Məlahət Abbasova: 'Mehriban Ələkbərzadə öz yalnızlığının, uğursuzluğunun intiqamını sənət adamlarından alır' - MÜSAHİBƏ

Məlahət Abbasova: 'Mehriban Ələkbərzadə öz yalnızlığının, uğursuzluğunun intiqamını sənət adamlarından alır' - MÜSAHİBƏTürkiyədə fəaliyyət göstərən Əməkdar incəsənət xadimi, tanınmış aktyor Məlahət Abbasova "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.
- Məlahət xanım, "Kanal 7"də yayımlanan "Esaret" serialında Afife obrazını canlandırırsınız. Çəkilişlər necə gedir?
- Çəkilişlər davam edir, lakin "Esaret" serialı aprelin ilk həftəsində başa çatacaq. Buna görə də gərgin iş rejimində çalışırıq.
- Şuşa ilə bağlı hər hansı ekran əsərində yer almaq istərdiniz?
- Əlbəttə, Şuşa ilə bağlı layihədə iştirak etməyi çox istəyirəm. Türkiyədə Azərbaycandan peşəkar rejissor, aktrisa və ya operator axtarılanda mənə müraciət edirlər və mən də hər zaman dəstək olmağa çalışıram. Dəfələrlə bildirmişəm ki, Qarabağa həsr olunmuş filmlərdə tam təmənnasız iştirak etməyə hazıram.
- Akademik Milli Dram Teatrı ilə əməkdaşlıq etmək kimi planlarınız varmı?
Mən hər zaman Azərbaycan və Türkiyə arasında mədəniyyət körpüsü qurmağa çalışmışam. Xaricdə yaşasaq da, Azərbaycanın təbliğatı ilə məşğul olan sənət adamlarıyıq və gördüyümüz işləri hər kəs bilir. Türkiyədə iki peşəkar azərbaycanlı aktyor var: mən və Cahangir Novruzov. Hər zaman iki ölkənin teatrları arasında əlaqə yaratmağa çalışmışıq.
Lakin təəssüf ki, Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrına bədii rəhbər olduğu müddətdə bu əməkdaşlıq mümkün deyil. İstanbul Şəhər Teatrlarının bədii rəhbərinin müavini kimi Mehriban Ələkbərzadəni teatrda ziyarət etdim və işbirliyi üçün müraciət etdim. O isə açıq şəkildə bildirdi ki, nə qədər ki, burada çalışır, mənim teatrda fəaliyyət göstərməyimə imkan verməyəcək.
"Nə qədər mükafat alsan da, səni rejissor kimi qəbul etmirəm. Yuxarıdan tapşırıqla gəlsən belə, məşqində iştirak edib ən kiçik problemi tapıb, tamaşanı dayandıracağam", - dedi. Bu sözlər teatr rəhbərinə yaraşmayan, etikadan kənar bir yanaşma idi.
Mən isə Mehriban Ələkbərzadədən peşəkarlıq gözləyirdim. Çünki dünyada tanınan bir teatrın təmsilçisi kimi qarşısına getmişdim. Lakin illər keçsə də, Mehribanın daha da qısqanc və intriqalarla dolu bir insan olduğunu gördüm. Bu davranış teatr rəhbərinə yaraşmaz. Mən gülərək otağına girdim, gülərək də çıxdım. Çünki onun bu cılız davranışına əhəmiyyət vermədim.
- Sizcə, Mehriban Ələkbərzadənin bu münasibətinin səbəbi nədir?
- Bu, onun xarakteri ilə bağlıdır. Universiteti birlikdə bitirmişik, onu yaxşı tanıyıram. Mehriban Ələkbərzadə qısqancdır, yeniliklərdən qorxur və heç kimlə heç nəyi bölüşmək istəmir. Azərbaycan və Türkiyə arasında teatr sahəsində mədəniyyət körpüsü qurulmasına imkan verməməsi bunun açıq sübutudur.
Mən Türkiyədə 15-dən çox Azərbaycan əsərini bədii şuraya təqdim etmişəm. Bəxtiyar Vahabzadə, Anar, Rüstəm İbrahimbəyov, Elçin Əfəndiyev, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundzadə və Həsən Həsənovun əsərlərini səhnələşdirmişəm. 2015-ci ildə Elçinin "Şekspir" tamaşasına görə "İlin ən yaxşı rejissoru" mükafatına layiq görülmüşəm. Mən "İblis" tamaşasını səhnəyə qoymuşam. Mehriban Ələkbərzadəni universitet illərindən tanıdığım üçün mənə mane olmasına təəccüblənmədim. Yenə deyirəm ki, bu düzgün, peşəkar yanaşma tərzi deyildi. Bununla Azərbaycan teatr sahəsi ziyana uğrayır. Mən öz fəaliyyətimə davam edirəm. Mənim önümü kəsməklə əlinə nə keçdi? Mənim çalışdığım İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrlarından biridir. Bu teatr ilə Milli Dram Teatrı arasında mədəniyyət körpüsü quracaqdıq. Həmişə İstanbul Şəhər Teatrları ilə Akademik Milli Dram Teatrı arasında bir körpü qurmuşam. Dəfələrlə teatrı İstanbul Şəhər Teatrlarına və festivallarımıza dəvət etmişik. Hətta Mehriban Ələkbərzadənin Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında hazırladığı "Qatil" tamaşasını festivala dəvət etdik.
Mehriban Ələkbərzadənin bu əməkdaşlığa mane olmasına təəccüblənmirəm, amma bu, Azərbaycan teatrına ziyan vurur.
- Bildirmişdiniz ki, "İblis" tamaşasını Milli Dram Teatrında səhnələşdirəcəksiniz. Bu məsələ nə yerdə qaldı?
- Teatrın mərhum rəhbəri Azər Paşa Nemətovla altı ay bu layihə üzərində işləmişdik. Təəssüf ki, Azər müəllim dünyasını dəyişdi. Mehriban Ələkbərzadənin teatra rəhbər təyin edildiyini eşidəndə isə bildim ki, bu layihə baş tutmayacaq. Halbuki biz İstanbul şəhər teatrlarının texniki heyəti ilə bu körpünü qurmaq üçün gəlmişdik və bunun üçün İstanbul Bələdiyyəsinin və teatr rəhbərliyimizin dəstəyini almışdıq.
Onlar Azərbaycan teatrları arasında mədəniyyət körpüsünün qurulması üçün hər cür dəstək olacaqlarını bildirdilər. Bilirsiniz ki, əvvəl də "Mahmud və Məryəm" filmini həyata keçirdim. İki ölkənin mədəniyyət nazirliyi arasında o körpünü qurdum. Filmdə Azərbaycan və türk aktyorları birlikdə rol aldılar. Mehriban Ələkbərzadənin mane olması ilə kim itirdi? Azərbaycan teatr sahəsi. Biz niyə buradayıq? Mən və Cahangir Novruzov özümüzü niyə həlak edirik? Azərbaycan ədəbiyyatının, teatr sənətinin tanıdılması üçün əlimizdən nə gəlirsə edirik, amma belə xoş olmayan münasibətlə qarşılaşdıq.
- Mehriban Ələkbərzadənin Azərbaycan teatrına ziyan vurduğunu iddia edirsiniz. Bunu əsaslandırmaq üçün başqa hansı faktları qeyd edə bilərsiniz?
- 2011-2012-ci illərdə Antalyada Türk Dünyası Teatrlar Birliyi təsis edildi. Burada Orta Asiya ölkələri də daxil olmaqla mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin təşkil edilməsi və genişləndirilməsi nəzərdə tutulmuşdu. Mənə zəng edib soruşdular ki, Mehriban necə rejissordur. Cavab verdim ki, yaxşı rejissordur və qrup yoldaşımdır. Bir neçə aydan sonra Şimali Kiprdə Mehriban Ələkbərzadə Elçin Əfəndiyevin "Qatil" əsəri əsasında eyniadlı tamaşanı səhnəyə qoydu. Tamaşa başdan ayağa pornoqrafiya səhnələrindən ibarət idi. Tamaşanın iki-üç nümayişindən sonra Mehriban Ələkbərzadəni Bakıya göndərdilər, onu qovmuş kimi etdilər. Elə bir Azərbaycan əsərini o vəziyyətdə səhnələşdirmək biabırçılıq idi. Şimali Kipr Dövlət Teatrından rəsmən Mehriban Ələkbərzadəni qovdular. Teatrın bədii rəhbəri mənə və Cahangir Novruzova iradını bildirdi. Biz isə qərara gəldik ki, bunu Mehriban Ələkbərzadəyə bildirməyək, pis olmasın. Teatrın bədii rəhbəri bizə zəng etdi ki, yazıçı Elçin Əfəndiyevə böyük hörmətimiz var, amma rejissorun əsəri qeyri-etik və son dərəcə zəif səhnələşdirdiyinə görə tamaşanın nümayiş edilməsinə icazə vermirik. Siz tərifləmişdiniz ki, yaxşı rejissordur.
Şimali Kipr Dövlət Teatrı o zaman yeni yaranmışdı və professional aktyor heyəti yox idi. Orada ilk nümayiş edilən tamaşa Azərbaycan əsəri olacaqdı. Bizə bu qədər qiymət verirdilər, amma Mehriban buna imkan vermədi. Bu hadisədən sonra teatr birliyi Orta Asiya ölkələri ilə əməkdaşlığına davam etdi, amma Azərbaycan ilə yox. O tamaşa ilə bağlı Türkiyə mediasında tənqidi xəbərlər yayımlandı. Mehriban Ələkbərzadə Bakıya gələn kimi tamaşa repertuardan çıxarıldı. Beləliklə, Mehriban Ələkbərzadə Türk Dünyası Teatrlar Birliyinə ziyan vurdu.
- Son günlər bir neçə aktyor və aktrisa da Mehriban Ələkbərzadənin fəaliyyətindən şikayət ediblər...
- Mən onları başa düşürəm. Mehriban Ələkbərzadə daha əvvəl fəaliyyət göstərdiyi Dövlət Yuğ Teatrı, Milli Gənc Tamaşaçılar Teatrında da sənət adamları ilə necə kobud davrandığını, təhqir etdiyini eşidirdim. Aktyor dostlarıma görə çox pis oluram, əslində, öz aralarında bu haqda danışırlar, amma səslərini çıxara bilmirlər. Onun sənət adamlarına belə davranması normal deyil. Guya məni rejissor kimi qəbul etmir, onun bütün tamaşalarına baxmışam. Mehriban Ələkbərzadə doğrudan da zəif rejissordur. Tamaşaları zəif və plagiatdır. Güclü aktyor oyununun arxasına saxlanılan rejissor zəif rejissordur. Mehriban da daim güclü aktyor oyununun arxasına saxlanıb. Rejissor fikri aktyorun önündə olmalıdır. Mehriban Ələkbərzadə qısqanc, xaindir və bu qədər qəddar davranması da psixoloji vəziyyəti ilə bağlıdır. Öz yalnızlığının, uğursuzluğunun intiqamını sənət adamlarından çıxır. Nə qədər ki Mehriban Ələkbərzadə teatra bədii rəhbər olacaq, mənim ora ilə əlaqəmi kəsməyə davam edəcək. Fikir verin, İstanbul Şəhər Teatrlarında 1500-ə yaxın işçi var, amma orada belə intriqalar yoxdur. Teatrda qruplaşmalar, qısqanclıq və xainlik nə deməkdir? Biz dünya teatrında texnologiya və innovasiyaların tətbiqini müzakirə edirik, amma burada aktyorlar teatr rəhbərindən şikayət edirlər. Mehriban Ələkbərzadə sənət adamlarına qarşı çox kobud və qəddar davranır. O, həm də çox zəif rejissordur. Onun tamaşaları orijinal deyil, hamı bilir ki, plagiatdır. Güclü aktyorların oyununu ön plana çıxararaq, öz rejissorluq zəifliyini gizlətməyə çalışır.
- Sizcə, Azərbaycan teatrlarını beynəlxalq səviyyədə tanıtmaq üçün nələr etməliyik?
- Bunun üçün çox şeylər etmək olar. Nə qədər ki, mən və Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov varıq, Azərbaycan teatrını beynəlxalq səviyyədə tanıtmaq üçün əlimizdən gələni edəcəyik. Akademik Milli Dram Teatrı dövlətindir və bu teatrın gələcəyini şəxsi intriqalar yox, peşəkar yanaşma müəyyən etməlidir.
Mən Beynəlxalq Teatrlar Festival Komitəsinin üzvüyəm və bu gün Azərbaycandan festivallara qatılan teatrlar siyahıya mənim təqdim etdiyim teatrlardır. Bütün bunları nəzərə alaraq deyirəm ki, gec-tez Azərbaycan və Türkiyə teatrları arasında mədəniyyət körpüsü qurulacaq. Bu, mənim vətəndaşlıq borcumdur.
Türkiyədə premyeralarımda hər iki ölkənin rəsmi nümayəndələri iştirak edirlər. Prezident Rəcəb Tayyib Ərdoğan mənə demişdi: "İki qardaş ölkə arasında mədəniyyət körpüsü quracaqsan". Mən də bu missiyanı yerinə yetirməyə davam edəcəyəm.
- Dövlətimizin sizin sənətə münasibətindən razısınızmı?
- Hər zaman tamaşalarımda dövlətimin dəstəyini yüksək səviyyədə hiss etmişəm. Bunlar mənə stimul verib. Mən dövlətimin dəstəyini gördükcə daha da həvəslənirəm. Türkiyədə təmənnasız olaraq yüzdən çox tədbirlər təşkil etmişəm. Bundan sonra da Azərbaycan teatrının təbliğatı üçün əlimdən gələni edəcəm. Teatrımızda yeni bir Azərbaycan əsəri səhnələşdiriləcək. Hazırda onun üzərində çalışıram. Mən dövlətimə, xalqıma, mədəniyyətimə hər zaman xidmət edirəm və edəcəyəm.
- Müsahibə üçün çox sağ olun. / azxeber.com

Şou Biznes     Baxılıb: 665   Tarix: 27 mart 2025
f Paylaş

Oxşar xəbərlər

.

Aygün Azərbaycan ifaçılığına azadlıq gətirib

Xalq şairi Ramiz Rövşən Xalq artisti Aygün Kazımova haqqında açıqlama verib. Axşam.az xəbər verir ki, R.Rövşən "Bir mahnının tarixçəsi" verilişində Pop kraliçanın Novruz bayramında ən çox səsləndirilən "Novru

.

Gossip Girl' serialının ulduzu ata oldu

"Gossip Girl" ("Qeybətçi Qız") serialında Çak Bas rolunu canlandıran britaniyalı aktyor Ed Vestvik ata olub.  . xarici mətbuata istinadən xəbər verir ki, aktyor və həyat yoldaşı Emi Cekson ilk övladların

.

Mətanət İsgəndərli yenidən əmliyyat olunacaq

Keçirtdiyi bir çox plastik əməliyyatlardan sonra Əməkdar artist Mətanət İsgəndərli yenidən bıçaq altına yatmaq qərarına gəlib. xəbər verir ki, "Qonaqcanlı" verilişinə qonaq olan sənətçi yeni əməliyyat planlarında

.

70 yaşlı müğənni 'Dağınıq skleroz'a qalib gəldi

Türkiyəli müğənni Nükhet Duru illər əvvəl ona MS (Dağınıq Skleroz) diaqnozu qoyulduğunu və bu xəstəliyə qalib gəldiyini açıqlayıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni xəstəliyin ilkin dönəmlərində bu xəbər

.

Yusuf Güney təmizlənmək üçün Amazon meşələrinə gedib

Astral səyahət və yadplanetlilərlə bağlı açıqlamalarından sonra gündəm olan müğənni Yusuf Güney təəccüblü paylaşımlarını davam etdirir. Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni bu dəfə təmizlənmək üçün Amazo

.

Timatinin keçmiş sevgilisi İslamı qəbul edib

Timati ilə ayrıldıqdan sonra rusiyalı model və blogger Anastasiya Reşetova sakit həyat yaşamağa qərar verib. Rusiya mətbuatına istinadən xəbər verir ki, buna baxmayaraq reperin keçmiş sevgilisi ətrafında çoxlu söz-söhbətlə

.

Mirkamil illər sonra - FOTO

İllərdir efirlərdən və sosial şəbəkələrdən uzaq düşən müğənni Mirkamil Kamilovun yeni görüntüsü yayılıb.  xəbər verir ki, müğənni Aysel Manaflı Mirkamil ilə görüntüsünü yayımlayıb. İstifadəçilər onu tanımaqda çətinlik çəkib

.

Saxta botoksdan zəhərlənən Hatice ilk dəfə danışdı

Türkiyəli müğənni Hatice botoksdan zəhərlənərək xəstəxanaya yerləşdirilmişdi. Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi səhhətinin son vəziyyətini sosial media hesabında izləyiciləri ilə bölüşüb. Xədicə yaşadığ

.

Azərbaycan 'Avroviziya'da nə vaxt çıxış edəcək? - SİYAHI

Azərbaycan "Avroviziya 2025"in birinci yarımfinalında 10 nömrə ilə çıxış edəcək. -a istinadən xəbər verir ki, bu barədə müsabiqənin rəsmi saytı məlumat yayıb. Eyni yarımfinalda Azərbaycanla yanaşı daha 15 ölkə

turlar.az

sonxeber.az=https://sonxeber.az=sonxeber.az gozel gorunmek donlar 2025 qis geyimləri 2025 xeyanet viruslar hamilelikden qorunmaq ucun samlar novruz bayramına aid hakışta şebnem tovuzlu bayatılarımızda vətən həsrəti rus dilini oyrenek 2ci ders oğlan evine aid hakisda