"Mən hər gün zərbə alıram"- aktrisa Çimnaz Sultanova ilə MÜSAHİBƏ

"Mən hər gün zərbə alıram"- aktrisa Çimnaz Sultanova ilə MÜSAHİBƏ"Ölkə.Az" saytının növbəti qonağı tanınmış aktrisa və müğənni Çimnaz Sultanovadır.

- Çimnaz xanım, braziliyalı futbolçulara futbolu yaxşı oynadıqları üçün "topla doğulanlar" deyirlər. Siz nə üçün doğuldunuz?

- Düşünürəm ki, mən məhz incəsənət üçün doğulmuşam.

- Təsadüf yoxdur, hər şey zərurətdən yaranır, deyilmi?

- Sizinlə tamamilə razıyam. Əslində bəzi görüşləri, hadisələri, məqamları təsadüf hesab etdiyimiz anlar olur, amma zaman keçdikcə həyatın sanki bir ssenari şəklində yazıldığının fərqinə varırıq.

- Deməli, alın yazısına inanırsınız...

- Əslində biz öz həyatımızı, müqəddaratımızı özümüz həll edirik. Mən fala inanmıram. Deyirlər ki, bunu etsən yaxşı olacaq, bunu etsən pis. Bəs insana ağıl nə üçün verilib?!

- Yazılmayan qanunlara münasibətiniz necədir?

- Hər kəsin özünəməxsus bir daxili dünyası var. Hər kəsin özünə qoyduğu bir sərhəd var. İnsan nə qədər azad olsa da, müəyyən məqamlarda çərçivədən çıxmamalıdır. Məsələn, biz azadıq, amma bu o demək deyil ki, istənilən vaxt küçəyə çıxıb söyüş söyə bilərik. Bu və bunun kimi bir çox hallar yolverilməzdir.

- Ağlım ilə hissimin arasındayam, bu məni cəbhədən-cəbhəyə salır,
Hərdən istəyirəm inanım sənə, hərdən hissim məni şübhəyə salır... Hislər sizi aldadıbmı?

- Mən oğlaq bürcündənəm. Bu bürcün altında dünyaya gələn insanlar ciddi insanlar olurlar. Amma yaş keçdikcə mən ağılla yox, daha çox hislərlə yaşamaq istəyirəm. Bunun düzgün olmadığını da bilirəm. Çünki ürək ağıllı deyil, ağıl ürəyi idarə etməlidir. Hislərin məni də aldatdığı məqamlar olub.

- Gənc bir qızcığacın ürəyində çoxmu istək qaldı?

- Şükürlər olsun ki, nə istəmişəm, hamısını əldə etmişəm. Buna görə də özümü xoşbəxt insan hesab edirəm. Amma son zamanlar özüm də bilmirəm ki, nə istəyirəm. Çünki həyat fanidir, nə üçünsə dəyərmi?!

- Şüşəsindən çölə həsrət dağılan pəncərələrdən çoxmu baxmısınız?

- Xeyr, mən öz həyatımla məşğulam. Buna heç marağım da yoxdur.

- Kişi gözüylə özünüzə baxanda nə görürsünüz?

- Mən özümə baxanda deyirəm ki, ay Allah, mən necə də gözələm?! (gülür).

- Bədəninizin ən cazibədar hissəsi hansıdır?

- Ürəyim. Zahirən isə qeyri-adi baxışlarımın olduğunu deyirlər.

- Baxışlarınızla "tor"a sala bilirsiniz?

- Mən həmişə diqqət mərkəzində olmuşam, amma heç vaxt fikirləşməmişəm ki, kimisə "tor"a salım.

- Rollarınızdakı fədakarlığınız real həyatınıza da yansıyırmı?

- Mən həyatda da çox qurban vermişəm, hələ də verməkdə davam edirəm.

- Sizi kifayət qədər cəsarətli xanım olaraq tanıyırıq. İndi ölkəmizdə kifayət qədər komediya filmləri çəkilir və həmin filmlərdə üstüörtülü də olsa, müəyyən açıq-saçıq ifadələr və ya səhnələr olur. Sanki tamaşaçını bu məqamlara müəyyən qədər alışdırıblar. Hansısa bir rolu tam çılpaqlığı ilə oynamağı qəbul edərsinizmi?

- Xeyr, heç vaxt qəbul etmərəm. Sizcə, indiki zamanda hansısa bir çılpaqlıqla hansısa tamaşaçını təəccübləndirmək olarmı? Məncə, yox.

- Qadına xas olan bütün xüsusiyyətlər sizdə varmı? Məsələn, qadın qısqanclığı.

- Xeyr, qətiyyən yoxdur. Bəlkə, elə ona görədir ki, həmkarlarım məni çox istəyir.

- Hal-hazırda incəsənət aləmində geylər və lezbianlar kifayət qədərdir? Münasibətiniz necədir?

- Mənim onlarla heç bir münasibətim yoxdur. Amma hər kəsin öz həyatı, öz seçimi var. Kim necə istəyirsə, elə də yaşasın. Heç kimin heç kimi təhqir etməyə haqqı, hüququ yoxdur.

- Xaraktercə kənardan qapalı xanım kimi görünürsünüz. İnsanlara qarşı bir "sərhəd" qoyursunuzmu?

- Xeyr, heç kimə qarşı sərhəd qoymuram, amma özüm-özümə düşünülmüş müəyyən sərhədlər qoyuram.

- Gözünüzdən düşən nədir?

- Xəyanət.

- Hansı zərbədir ki, təsiri sizdən hələ də getməyib?

- Mən hər gün zərbə alıram, ona görə də gülürəm (gülür). Artıq alışmışam.
- Qismətinizlə barışmısınızmı?

- Xeyr, çıxılmaz vəziyyət yoxdur. Hər bir vəziyyətdən çıxmaq olar. Bəzən insanlar müəyyən problemlərə görə intihar edirlər. Mən onları başa düşə bilmirəm. İnsan mübariz olmalıdır.

- Kaş gözüm kor olaydı, onu görməyəydim. Kimi, yaxud nəyi?

- Elə bir şey var, amma tam deyə bilməyəcəyəm. Bircə onu deyə bilərəm ki, mənə yaxın olan insanın paxıllığını kaş ki görməzdim.

- Kimsə sizi yıxmaq üçün ayağınızdan dartıb?

- Bəli, dartıb. Bu vəziyyət artıq neçə müddətdir ki, davam edir.

- Göz yaşlarına inanırsınızmı?

- Mən qadınlardan çox kişilərin göz yaşlarına inanıram və mənim üçün bu hal dözülməz olur.

- Özünüz çox göz yaşı tökürsünüz?

- Mən hər gün göz yaşı tökürəm. Həddindən artıq kövrək və həssas bir insanam.

- Azad seksə münasibətiniz necədir?

- Hər kəs azadır. Bu elə bir intim mövzudur ki, hər kəs öz qərarın özü verir.

- Sarısaçlı bir xanımsınız. Belə deyirlər ki, saçı saçı sarı olan xanımlar digər xanımlarla nisbətdə daha çox ehtiraslı olurlar...

- Mən bunu ilk dəfədir sizdən eşidirəm (gülürük). Bəlkə də, hə.

- Yatsanız, yuxunuza nə girməzdi?

- Yatsam, yuxuma da girməzdi ki, yaxın insanlardan belə şeylər görərəm.

- Qorxu sizə hansı hallarda gəlir?

- Qaranlıqda.

- Nəyə qarşı fobiyanız var?

- Üzməyə qarşı var idi, amma artıq o qorxuya qalib gəlmişəm. Çünki uşaqlıqda bir neçə dəfə batmışam, atam çıxardıb.

- Dönüb geriyə baxanda, nə olmalıydı, amma olmadı?

- Mən Allaha çox inanan biriyəm. Bəzən olmayanlara çox təəssüflənmişəm, hətta üsyan da etmişəm. Amma zamanla anlamışam ki, nə yaxşı ki, alınmayıb. Deməli, məsləhət belə imiş.

- "Zaman" adlı gəminin kapitanı olsanız, həmin gəmini nə qədər zamana batırarsınız?

- Mənə elə gəlir ki, məndə idarəçilik qabiliyyəti yoxdur. Onu da deyim ki, bacarmadığım işi öz öhdəmə götürmürəm.

- Paralel həyatda özünüzü nə kimi görürsünüz?

- Hərbçi kimi görürəm.

- Şorgöz kişilərə münasibətiniz necədir?

- Mən onlara fikir vermirəm. Kişilərin baxışları məni qətiyyən narahat etmir, çünki onlara önəm vermirəm.

- Getdiyiniz yolda bir "uçurum" varmı?

- Var.

- Qaçdıqca nəyə çata bilmirsiniz?

- Mən özümdən qaçmağı bacarmıram.

- Müğənniliyə olan istəyiniz necə yarandı?

- Mən musiqiçiyəm. Aktrisalıqdan qabaq oxuyurdum. Amma qeyd edim ki, "Yad qızı" adlı tele-tamaşanın əsasında bir serial çəkilməli idi. Mən orada müğənni bir xanım obrazını canlandırmalı idim. Məhz həmin serial üçün xüsusi bir mahni yazdırdım, lakin o lahiyə baş tutmadı. Sonra "Vicdan haqqı"na çəkildim. Beləliklə, indi də həm aktrisalıq, həm də müğənnillik edirəm.

- Teatrlarda niyə çalışmaq istəmirsiniz?

- Teatrı çox sevirəm, amma mənə teatrda çalışmaq lazım deyil. Mən özümü aktrisa kimi artıq sübut etmişəm.

- Aldığınız qonorarlar sizi qane edirmi?

- Xeyr, çox gülməli qonorardı.

Xəbərlər     Baxılıb: 3477   Tarix: 24 aprel 2018
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Piylənmənin uşaqlar üçün yaratdığı yeni təhlükələr açıqlanıb

"Lids" Universitetinin (Böyük Britaniya) alimləri müəyyən ediblər ki, artıq çəkidən və ya piylənmədən əziyyət çəkən uşaq və gənclərdə dəmir çatışmazlığı riski əhəmiyyətli dərəcədə yüksəkdir. Bu vəziyyət diqqət

.

Mandarinin zərəri faydasından çoxdur – Həkim

Noyabr-dekabrın ən populyar meyvəsi mandarin - narıngi sən demə, qaraciyərə zərərli imiş. "Medicina"ya istinadən xəbər verir ki, bu barədə endokrinoloq Nataliya Lazurenko danışıb. "Hər gün mandarin yeyənlə

.

Qanın tünd rəngdə olması nəyin əlamətidir?

Qan rəngi bədəndəki oksigen miqdarını göstərir. bildirir ki, əgər qanın rəngi açıqdırsa tərkibindəki oksigenin miqdarının kifayət qədər olduğunu göstərir. Əgər qanın rəngi tünddürsə, bu qandakı oksigenin az olduğunu bildiri

.

Dişlər üçün çox zərərli olan 7 QİDA

Mütəxəssislər ağız və diş baxımının əhəmiyyətinə diqqət çəkir, ortaya çıxan problemlərin müxtəlif xəstəliklərə səbəb ola biləcəyini bildirirlər. Ağız və diş sağlamlığını pozan diş çürükləri, diş əti xəstəlikləri geniş yayılıb. Qidalanm

.

Acqarına hansı içkiləri qəbul etmək olmaz? - Təəccüblənəcəksiniz

Bəzi içkilər sağlamlığımıza mənfi təsir göstərə bilər. -a istinadən bildirir ki, mədə probleminiz yoxdursa, səhərinizi südlü yaşıl çay, hətta bəzən südlü qəhvə ilə başlaya bilərsiniz. Amma kompot, soda, şirə və şirin çayda

.

Qamətinizə zərər vermədən hər gün yeyə biləcəyiniz YAĞLI QİDA

Hər gün bir avokado yemək natrium qəbulunuzu azaltmağa və daha sağlam yağlar yeməyə kömək edə bilər. -a istinadən xəbər verir ki, avokado sağlam yağlar və antioksidantlarla zəngindir, lakin yüksək yağ və kalorili olduğun

.

Kimlərə portağal yemək olmaz? - MÜTƏXƏSSİS AÇIQLADI

Portağal son dərəcə sağlamdır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir.   -a istinadən xəbər verir ki, endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir

.

Kişilərin diqqətinə, bu xərçəng növü sürətlə artır

Dünyada kişilərdə ən çox rast gəlinən xərçəng növü olan prostat xərçəngi gün getdikcə artmağa davam edir. Hazırda bu növ xərçəngdən ölüm nisbətinə görə dünyada 4-cü yerdədir.   -a istinadən bildirir ki, prostat xərçəngi

.

Burun axıntısı və öskürəyi bir gündə yox edir

Son günlər yayılan qrip virusu öskürək, burun axıntısı kimi xoşagəlməz hallarla müşahidə edilir. axşam.az-a istinadən xəbər verir ki, şiddətli və davamlı burun axıntısı insanın gündəlik işlərini yerinə yetirməsinə mane olur

turlar.az

sonxeber.az gelinlikler kosmetoloq hamiləlik soz ehtiyati artirmaq uzum sirkesinin hazırlanması qaydasi qonaq otağı üçün pərdələr qaragatin faydasi kosmetika burcler kokelmek maraqli hakistalar xerceng ana haqqinda bayati