Mehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLAR

Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Heydər Əliyev Fondunun təşkil etdiyi şənlik Buta sarayında keçirilib.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində uşaq evləri və internat məktəblərinin yetirmələri, sağlamlıq imkanları məhdud, şəhid, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlar, eləcə də təhsildə fərqlənən məktəblilər, Azərbaycanda fəaliyyət göstərən yerli uşaq təşkilatlarının kollektivləri üçün şənlik təşkil edilir.

Şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim edilib. Hər il olduğu kimi, bu dəfə də balacalar onların ən böyük himayədarı Mehriban Əliyevanın ətrafına toplaşıblar.

Bayram şənliyində Mehriban Əliyeva çıxış edib:

"Hörmətli valideynlər, çox hörmətli müəllimlər, əziz və doğma uşaqlar!

Mən sizin hamınızı salamlayıram. Bu gün sizinlə birlikdə olmaq mənim üçün xoşdur. Biz il ərzində müxtəlif tədbirlərdə, bayramlarda, şənliklərdə bir yerdə olmuşuq. Çox şadam ki, ilin sonunda da sizinlə birlikdə 2015-ci ilə əlvida deyirik.

2015-ci il ölkəmizin tarixində yeni nailiyyətlərlə, yeni qələbələrlə qalacaq. Bununla yanaşı, 2015-ci ildə ölkəmiz, xalqımız ağır anlarla da üzləşmişdir. Mayın 19-da faciəli yanğın zamanı həlak olmuş vətəndaşlarımız, dekabrın 4-də "Günəşli" yatağında dünyasını dəyişmiş neftçilərimiz, cəbhə xəttində Vətən qarşısında öz borcunu yerinə yetirərkən həyatlarını itirmiş əsgərlərimiz, bütün bu hadisələr hər bir azərbaycanlının ürəyində kədərlə və ağrı ilə qarşılanmışdır.

Gəlin dünyasını dəyişmiş vətəndaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin!

Qoy Tanrı Azərbaycanı və Azərbaycan xalqını hər zaman qorusun! Faciələrdən və bəd hadisələrdən qorusun!

Əziz dostlar, başa çatmaqda olan ilə nəzər salanda əlbəttə, bu ilin ən yaddaqalan hadisələrindən biri ölkəmizdə Avropa Olimpiya Hərəkatının tarixində ilk dəfə Azərbaycanda, Bakıda keçirilmiş ilk Avropa Oyunları oldu. Siz bilirsiniz ki, biz bu Oyunları çox qısa zamanda hazırladıq və ən yüksək səviyyədə keçirdik. Azərbaycan xalqı yenə də bütün dünyaya öz birliyini, öz qonaqpərvərliyini nümayiş etdirdi. Mən bu fürsətdən istifadə edərək bütün Azərbaycan xalqına Oyunlar zamanı hər bir idmançıya verdiyi dəstəyə, hər bir qonağa göstərdiyi qonaqpərvərliyə görə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, biz hamımız yığma komandamıza, idmançılarımıza dəstək olmağa çalışırdıq. Bizim idmançılarımız cəsarət, güc göstərdilər və nəticədə yığma komandamız 50 ölkə arasında ikinci yeri tutmağa nail oldu. Bu, əlbəttə ki, böyük qələbədir. Mən əminəm ki, sizin aranızda gələcək Olimpiya, dünya və Avropa çempionları var. Ona görə, mən sizi idmanla məşğul olmağa çağırıram. Mən sizi yaxşı oxumağa, təhsil almağa çağırıram. Mən bu sözləri hər il deyirəm, bu, artıq aydındır ki, Azərbaycanın gələcəyi sizin əlinizdə olacaq. Ona görə, bu gün gözəl təhsil almaq, savadlı olmaq, bilikli olmaq sizin ən vacib, ən böyük vəzifənizdir.

Bilirəm ki, bugünkü uşaqlar daha çox kompyuterə maraq göstərirlər və bu da çox gözəldir. İnternet vasitəsilə siz bütün informasiyanı əldə edirsiniz. Amma bu gün üzümü sizə tutub xahiş edirəm ki, kitab oxuyasınız. Çünki kitablar, yəni bədii ədəbiyyat, həm Azərbaycanın bədii ədəbiyyatı, həm dünya xəzinəsinin bədii ədəbiyyatı həyatınızda sizə çox lazım olacaq və heç bir kompyuter kitabı əvəz edə bilməz. Ona görə, nə qədər mümkündürsə çox kitab oxuyun, tanış olun. Siz özünüz üçün tamamilə yeni bir aləm aşkar edəcəksiniz. Əlbəttə, mən sizə ilk növbədə cansağlığı arzulayıram. Mən istəyirəm ki, siz sağlam, savadlı, təhsilli böyüyəsiniz. Öz valideynlərinizi, müəllimlərinizi, bizim hamımızı, böyükləri yalnız və yalnız şad edəsiniz.

Əziz dostlar, mən bu bayram ərəfəsində bir daha sizin hamınızı qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Biz 2015-ci ilə birgə əlvida deyirik, 2016-cı ili qarşılayırıq. Əminəm ki, 2016-cı il ölkəmiz üçün yeni uğurlar, yeni nailiyyətlər gətirəcək. Bu gün ölkəmiz yeni çağırışlarla üzləşir. Hər zaman olduğu kimi, Azərbaycan xalqının müdrikliyi, birliyi bizə bütün çətinliklərin öhdəsindən gəlməyə imkan yaradacaq. Bir daha sizi təbrik edirəm, bağrıma basıram, öpürəm". (AzərTac)
Mehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLARMehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLARMehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLARMehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLARMehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLARMehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLARMehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLARMehriban Əliyeva və qızı bayram şənliyində - FOTOLAR

Xəbərlər     Baxılıb: 2359   Tarix: 31 dekabr 2015
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

qadin dunyasi kosmetik vasiteler yaz geyimleri 2026 vaginal quruluq cennet almasi murebbesi sengulum nagili alin yazisi xanim qafarova kosmetika dostluq qurd ve quzu vetene aid atalar sozu bayatılar toyuq salati