Mədət Quliyev haqqında çoxlarının bilmədikləri - sambo, "qara kəmər", musiqi...

Mədət Quliyev haqqında çoxlarının bilmədikləri - sambo, "qara kəmər", musiqi...Aprelin 30-da Bakıda keçirilən yürüş-marafonda bəzi ölkə rəsmiləri də iştirak edib. Onların arasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də var idi. 59 yaşlı qurum rəisinin marafonda iştirakı xüsusilə böyük maraq doğurdu.

Ümumiyyətlə, son vaxtlar Mədət Quliyevin bir neçə maraqlı performansları diqqət çəkməkdədir. Belə ki, bir neçə gün bundan əvvəl DTX rəisinin məclislərin birində kompleksdən uzaq, gitarada məharətli ifası, rus dilində mahnı oxuması böyük marağa səbəb olmuşdu. Bu ifası onu göstərdi ki, Mədət Quliyev təkcə idmanla deyil, həm də incəsənətlə də məşğul olur və bu sahədə böyük bacarığa malikdir. Sosial şəbəkələrdə onun rok üslubundakı ifasını dəyərləndirən peşəkar musiqiçilər də qeyd etdilər ki, Mədət Quliyevin ifası bir çox musiqiçiləri geridə qoyur.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyevin bir çox bacarıqları var ki, artıq çoxlarına məlumdur. Onlardan bir neçəsini təqdim edirik.

Öncə qeyd edək ki, Mədət Quliyev 1958-ci ildə Gəncə şəhərində anadan olub. 13 yaşından başlayaraq müntəzəm olaraq idmanla məşğul olub. 18-22 yaşlarında Azərbaycan yığma komandasının tərkibində müxtəlif turnirlərdə iştirak edib. O, dəfələrlə yeniyetmələr arasında sambo üzrə müxtəlif turnirlərin iştirakçısı olub, SSRİ yarışlarında çempion olub. 160-dan artıq fəxri fərmanla və mükafatlarla təltif olunub. 21 yaşında isə idmanın cüdo növü üzrə SSRİ idman ustası normasını yerinə yetirib. Karate üzrə isə "qara kəmər" alıb.

DTX rəisi bütün bunlarla yanaşı, həm də peşəkar velosiped sürməyi bacarır. Belə ki, iki il öncə o, Bakıda keçirilən velosiped yürüşündə iştirakı ilə gündəmə gəlmişdi. Mətbuatda yayılan fotolardan da aydın görünürdü ki, M. Quliyev velosiped sürməyi peşəkarcasına bacarır. Bu barədə jurnalistlərə açıqlama verən M. Quliyevin sözlərinə görə, Penitensiar Xidmətin rəisi işlədiyi vaxt ədliyyə naziri Fikrət Məmmədovla nazirliyin Velosiped İdman Klubunun yaradılmasına qərar veriblər. Nəticədə Penitensiar Xidmətin nəzdində velosiped komandası formalaşıb. Onun sözlərinə görə, həftədə iki dəfə idmanın bu növü ilə məşğul olur, yürüşə qatılır. Mədət Quliyev harada işləməsindən asılı olmayaraq hər kəsə, xüsusilə hüquq-mühafizə orqanlarının əməkdaşlarına, hərbiçilərə fiziki sağlamlıqlarına diqqət etməsi barədə çağırış da edib.

Bir faktı da xatırladaq ki, DTX rəisi Mədət Quliyev Azərbaycanın Milli Qəhrəmanıdır, 2014-cü ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub. Həm idman, həm də incəsənətlə məşğul olan DTX rəisi çalışdığı kollektivlərdə hər zaman pozitiv insan kimi tanınıb.

Xəbərlər     Baxılıb: 1634   Tarix: 02 may 2017
f Paylaş

Oxşar xəbərlər

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yatanda ayağınızı örtməyin - SƏBƏB

Yuxu zamanı bir çox insan fərqinə varmadan ayaqlarını yorğanın altından çıxarır. xəbər verir ki, mütəxəssislər bildirir ki, bu davranış təsadüfi deyil və orqanizmin təbii mexanizmi ilə bağlıdır. Həkimlərin sözlərinə görə

.

Gen terapiyası ilə çox yaşamaq mümkündür?

Dr. Syuell gen terapiyasını belə izah edir: "Problemin yaranmasına icazə verib sonra onun fəsadları ilə mübarizə aparmaq əvəzinə, problemin ən başdan yaranmasının qarşısını alırıq". Onun fikrincə, gen terapiyas

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Zeytunla pendiri eyni anda yeyənlər təhlükə ilə üz-üzədir

Zeytun və pendir fermentləşdirilmiş qidalar olduqları üçün əslində çox faydalıdırlar. Lakin mütəxəssisləri narahat edən əsas məsələ hər iki qidanın istehsal və saxlanma mərhələsində istifadə olunan yüksək duz miqdarıdır

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Qaraciyərinizə zərər verən üç yatma vərdişi

Qaraciyər sağlamlığı gündəlik vərdişlərdən, xüsusən də yatmazdan əvvəlki davranışlardan birbaşa asılıdır. Gecə saatlarında qəbul edilən alkoqol və yağlı qidalar bu orqan üçün ciddi təhlükə yaradır. .  xəbər verir ki, Hindistandak

.

Artıq vitamin qəbulunun ciddi fəsadları - Xəbərdarlıq

Vitaminlərin və qida əlavələrinin nizamsız və həddindən artıq istifadəsi zəhərlənməyə və qaraciyər çatışmazlığına səbəb ola bilər. xəbər verir ki, türkiyəli professor Dr. Ərtuğrul Kıykım,  ABŞ-da dərmanların yaratdığı qaraciyə

turlar.az

sac duzumleri kosmetika mehsullari hamiləlik 8 mart tebrikleri balqabaq yagi kişi sonsuzluğu zebra keksi kosmetika novruz bayramına aid hakışda olumu atalar sozu nizami gəncəvi hekaye janri