Məhəbbətdən küsəndə (Nüsrət Kəsəmənli)
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz?...
Odlara qalanmaq ötəri hissdir,
Kəlmələr biçimli, sözlər biçimli.
Çoxları diplomsuz mütəxəssisdir,
Eh, ürək aldatmaq bir su içimi...
Sevimmi?! Tərəddüd qet edə bilmir,
Bəzən itiririk inam, ümidi.
Ürək var, duyğular fəth edə bilmir ,
Ürək var, həndəsi fiqur kimidir...
Bir qəlbə girəndə boyalı sözlər,
Görən öz sözünü ürək dedimi?!
Axtarır, axtarır, axtarır gözlər;
İşləyən bir saat kəfkiri kimi...
Təbəssümlər saxta, söz qiymətlidir,
Yalanı yalanla alqışlayırlar.
Çoxları könüldən səxavətlidir,
Hər qıza bir könül bağışlayırlar...
Elə məhəbbətdən yazırıq ancaq,
Elə sətirlərdə alışırıq biz.
Məhəbbət olubdur oyun-oyuncaq,
Hansı məhəbbətdən danışırıq biz...









Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Maksim Qalkinin Bakıda - FOTOLAR
Ebru Gündeş əməliyyatdan sonra ilk dəfə üzə çıxdı - FOTOLAR
Əvvəl "Səfir" idi, indi "Abi
Elşad Xosedən yeni paylaşım - FOTO