'Mən Manafam, '07', '06' sürüm?'
"Ağlı başında olan adamlar bilir ki, antik maşının nə qiyməti ola bilər? Bunu da şişirdirlər. Burda nə var ki? Bahalı maşın deyil, normaldır. Mən Manafam, "07", "06" sürüm? Onlara da minmişəm, indi müğənniyəm, yaxşı maşınım olmalıdır".
AMİA.AZ yazır ki, bu sözləri "Şourum"a açıqlamasında müğənni Manaf Ağayev deyib.
Sənətçi bildirib ki, geyimə çox pul xərcləməyi də sevmir:
"2000-2500-dən yuxarı qiymətə kostyumum olmayıb. Nə üçün buna 5-10 min verim? Həmin qiymətə 8-10 dənə kostyum tikdirərəm. Biznesim, obyektim yoxdur. Toy var gedirəm, olmayanda da getmirəm. Mən sıravi bir müğənniyəm, bütün nəsil üzərimdədir. Sadəcə ağlamıram, sızlamıram, bu da camaatı çaşdırır. Amma bilmirlər ki, toya məndən ikiqat baha qiymətə gedənlər var. Mən imkanlı adam deyiləm".
Ağayev həmkarı Samir Piriyevə ev alması üçün maddi yardım etdiyini də açıqlayıb:
"Zamanında Samirə borc vermişəm, ev alıb. Sonra borcunu qaytarıb. Hamıya gücüm çatan qədər kömək etmişəm. Kim kimə bu gün 100 manat borc verir?".
///OLAY









Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Arzuolunmaz hamiləlik
Yuxuda sevişmək nəyə yozulur?
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
Mədəsi ağrıyanların nəzərinə
Dişləri saraldan qidalar
Məşhur aktyorun film çəkilişində bıçaqlı insident
Ömürlük həbs hökmünün detalları açıqlandı
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa
Hər gün üzüm yesək, nə olar?