Mən xarakterli qadınam, heç vaxt efirdə ağlamamışam' - Əməkdar artist
Əməkdar artist Nüşabə Ələsgərli şou-biznesdə ən varlı xanım olması ilə bağlı yayılan söz-söhbətlərə cavab verib.
azxeber.com xəbər verir ki, o bu haqda "Öz aramızda" verilişində danışıb.
Sənətçi bildirib ki, pulu olmasa da, bunu heç vaxt, heç kəsə bildirməyib:
"Mən xarakterli qadınam. Cibimdə bir manat pulum olmasa da, özümü sındırmamışam, tox tutmuşam. Elə bil ki, milyonlarım var. O qədər yaxşı dostlarım var ki, pulum olmasa, hansı birinə desəm mənə pul lazımdır, anında kartıma o məbləği göndərər. Bax əsl zənginlik budur".
O daha sonra deyib:
"Sənətə gələn gündən bir dəfə belə maddi məsələləri gündəm edib, efirdə ağlamamışam, deməmişəm nəyimsə yoxdur. Özümü hamıdan gözəl, xoşbəxt, varlı təqdim etmişəm. Halbuki bu həmişə belə olmayıb, pulsuz vaxtlarım da olub. Nəyim varsa, zəhmət çəkib qazanmışam".
Aysel









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Rihanna övladları ilə - Fotolar
Ölən qızı 11 ay əvvəl boşanıbmış
Ceki Çan və Devid Bekhem Çində bir arada
"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı
Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Azərbaycanlı musiqiçi intihar edib