Məmurun qətli üçün killer tutan Günel: "İntim əlaqəmizi videoya çəkmişdi"

Məmurun qətli üçün killer tutan Günel: "İntim əlaqəmizi videoya çəkmişdi"Bərdə rayonu İcra Hakimiyyətinin sabiq işçisinin qətlini sifariş verməkdə təqsirləndirilən Günel Süleymanova, onun atası Rasim Süleymanov, cinayəti icra edənlər - Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Ötən ilin aprelin 11-də, saat 05.30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilib.

Qadın və kişinin birgə cinayəti

Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş Ramil Hüseynli tanışı Günel Süleymanova ilə qabaqcaqdan əlbir olub Hüseyn Qasımovu 40.000 manat müqabilində öldürmək barədə razılığa gəlib.

Aprelin 11-də Hüseyn Qasımov binadan çıxaraq avtomobilinə oturmaq istəyib. Bu zaman Ramil Hüseynli "Kalaşnikov" markalı avtomat silahdan Hüseyn Qasımova bir neçə atəş açıb. O, qətl sifarişini başa çatdıra bilməyib. Daban nahiyəsindən güllə yarası alan H.Qasımova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Dələduzluq

Bundan başqa Günel Süleymanova atası Rasim Süleymanovla qabaqcadan əlbir olaraq Hüseyn Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edərək külli miqdarda pulunu ələ keçiriblər.

Ramil Hüseynli, Ramin Həsənov və Əlikubar Kübarovun daha bir cinayəti "AS Club" barında olub. Onlar barın sahibini döyüblər.

Keçirilmiş əməliyyat nəticəsində Ramil Hüseynlinin kirayədə yaşadığı evdən 1 ədəd "AKM" markalı avtomat silah və içində 22 ədəd patron olan daraq aşkar edilərək maddi sübut kimi götürülüb.

5 maddəli cinayət işi

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29.120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə),186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə ittiham edilirlər.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə gönədrilib. İş hakim Samir Əliyevin sədrlik etdiyi kollegiyada araşdırılır.

Məhkəmədə ifadə verən Günel Süleymanova elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, qeyd edib ki, zərərçəkmiş Hüseyn Qasımovu öldürmək fikri olmayıb, onun qətlə yetirilməsi ilə bağlı Ramil Hüseynliyə sifariş verməyib: "Məqsədim Hüseyn Qasımovu cəzalandırmaq olub".

Günel Süleymanovanın sözlərinə görə, Hüseyn Qasımovu döyərək qorxutmağı Ramil Hüseynliyə tapşırıb: "Hüseyn mənimlə zorla cinsi əlaqədə olmuşdu. O, bu hərəkətlərini videoya çəkmişdi. Ondan video-diski almaq istəmişəm".

Günel Süleymanova qeyd edib ki, bu məsələni Ramil Hüseynliyə danışıb: "Ramil dedi ki, məndə snayper var, onu uzaqdan vuracam, çənəsi sınacaq".

"Dedim ki, qonaqdır, niyə belə edirsən..."

Ramil Hüseynli daha sonra ifadəsində "AS Club"da törətdikləri davadan danışıb: "Ukraynadan Andrey adlı qonağım gəlmişdi, onu "AS Club"a əylənməyə apardım. Biz masada oturduğumuz yerin yaxınlığında "AS Club"un direktoru dayanmışdı. Ukraynadan gələn qonağımız həmin şəxsdən su gətirməsini istədi. O da ofsinat olmadığını, bu sifarişləri ofisianta deməyi tapşırdı. Bu zaman onların arasında dava düşdü. Davaya mən də qarsıdım. Həmin şəxsin adı Kamal idi, məni də yaxşı tanıyırdı. Soruşdum ki, nə baş verib. Dedi ki, mənə su gətirməyi buyurub. Ona dedim ki, qonaqdır, niyə belə edirsən, su istəyir gətir, su gətirsən xəncəriyin qaşı düşəcək? Bu zaman Andereyi sakitləşdirdik, onu yerinə otuzdurduq. Mən ümumiyyətlə içki içən adam deyiləm. Bu zaman mübahisəyə dostum Ramin qarışdı, ara qarışdı, dava oldu. Bu zaman ora polislər gəldi. Onlar bizim izahatımızı aldılar".

Ramil Hüseynli daha sonra ifadəsində "Günəş" hamamında baş verən dava ilə bağlı ifadə verib. O, qeyd edib ki, hamamda olduğu zaman beş nəfərin bir nəfəri döydüyünün şahidi olub: "Soruşdum ki, onu niyə döyürsüz. Mənə kobud cavab verdilər. Mən də onları döydüm. Həmin vaxt məndə bıçaq olmayıb, heç kimin üstünə bıçaq çəkməmişəm. Orada çəkilişdə olub, həmin çəklişlərə baxanda müəyyən olunacaq ki, məndə bıçaq olmayıb".

"Gördüm ki, pulu var"

Ramil Hüseynlinin sözlərinə görə, Günel Süleymanovadan bir nəfərin qətlə yetirilməsi ilə bağlı sifariş alıb: "Günel ilə danışdım, dedim ki, bu məsələni həll edəcəm. Danışanda bildim ki, Güneldə yaxşı pul var. Ona özümü təriflədim, dedim ki, bu işi problemsiz görə bilərəm. Məndə silah olmayıb. Onun pulunu ələ keçirmək üçün silahımın olduğunu demişəm. Gördüm ki, pulu var, dedim, pulu ver, silah alım".

Ramil Hüseynli qeyd edib ki, həmin vaxt pula ehtiyacı olub: "Bunu tanışım Raminə danışdım. Ramin də dedi ki, nə məsələdir, gətir, görüşək. Raminə dedim ki, Günelin babat pulu da var. Dedi ki, aldat, gətir, onun pulunu alaq. Dedim ki, söhbət 30-40 min manatdan gedir. Dediyi şəxsi döyəndən sonra 30-40 min manatı bizə verəcək. Sonra Günel ilə görüşdüm. Günel dedi ki, öldürmək lazım deyil, döyün, məni diskə çəkib, həmin diski ondan alın. Günel deyirdi ki, ona ancaq disk lazımdır. Mən də onunla razılaşdım".

Ramil Hüseynli bildirib ki, silahı almaq üçün 1200 manat lazım olub. Həmin pulu Güneldən aldığını, amma silah almadığını deyib. O, daha sonra ifadəsində Hüseyn Qasımovu öldürmək məqsədilə özündə olan tapança ilə vurduğunu deyib: "Hüseyni vurandan sonra evə gəldim. Həmin gün səhər Günel ilə görüşdük. Günel dedi ki, niyə silahla vurmusuz, işlər korlanıb. Günel dedi ki, onu döyməyi tapşırıb. Sonra Günel saat 12-də görüşməyi, pulu verməyi təklif edib. Biz görüşə bilmədik, həbs olunduq".

Adam oğurluğuna görə 12 il həbsdə yatan Ramil Hüseynli qeyd edib ki, hadisə zamanı istifadə etdiyi "AKM" markalı silahı vaxtilə Qazaxıstandan 28 min rubla alıb: "Avtomat silahlı həmişə meşədə saxlamışam. Ondan ancaq meşədə istifadə etmişəm".

Proses fevralın 15-də davam edəcək./teleqraf.com/

Xəbərlər     Baxılıb: 2410   Tarix: 10 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər - Diqqətli olun

Son illərdə "təbii qidalanma" anlayışının populyarlaşması bir çox insanı bu məhsulları məhdudiyyətsiz şəkildə istehlak etməyə sövq edir. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, "təbii" hər zaman "ta

.

Gözlərinizi ovuşdurarkən bir daha düşünün

Göz ovuşdurma vərdişi korneanın quruluşuna birbaşa təsir edərək görmə qüsurlarına zəmin yaradır.  xəbər verir ki, gözə edilən sərt və davamlı təzyiq, gözün ən ön təbəqəsi olan kornea toxumasının zamanla incəlməsinə və dikləşərə

.

Gündə 1 stəkan içsəniz

Alimlər bildirirlər ki, hər gün bir stəkan süd içmək sağlamlığa müsbət təsir göstərə bilər.  bildirir ki, araşdırmalara görə, bu vərdiş insult riskini 10 faizə qədər azalda bilər. Araşdırma nəyi göstərib?. Yaponiyalı alimlə

.

Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB

Sağ tərəfin "kişi" enerjisini, sol tərəfin isə "qadın" enerjisini təmsil etdiyi iddiaları yenidən ortaya çıxıb. xəbər verir ki, ilk baxışdan əhəmiyyətsiz kimi görünsə də, bunun hətta münasibət dinamikasın

.

Bu dərmanlar qarın ağrısı yarada bilərlər

Qarın ağrısı və ishal hər zaman qida zəhərlənməsi demək deyil. Bəzən səbəb tam gözlənilməz ola bilər.  xəbər verir ki, qastroenteroloq Kristin Li bildirib ki, bu cür narahatlıqlar bəzi vitamin və mineral əlavələrinin qəbul

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Bu şorbanı içən qan-tərə batır: Şəfa mənbəyi

Beyran sadəcə bir şorba deyil, hazırlanması 12 saat çəkən və bədən müqavimətini polad kimi möhkəmləndirən sulu ana yeməkdir.  xəbər verir ki, beyranın içildiyi an bədən istiliyini artırmasının elmi səbəbləri var:. İçindək

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

turlar.az

gözəllik məhsulları qaşların formalari yaz geyimleri 2026 cinsiyyet sepkilere qarsi mualice merlin monro goyemin faydalari kosmetika aysel irem derici qiz evi haxista birlik haqqinda bayatılar