ya problemlidir, ya da elmi əsaslardan uzaq mənbələrə istinad edir. xəbər verir ki, "BMJ Open" jurnalında yayımlanan yen

.

Hansı faktorlar xərçəng riskini daha çox artırır?

Bir çox insan düşünür ki, onkoloji xəstəliklər əsasən texniki inkişafın mənfi nəticəsidir. Cəmiyyətdə belə bir təsəvvür formalaşıb ki, guya keçmiş dövrlər daha təmiz olub, plastik və zərərli qazlar mövcud olmayıb və insanla

turlar.az

geyim şəkilləri toy gecesi geymler 2026 cennet almasi murebbesi pnevmoniya xesteliyi kətə reseptləri qara qarağat kosmetika xanım az haxisda zencefil nizami gəncəvi sevda