Mehriban Əliyeva qızı ilə Parisdə - FOTOLAR

Parisdə, Royal Pavilyonda Azərbaycanın paytaxtı Bakının Beynəlxalq Sərgilər Bürosunun 2025-ci ildə keçiriləcək Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə qəbul təşkil edilib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə iştirak edib.

Azərbaycanı "Qafqazın mirvarisi" adlandıran tədbirin aparıcısı ölkəmizin qədim tarixə, zəngin mədəniyyətə malik olduğunu deyib. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu tədbirdə iştirak etməsindən şərəf hissi duyduğunu bildirib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tədbirdə çıxış edib.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş olunub.

Qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə malik Azərbaycan bu gün sürətlə inkişaf edən ölkə kimi bütün dünyanın diqqət mərkəzindədir. Azərbaycanın paytaxtı Bakının "Expo 2025" Ümumdünya Sərgisinə namizəd şəhər olması da təsadüfi deyil.

Bu gün Azərbaycan dünyada həm də müxtəlif sahələrə aid mötəbər beynəlxalq tədbirlərin, idman yarışlarının yüksək səviyyədə keçirildiyi ölkə kimi tanınır. Bununla yanaşı, ölkəmizin indiyədək iştirak etdiyi bütün beynəlxalq sərgilərdəki pavilyonları və stendləri həm təşkilatçılar, həm də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib. Bu tədbirlərdə Azərbaycan layiqincə təmsil olunub, ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri geniş təbliğ edilib, Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılıb.

Bakının "Expo 2025" Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə keçirilən qəbulda Azərbaycan və dünya bəstəkarlarının əsərləri, həmçinin xalq mahnıları səsləndirilib.

Qeyd edək ki, Azərbaycan milli pavilyonla ilk dəfə "Milan Expo 2015" Ümumdünya Sərgisində iştirak edib. Ölkəmizin "Milan Expo 2015"dəki pavilyonunu sərgi günlərində 3 milyondan çox insan ziyarət edib. Türkiyədə təşkil olunan "Antalya Expo 2016" Beynəlxalq Botanika Sərgisində də Azərbaycan milli pavilyonu iştirakçılarda böyük maraq doğurub. Astanada keçirilən "Expo 2017" Beynəlxalq Sərgisində isə ölkəmiz "Enerji Yurdu - keçmişdən gələcəyə daşınan enerji" konsepsiyası əsasında hazırlanan pavilyonla təmsil olunub. Azərbaycan "Expo 2025 Bakı" Sərgisini mayın 10-dan noyabrın 10-dək təşkil etmək təklifini irəli sürüb. Sərginin mövzusu isə "İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq" olacaq. Bakı ilə yanaşı, Rusiyanın Yekaterinburq, Yaponiyanın Osaka və Fransanın Paris şəhərlərinin də "Expo 2025" Ümumdünya Sərgisinin keçirilməsi üçün namizədliyi irəli sürülüb.

Bakının "Expo 2025" Ümumdünya Sərgisinə namizəd şəhər olması şərəfinə təşkil edilən qəbulda Azərbaycanın və Fransanın tanınmış ictimai-siyasi xadimləri, diplomatik korpusun nümayəndələri və digər nüfuzlu şəxslər iştirak ediblər.

Tədbir zamanı qurulmuş xüsusi monitorlarda Azərbaycan haqqında nümayiş olunan videoçarxlar, ölkəmiz barədə nəşrlər böyük maraqla qarşılanıb. Sonda tədbir iştirakçılarına Azərbaycanla bağlı suvenirlər, paytaxtımızın "Expo 2025"ə namizədliyinə həsr olunmuş kataloqlar və digər xatirə hədiyyələri təqdim edilib.
Mehriban Əliyeva qızı ilə Parisdə - FOTOLARMehriban Əliyeva qızı ilə Parisdə - FOTOLARMehriban Əliyeva qızı ilə Parisdə - FOTOLARMehriban Əliyeva qızı ilə Parisdə - FOTOLARMehriban Əliyeva qızı ilə Parisdə - FOTOLARMehriban Əliyeva qızı ilə Parisdə - FOTOLARMehriban Əliyeva qızı ilə Parisdə - FOTOLAR

Xəbərlər     Baxılıb: 1832   Tarix: 15 noyabr 2017
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

turlar.az

kosmetika mehsullari donlar 2026 reseptler halva reseptləri hakistalar kampotlarin hazirlanmasi prostat vəzi kosmetika novruz hakistalari novruz hakistasi oğlan evine aid hakisda qoğalın nağlı sekis