Mehman nə vaxt azadlığa çıxacaq?

Mehman nə vaxt azadlığa çıxacaq?Xəbər verdiyimiz kimi, Baş Prokurorluğun mətbuat xidməti bloger Mehman Hüseynovun barəsində yeni başlanan cinayət işinə xitam verilməsi barədə məlumat yayıb.

Bir qrup hüquq müdafiəçisi, eləcə də Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Mehman Hüseynov onun barəsində aparılan istintaqın obyektivliyinin təmin edilməsi üçün dövlət başçısına müraciət edib: "Prezident cənab İlham Əliyev hər zaman olduğu kimi ədalət və humanizm prinsiplərini önə çəkərək həmin müraciətləri nəzərə alıb və cinayət işi üzrə araşdırmanın obyektiv aparılması, ədalətli və humanist qərar qəbul olunması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib.

Prezidentin tövsiyələrinə uyğun olaraq baş prokuror tərəfindən istintaq orqanına M.Hüseynovun barəsində hazırda istintaq olunan cinayət işi üzrə müvafiq tapşırıqlar verilib.

İstintaq orqanı tərəfindən M.Hüseynovun gənc olduğu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyi, islah olunma yoluna qədəm qoyduğu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığı nəzərə alınaraq, M.Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verilib.

M.Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

"Baş Prokurorluq şəxsi mənafe və siyasi məqsədləri naminə M.Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda M.Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan kütləvi informasiya vasitələrinin redaksiyalarına xəbərdarlıq edərək bildirir ki, ölkəmizdə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq".

Qeyd edək ki, M.Hüseynov 2017-ci il martın 3-dən həbsdədir. O, Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Qərar Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin xüsusi ittiham qaydasında etdiyi şikayət əsasında çıxarılıb. Bloger Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə ittiham olunub.

Ötən il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bildirib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı cinayət işi başlanmışdı.

Bundan sonra M.Hüseynov aclıq aksiyasına başlamışdı. Sosial şəbəkələrdə onun müdafiəsi ilə bağlı kampaniya başladılmışdı. Habelə, yanvarın 19-da müxalif qurumlar Bakıda Mehman Hüseynovla bağlı mitinq keçirmişdilər. Beynəlxalq təşkilatlar da eyni tələblə Azərbaycan hakimiyyətinə çağırışlar edib.

Bu dönəmdə isə müxtəlif qruplar M.Hüseynov məsələsindən öz şəxsi və siyasi məqsədləri üçün də istifadə etməyə başlamışdılar. Məsələ ondadır ki, Mehman Hüseynov özü aclıq aksiyasını iki gündən sonra dayandırıb. Bundan sonra hüquq müdafiəçiləri də onunla görüşmüşdülər. Ardınca M.Hüseynov açıqlama yayaraq, heç kimə görə məsuliyyət daşımadığını bildirmişdi. Yanvarın 19-da isə o, prezidentə müraciətində bunu bir daha təkrar edərək, azadlığa buraxılması üçün dövlət başçısından kömək istəmişdi. Eyni zamanda hüquq-müdafiəçiləri də blogerin bağışlanması üçün prezidentə müraciət ünvanlamışdılar.

Prezident isə bu müraciətlərə dərhal reaksiya verib və məsələ məlum sonluqla yekunlaşıb.

M.Hüseynovun barəsində başlanan yeni cinayət işi ləğv edilsə də, onun məhkum olunduğu hökm üzrə həbs müddəti martın əvvəlində bitir. Mehmanın ondan əvvəl buraxılması mümkündürmü?

Blogerin vəkili Fuad Ağayev deyib ki, onlar blogerin vaxtından tez azadlığa çıxması üçün məhkəməyə müraciət ediblər: "Cəzasının bitməsinə 1 aydan çox qalıb. Martın 2-də onun 2 illik həbs müddətinin vaxtı bitir. Ali Məhkəmə onun vaxtından əvvəl şərti azad olunması ilə bağlı şikayətimizə baxmalıdır".

F.Ağayev bildirib ki, məhkəmə iclasının nə vaxt təyin olunacağını bilmirlər: "İndiyə kimi bizə bu haqda məlumat verilməyib. Əgər martın 2-nə qədər Ali Məhkəmə kasasiya şikayətimizə baxsa, Mehman həmin vaxta kimi azadlıqda ola bilər".

Deputat Azay Quliyev Mehman Hüseynovla bağlı son proseslərə dair twitter hesabında açıqlama verib. O qeyd edib: "Mehman Hüseynova qarşı aparılan istintaqın Prezident tərəfindən nəzarətə götürülməsi Azərbaycan əlehinə yaxından və uzaqdan idarə olunan bəzi oyunların və ssenarilərin qarşısını almış oldu. Yəqin ki, Mehmanın azadlığa çıxması daxildə və xaricdəki siyasi işbazları məyus edəcək".

Proseslərin bu pozitiv mərhələsində Mehmanın qardaşı Emin Hüseynov qəribə mövqe sərgiləyib. O deyib ki, Mehman məsələsi "çox böyüyüb və hökumət Mehmanla bağlı qərar vermək istəyir". O, bu məsələnin Davos Forumu qabağı atılmış addım olduğunu iddia edib.

Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinin rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Abdalov həbsdə olan blogger Mehman Hüseynovla barışıb. /// Yeni Müsavat

Xəbərlər     Baxılıb: 1279   Tarix: 23 yanvar 2019
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

turlar.az

kosmetika mehsullari kosmetik vasiteler yaz geyimleri 2026 sufle hazirlanmasi tutmalar gəlinliklər qadın geyimi kosmetika toy gecesı bayraq penis novruz bayramina aid hakista bürcler