Məhkəmənin hamilə qadını döyüb öldürən şəxsə hökmü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Altay Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Qadınsaytı.az xəbər verirki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A. Həsənov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, avqustun 14-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan, əvvəllər məhkum olunmuş Altay Həsənov evində ailə-məişət münaqişəsi zəminində qeyri-rəsmi nikahda olduğu Yasəmən Novruzovanı küt alətlə döyərək qətlə yetirib. O qadını qətlə yetirdikdən sonra, başını qırxıb və cəsədini həyətində basdırıb. Y. Novruzovanın 4 aylıq hamilə olması müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində A.Həsənov tutulub.//
APA









Hakışta
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Qaravəllilər
Arzuolunmaz hamiləlik
"Həmin gün sonuncu dəfə ictimai nəqliyyata mindim
"Vanlı Kara Haydar"ın işindən xəbər var
Zabitə Alıyevanın toyudur - Fotolar